Şengen zonası
Qarşılıqlı sərhəd nəzarəti olmayan 29 Avropa dövlətinin ərazisi / From Wikipedia, the free encyclopedia
Şengen zonası (ing. Schengen Area; fr. Espace Schengen) — Lüksemburqun, Şengen şəhərində 1985-ci ildə imzalanmış Şengen müqaviləsinə əsasən 29 Avropa dövlətində daxili vizasız hərəkəti təmin edən şərti ərazi. Şengen zonası daxilində hərəkət edənlər üçün sərhəd yoxlanışı tələb olunmur və səyahətçilər vahid ölkə prinsipi ilə hərəkət edərək 29 Avropa ölkəsinə sərbəst şəkildə hərəkət edə bilirlər.
Daxildir | Avropa İttifaqı |
---|---|
Növü | Açıq sərhəd siyasəti |
Yaradılıb | 26 mart 1995 |
Üzv dövlətlər | 29 ölkə Almaniya Avstriya Belçika Bolqarıstan Çexiya Danimarka Estoniya Finlandiya Fransa Niderland İspaniya İsveç İsveçrə İtaliya İslandiya Latviya Lixtenşteyn Litva Lüksemburq Macarıstan Malta Norveç Polşa Portuqaliya Rumıniya Slovakiya Sloveniya Xorvatiya Yunanıstan |
Ərazi | 4,595,191 km2 (1,774,213 kv. mil) |
Əhali | 453,324,255 |
I Şengen müqaviləsi 1985-ci ilin 14 iyun tarixində beş Avropa ölkəsi arasında imzalanmışdır. Müqaviləni Fransa, Qərbi Almaniya ilə yanaşı Benilüks ölkələri olan Belçika, Hollandiya və Luksemburq imzalanmışdır. 1990-cı ilin 19 iyun tarixində Şengen Müqaviləsinin Tətbiq Konvensiyasının imzalanması ilə razılaşma qüvvəyə minmişdir. Müqavilə Lüksemburq, Fransa və Almaniyanın sərhədlərinin kəsişdiyi yer olan Lüksemburqun Şengen şəhərində imzalandığına görə həmin şəhərin adına adlandırılmışdır.
İkinci müqavilə isə Mos çayının ortasındakı Kraliça Mari-Astrid adlı gəmidə imzalanmışdır. Müqavilənin qüvvəyə minməsi 1995-ci ilin 26 mart tarixinə qədər uzanmış və bu müddət ərzində Portuqaliya və İspaniya da Şengen zonasına qoşulmuşdur. Monako, Norveç və İslandiya Avropa İttifaqının üzvü olmamaqlarına baxmayaraq Şengen zonasına daxil edilmişdir. Eyni zamanda İsveçrə 2008-ci ilin dekabr ayında Şengen müqaviləsi sahəsinə qəbul edilmişdir.
Lixtenşteynin Şengen zonasına daxil olması bir neçə dəfə təxirə salınmışdır. Ölkə 2008-ci ilin 28 fevral tarixində Avropa İttifaqı ilə Şengen razılığı əldə etmiş və 2009-cu ilin 1 noyabr tarixində Şengen zonasına daxil olması razılaşdırılmışdır. Lixtenşteynin daxili vergi nizamlanmasında problemlərinin olduğunu əsas gətirərək Almaniya və İsveç ölkənin şengen zonasına daxil olması tələbini müvəqqəti dondurmuşdur. 2011-ci ilin 7 mart tarixində Avropa İttifaqı Nazirlər Şurasının qərarı ilə Lixtenşteynin Şengen zonasına daxil olması yolu açılmışdır. 2011-ci ilin 19 dekabr tarixində ölkə rəsmən Şengen zonasının üzvü seçilmişdir.
Şengen müqaviləsi əsasında yaradılan Şengen zonası hal-hazırda 29 Avropa ölkəsində qüvvədədir və təqribən 4.595.131 kvadrat kilometr ərazini əhatə edir.