İmarət Qərvənd qəbristanlığı və ya sadəcə İmarət qəbristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. Qəbristanlıqda Qarabağ xanlığının və ondan sonrakı dövrün bir çox tanınmış şəxsi dəfn edilmişdir.[1][2][3][4]

Cəld faktlar Ölkə, Yerləşdiyi yer ...
Qəbiristanlıq
İmarət qəbiristanlığı
Thumb
Thumb
Ölkə
Yerləşdiyi yer Ağdam rayonu
39°59′36″ şm. e. 46°56′19″ ş. u.
Thumb
İmarət qəbiristanlığı
İmarət qəbiristanlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Haqqında

XVIII–XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Pənahəli xanın türbəsinin yanında oğlu və varisi İbrahimxəlil xanın türbəsi yerləşməkdədir. Türbələrin önündə həmçinin, Xurşidbanu Natəvanın büstü qoyulmuşdur.[5][6]

Müasir dövr

1993-cü ilin erməni silahlı qüvvələri tərəfindən Ağdam işğal edildi.[7] İşğaldanəvvəli şəhərin ağır bombardman edilməsi əhalinin şəhəri və kəndləri şərqə doğru boşaltmağa məcbur etdi, şəhər kabus şəhərə çevrildi.[8] İşğal 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi ilə sonlandı və müharibə nəticəsində qəbristanlığında daxil olduğu ərazi Azərbaycan hakimiyyətinə geri qayıtdı. Ağdam rayonu və həmçinin Ağdam şəhəri işğaldan azad olunandan sonra, məlum olmuşdur ki, ermənilər tərəfindən Natəvanın məqbərəsi dağıdılmışdır, qəbiri isə təhqir olunmuşdur, qazılıb və sümükləri də qəbrindən çıxarılıb aparılmışdı. Bu haqda məşhur fransız fotojurnalisti Rza Diqqəti məlumat da dərc etmişdir[9][10][11][12][13].[14][15]

ABŞ Dövlət Departamentinin hesabatına görə, XVIII əsrə aid olan müqəddəs və tarixi İmarət qəbristanlığı, şəhərin Şəhidlər Xiyabanı da daxil olmaqla ermənilər tərəfindən təhqir edilmiş, yağmalanmış və dağıdılmışdır. Şəhidlər Xiyabanını ziyarət edən qərb diplomatları əvvəllər cəsədlərin basdırıldığı yerlərdə yalnız deşiklərin olduğunu və qəbiristanlıqda yalnız bir zədələnmiş məzar daşının qaldığını bildiriblər.[16]

Məqbərə-kompleksdə dəfn olunanlar

Thumb

Birinci türbə Xanoğlan türbəsində 7 nəfər Xan ailəsinin üzvü basdırılıb. Arxiv matetialına istinad edərək onların adlarını belə sıralaya bilərik:

Saqana adlanan ikinci türbədə dəfn olunanlar:

  • Seyid Həmid oğlu Seyid Səfiqulu 1712
  • Pənahəli xan - 1758-ci ildə vəfat edib.[18]
  • İbrahim Xəlil ağa Cavanşir Sarıcalı - Qarabağ xanlığının xanı.[19]
  • Mehrəli ağa
  • Talıbxan bəy
  • Cəfərqulu xan Nəva - şair və Rusiya İmperator Ordusunun general-mayoru. 1867-ci ildə vəfat edib..[20]
  • Xanbikə xanım - Xurşudbanu Bəyimin qızı və şairə. 1921-ci ildə vəfat edib.[21]
  • Mirabbas Ağamirov - Xurşidbanu Natəvanın ikinci nikahdan olan oğlu.
  • Qəmər bəyim Şeyda - Qarabağ xanları sülaləsindən olan şairə.
  • Qəzənfər ağa Cavanşir
  • Tuti bəyim (ikinci türbədən kənarda Gəncə xanı Şahverdi xanın bacısı dəfn olunub).

Qalereya

Həmçinin bax

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.