I İsmayıl
Səfəviyyə təriqətinin şeyxi və Səfəvi dövlətinin birinci şahı / From Wikipedia, the free encyclopedia
Şah İsmayıl Səfəvi, I İsmayıl və ya Şah İsmayıl (tam adı: Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi; 17 iyul 1487[1][2][…], Ərdəbil[3] – 23 may 1524[1][2][…], Ərdəbil[3]) — Səfəviyyə təriqətinin şeyxi (1494–1524); Səfəvilər dövlətinin banisi və ilk şahı;[5][6] Azərbaycan şairi, Azərbaycan türklərinin piri.[7] O, 1501-ci ilin iyul ayında Təbriz şəhərində Azərbaycan taxtına oturdu.[8]
Şah İsmayıl Səfəvi | |
---|---|
Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi | |
| |
1501 – 1524-cü ilin 23 may tarixi | |
Sonrakı | I Şah Təhmasib |
Şəxsi məlumatlar | |
Doğum adı | İsmail ibn Heydər əs-Səfəvi |
Doğum tarixi | 17 iyul 1487(1487-07-17)[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 23 may 1524(1524-05-23)[1][2][…] (36 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | qubernator, monarx, hərbi lider[d], şair, yazıçı |
Atası | Şeyx Heydər |
Anası | Aləmşah bəyim |
Həyat yoldaşları |
|
Uşaqları | |
Ailəsi | Səfəvilər |
Dini | Şiə (İslam) |
Hərbi xidmət | |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | islam[4], şiəlik[4], sufilik[4], hərbi iş[d][4] |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şah İsmayıl Xətai Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.[9]
Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir.[10]
Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar olaraq "Şah İsmayıl Xətai" olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkcəsində,[11] qismən də fars[12] və ərəbcə yazmışdır.