Səfəvi dövlətinin Şahbanusu From Wikipedia, the free encyclopedia
Taclı Bəyim və ya Şahbigə Sultan (1485, Mosul – 1540, Şiraz) — Şah İsmayıl Səfəvinin həyat yoldaşı,[1] Səfəvi dövlətinin Şahbanusu, Naibəyi-Səfəviyyə[mənbə göstərin] , Şah Təhmasibin anasıdır.
Şahbigə Sultan | |
---|---|
Şahbigə sultan Mihmad bəy qızı Mosullu | |
1504 – 1524 | |
Əvvəlki | Həlimə Sultan |
Sonrakı | Məvzili Sultan |
1504 – 1540 | |
Əvvəlki | Həlimə Sultan |
Sonrakı | Məhinbanu Sultan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Anadolu |
Vəfat tarixi | |
Vəfat yeri | Şiraz |
Dəfn yeri | Bibi Duhtəran Məzarlığı |
Fəaliyyəti | siyasətçi |
Atası | Mihmad Bəy |
Həyat yoldaşı | Şah İsmayıl Səfəvi |
Uşaqları |
oğlanları: I Təhmasib, , Bəhram Mirzə qızları: Məhinbanu Sultan, Pəri Sultan |
Dini | İslam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Ədəbiyyat |
Tanınır | Şairə |
Taclı bəyim ağqoyunluların əsas gücünü təşkil edən mosullu tayfasına mənsubdur,[2] onun əsl adı Şahbigə olmuşdur. Əksər mənbələrdə onun haqqında "Bigə xanım","Bigə bəyim" "Şah sultan" deyə bəhs edilir.[3] Taclı ona Şah İsmayılla izdivacdan sonra böyük hökmdarın verdiyi ad idi. Saray içində və yazışmalarda ona "Taclı sultan" deyə müraciət edilirdi
Salnaməçilərin qeyd etdiyinə görə, Taclı Sultan Şah İsmayılla evlənərkən cəmi 14–15 yaşında idi. Şah İsmayıl Xətainin dövləti ilə bağlı verdiyi qərarlarda onun təsiri böyük idi. Mötəbər mənbələrə görə, Taclı Bəyim mosullu tayfasından Həmzə Bəy Bektaşlının oğlu Mihmad Bəyin qızı idi.[4]
Səfəvi tarixçisi Budaq Münşi Qəzvini qeyd edirdi ki,Şah İsmayılın Herata əmir təyin etdiyi Əmir xan Mosullu Baburla gizli əlaqəyə girdiyi üçün dövrünün ən nüfuzlu ,böyük din alimlərindən hesab olunan Məhəmməd Miryusifi mərkəzlə məsləhətləşməmiş edam etdirdiyi üçün Şah İsmayılın qəzəbinə tuş gəlmişdir. Lakin Taclı bəyimin səyi nəticəsində hökmdar onun canını bağışlamışdır. Bir çoxları bunu Əmir xan Mosullu ilə Taclı bəyimin qohumluq bağlarının olması ilə əlaqələndirsələr də bunun heç bir məntiqi əsası yoxdur. Çünki, eyni jestdən Ustaclı tayfasından olan Cahanşah da yararlanmışdı.
Taclı bəyim 1514-cü ildə Osmanlı-Səfəvi arasında baş vermiş Çaldıran döyüşündə iştirak etmişdir. Bu döyüşdə onun əsir düşməsi ilə bağlı söhbətlər də istər osmanlı,istər digər mənbələrdə mübahisəli olaraq qalır.
Səfəvi mənbələri Taclı Bəyimin əsir alınmadığını, döyüşdən sonra itdiyini iddia edirlər. Türkiyəli məşhur tarixçi Faruk Sümer Osmanlı mənbələrinin iddialarının doğru olmadığını bildirərək, Taclı Bəyimin döyüşdən qaçıb Xoy hakiminin evində gizləndiyini, buradan Təbrizə gəldiyini bildirir. 1524-cü ildə Şah vəfat etdikdən sonra dövləti idarə etməyə başlayan Taclı Sultan taxta oğlu Təhmasib mirzəni çıxardır.[5] Özü isə ara çəkişmələrlə 1540-a qədər dövlət iqtidarını əlində saxlamağı bacarır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.