From Wikipedia, the free encyclopedia
Şiqeno Yasutsuqu (重野安繹?, 24 noyabr 1827, Sakamoto[d] – 6 dekabr 1910) – Yaponiya tarixçisi və Çin klassikləri üzrə alim.[1] Seysay təxəllüsündən istifadə etmişdir.[1]
Şiqeno Yasutsuqu 1827-ci ildə Satsuma hanında[a] doğulmuşdur.[2] Edo şəhərində yerləşən və Tokuqava şoqunluğunun akademiyası olan Şoheykoda təhsil almışdır.[2] Daha sonra Satsumada yerləşən Zoşikan məktəbində müəllimlik etməyə başlamışdır.[1] 1863-cü ildə Kaqoşimanın Britaniya hərbi gəmiləri tərəfindən bombalanması hadisəsindən sonra sülh danışıqları üçün göndərilmiş nümayəndəliyin üzvü olmuşdur.[1]
1868-ci ildə baş vermiş Meyci islahatından sonra Təhsil Nazirliyinə daxil olmuş, Tarixşünaslıq Ofisində tarixi qeydlərin toplanması və tərtibatı ilə məşğul olmuşdur.[2] Ofis 1888-ci ildə Tokio Universitetinə daxil ediləndə o, universitetin tarix şöbəsini qurmuş[1] və professoru təyin olunmuşdur.[2] Yaponiya Tarix Cəmiyyətinə başçılıq etmiş, Perlər palatasına daxil olaraq siyasətlə də məşğul olmuşdur.[1]
Şiqeno Yaponiyada müasir tarix tədqiqatı metodunun qurucusudur.[1] O, apokrifik məsələlərin tarixi qeydlərdən çıxarılmasını dəstəkləmiş və tarix elminin mənəvi məqsədlər üçün istifadə olunmasına qarşı çıxmışdır.[2] Bir çox tarici insidenti dəlil çatışmazlığı səbəbilə rədd etmiş və buna görə də "Masatsu Hakase" (抹殺博士?, azərb. Silmə doktoru) ləqəbini qazanmışdır.[1] Məsələn, Kusunoki Masaşiqenin oğlu Masatsuradan ayrılması hadisəsini real olmadığını demişdir.[1] Tarix elmindəki bu mövqeyi səbəbilə o və həmkarı Kumi Kunitake şinto millətçiləri tərəfindən tənqid olunmuşdurlar.[2] Nəticədə, Kume 1892-ci ildə, Şiqeno isə 1893-cü ildə universitetdən ayrılmalı olmuşdur.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.