From Wikipedia, the free encyclopedia
İtalo Balbo (6 iyun 1896[2][3][…] – 28 iyun 1940[4][5][…], Tobruq[6][7][…]), İtaliya Hərbi Hava Qüvvələrinin marşalı (Maresciallo dell'Aria), Liviya general-qubernatoru, İtaliya Şimali Afrika Qüvvələrinin (Africa Settentrionale Italiana və ya ASI) baş komandanı və italyan diktatoru Benito Mussolininin "varisi" kimi təsvir edilmiş İtalyan faşist.
İtalo Balbo | |
---|---|
it. Italo Balbo[1] | |
Şəxsi məlumatlar | |
Doğum adı | Italo Balbo |
Doğum tarixi | 6 iyun 1896[2][3][…] |
Vəfat tarixi | 28 iyun 1940[4][5][…] (44 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm[8] |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | İtaliya krallığı |
Qoşun növü | aviasiya |
Xidmət illəri | 1915-ci ildən |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Birinci Dünya Müharibəsində xidmət etdikdən sonra o, Ferrara regionunun aparıcı faşist təşkilatçısı olmuşdur. O, 1922-ci ildə Mussolini və faşistlərin hakimiyyətə gətirilməsinin dörd əsas memarından biri olmuşdur. O, 1926-cı ildə İtaliya Kral Hərbi Hava Qüvvələrində xidmətə başlamışdır və İtaliya aviasiyasının bütün dünyada populyarlığının təbliğində aparıcı rol oynamışdır. 1933-cü ildə İtaliya Liviyasına Liviya general-qubernatoru təyin edilmiş və İtaliyada onu əhatə edən gərginlikdən xilas olmaq üçün ömrünün qalan hissəsini burada keçirmişdir. Balbo, antisemit irqçi qanunlar qəbul edən Mussoliniyə və İtaliyanın nasist Almaniyası ilə ittifaqına qarşı çıxan yeganə faşist lideri olmuşdur.
İtalo Balbo Misirin işğalının planlaşdırılması işindən məsul olan şəxs olmuşdur. İkinci dünya müharibəsi zamanı Marşal Balbo texnologiyanın döyüş meydanına təsirini müasirlərindən daha yaxşı qiymətləndirən bir italyan zabiti kimi tanınmışdır. O, İtaliyanın Şimali Afrikada yeganə müvəffəqiyyət şansının sürprizə əsaslanan sürətli hücumda olduğu qənaətində idi. O, hələ İtaliya müharibəyə girməzdən əvvəl Mussolini ilə görüşərək ona öz şübhələri haqqında məlumat vermişdir. Mussonliniyə "məni təkcə əsgərlərin sayı deyil, həm də onların əlləri altında olan silahları narahat edir… Məhdud sayda çox köhnə toplar, cüzi miqdarda tank əleyhinə silahlar və zenit silahları. Manevr etmək qabiliyyəti və müharibə etmək üçün lazımi sayda silah-sursatla dəstəklənməyəcəkləri halda, əsgərlərin say etibarı ilə çox olması, bizə heç bir üstünlük gətirməyəcək" deyə fikrini bildirmişdir. Ölümündən əvvəl feldmarşal Balbo Misirə 1940-cı il iyulun 15-də başlanılacaq hücum üçün hazırlaşırdı.
Onun mindiyi təyyarə barajla, yəni yaylım atəşi nəticəsində qəzaya uğramışdır. Onun ölümü həmişə, qəza atışı nəticəsində yaranmış təsadüfi yanğın hadisəsi kimi göstərilmişdir. Onun cəsədi 4 iyul 1940-cı ildə Tripolinin kənarında dəfn edilmişdir. 1970-ci ildə onun cəsədi İtaliyaya gətirilərək ailəsi tərəfindən yenidən torpağa tapşırılaraq dəfn edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.