Florensiya Universiteti
From Wikipedia, the free encyclopedia
Florensiya Universiteti (it. Università degli Studi di Firenze, UniFI) — İtaliyanın Florensiya şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən qədim və nəhəng universitetlərindən biridir.[1]
Florensiya Universiteti UNIFI | |
---|---|
43°46′39″ şm. e. 11°15′34″ ş. u.HGYO | |
Əsası qoyulub | 1321 |
Ölkə | |
Sayt | unifi.it |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Florensiya Universiteti 1321-ci ildə Florensiya Respublikası Universiteti kimi yaradılmışdır.[1] İlk vaxtlarda burada mülki, ədəbi, tibbi və ilahiyyat fakültələri var idi.[1]
1349-cu ildə papa VI Klemens universiteti yenidən təşkil etmiş, 1364-cü ildə isə imperator IV Karl universitetin adını İmperator Universiteti olaraq dəyişmişdir.[1]
1472–1515-ci illərdə isə universitet Piza şəhərində fəaliyyət göstərir.[1]
1859-cu ildə Praktiki Təlim və İnkişaf İnstitutu olsa da, 1924-cü ildən yenidən Florensiya Universiteti adını əldə edir.[1]
Məkanı
Universitet Florensiyada yerləşməsi ilə yanaşı, Pistoe, Prate, Empoli və Sesto Fiorentinada da şöbələri fəaliyyət göstərir.[1]
Fakültələri
Hazırda universitetdə aşağıdakı fakültələri fəaliyyət göstərir:[1]
- Memarlıq fakültəsi;
- Edukoligiya fakültəsi;
- İqtisadiyyat fakültəsi;
- Əczaçılıq fakültəsi;
- Mühəndislik fakültəsi;
- Ədəbi-fəlsəfə fakültəsi;
- Fiziki-riyaziyyat fakültəsi;
- Tibbi cərrahlıq fakültəsi;
- Siyasi elmlər fakültəsi;
- Psixologiya fakültəsi;
- Hüquq fakültəsi;
- Kənd təsərrüfatı fakültəsi.
Tələbələri
Hazırda bu təhsil müəssisəsində 60 minə yaxın tələbə təhsil alır və onların tədrisi ilə məşğul olan müəllimlərin sayı 2 mindən çoxdur.[1]
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.