Remove ads
From Wikipedia, the free encyclopedia
Mehdiqulu xan Vəfa və ya Mehdiqulu xan Usmiyev (d. 1855, Şuşa, Rusiya İmperiyası - ö. 1900, Tiflis, Rusiya İmperiyası) — ata tərəfdən qumuq əsilli azərbaycanlı hərbçi və şair. Ana tərəfdən Cavanşirlər və Qarabağ xanları nəslindən olan Xurşidbanu Natəvanın oğludur.[1]
Mehdiqulu xan Vəfa | |
---|---|
Mehdiqulu xan Xasay xan oğlu Usmiyev | |
Təxəllüsü | Vəfa |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası |
Dəfn yeri | İmarət qəbiristanlığı |
Atası | Xasay xan Usmiyev |
Anası | Xurşidbanu Natəvan |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycan dili |
Üzvlüyü | |
Mükafatları | |
Mehdiqulu xan Vəfa Vikimənbədə |
Çar ordusunun podpolkovniki olmuş və Vəfa təxəllüsü ilə şerlər yazmışdır.
1855-ci ildə Şuşa şəhərində qumuq əsilli general-mayor Xasay xan Usmiyevlə (1808-1866) şairə və Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın ailəsində dünyaya gəlmişdir.[2] Ona ana babası Mehdiqulu xanın adı verilmişdir.
1859-cu ildə Şuşanı ziyarət etmiş Aleksandr Düma onun barədə bu sözləri demişdir:
4 və ya 5 yaşlı oğlan, ehtimal ki, instinktiv olaraq əlində xəncər tutmuşdur...Bu, fransız ananın heç bir zaman övladına verməyəcəyi, həqiqətən də iti bir xəncər idi.[3] |
Bir fotoşəkli məlumdur. 1999-cu ildə Gürcüstan Dövlət Arxivindən əldə edilmiş foto şəklinin altında "1877-ci il, Dunay" yazılmışdır.
1871-ci ildə hərbi xidmətə başlamış və elə həmin ildə də "Zati-aliləri İmperatoru 1871-ci ildə Tiflisdə qarşılamaya görə" medalı ilə mükafatlandırılmışdır. 1971-ci ilin 9 noyabr tarixində praporşik rütbəsinə yüksəldilmişdir. 874-cü ildə Peterburqdakı zədagən övladları üçün nəzərdə tutulmuş Paj hərbi korpusunda təhsil alıb.
1976-cı ildən etibarən süvari bölməsində hərbi xidmətini davam etdirmiş və eskadrona göndərilmişdir. 1877-ci ildə Qafqaz Hərbi Dairəsi komandanının xüsusi işlər üzrə kömökçisi təyin edilmişdir. 1877-1878-ci illər Rus-Türk müharibəsinə qatılmış və adətən, müharibənin əsas qəhrəmanlarından olan İosif Qurkonun komandanlığı altında döyüşmüşdür. O, 7 iyul tarixində Tarnovonu ələ keçirmiş, Haim Boaz keçidi vasitəsiylə Balkanlara daxil olmuş, böyük müqavimətə baxmayaraq, Uflani, Maglizh və Qazanlakı ələ keçirmişdir. 18 iyulda türklər tərəfindən bir gün əvvəl boşaldılmış Şipkaya hücum etmişdir. Müharibənin bitməsindən sonra Qafqaza geri dönmüş və cəsurluğa, müharibədə iştiraka görə medallarla təltif edilmişdir.[4]
Mehdiqulu xan 1879-cu ilin 21 aprel tarixində kornet rütbəsi verilərək Əlahəzrətin Kazak Mühafizəçiləri Alayına göndərilmişdir. 1890-cı ildən 1895-ci ilə qədər ordu döyüş süvarisi olaraq rittmeyster rütbəsində xidmət etmiş, Qafqaz Hərbi Dairəsi komandanının adyutantı olmuşdur. 1895-ci ildən sonra, o, polkovnik-leytenant rütbəsinə yüksəlmişdir. 1897-ci ildən 1900-cu ilə qədər Qafqaz Hərbi Dairəsində qərərgah zabiti kimi xidmət etmişdir.
Xidməti qeydlərinə əsasən, o, Şuşada iki evdən ibarət ailə mülkünə, Xankəndi yaxınlığında iki karvansaraya, bağlara, dəyirmanlara sahib olmuşdur. Həmçinin, o, bacısı ilə birlikdə Xasavyurdda insan məskunlaşmayan başqa bir mülkə də sahib olmuşdur. Mehdiqulu xanın Şuşadan başqa, Malıbəyli, Qıyaslı, Bilağan, Əhmədvar, Qərvənd-Meydan, Salvard, Qaraqoyunlu, İlçıçılar və s. yerlərdə də mülkləri olmuşdur.[4]
Xeyriyyəçiliklə də məşğul olan Mehdiqulu xan 1897-ci il fevralın 17-ində Şuşada öz xərcinə Azərbaycan əhalisi üçün qiraətxana açmışdır.
Mehdiqulu xan 1900-cü ildə Tiflis şəhəri Mixaylovski küçəsindəki mülkündə vəfat etmişdir. İmarət qəbiristanlığı dəfn edilmişdir
1910-cu il 8 may tarixinə İmarət qəbiristanlığında olan birinci türbədə Mehdiqulu xan Usmiyevin epitafiyasının mətni belədir “Əfsus ki, zülmkar dünyanın dövr eləməsindən, ürəklər gül kimi tikanla doludur. İbrahim xəlil xanın bağı xəzan oldu. Gülüstanın sərvi onun zəhərindən qurudu. Mehdi Qulu xan təmiz münasibətli şəhriyar idi. 29 cəmadi ul-avval 1313-cü il. ” (29 cəmadi ul-avval 1313 = 8 sentyabr 1900-ci il.)
O, yaxın qohumu olan Kərim ağa Cavanşirin qızı Səltənət Bəyim Cavanşirlə 1871-ci ildə evlənmişdir. İbrahimxəlil xanın nəvəsi olan Səltənət Bəyimdən 1 oğlu və 3 qızı olmuşdur:[4]
Bundan əlavə, Mehdiqulu xan Vəfa, İbrahimxəlil xan Cavanşirin nəticəsi, Xurşidbanu Natəvanın oğlu, Mehdiqulu xan Cavanşirin nəvəsi,Xanbikə xanımın qardaşıdır.
Mehdiqulu xan Vəfanın təltif edildiyi mükafatlar bunlardır:[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.