Çökək hamam
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Çökək hamam — 1606-cı ildə Şah Abbasın sifarişi ilə Azərbaycanın Gəncə şəhərində tikilmiş tarix-memarlıq abidəsi, hamam.
Çökək hamam | |
---|---|
40°40′38″ şm. e. 46°21′29″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Şah İsmayıl Xətai pr. |
Aidiyyatı | Səfəvilər imperiyası |
Memar | Şeyx Bəhaəddin |
Sifarişçi | I Abbas |
Tikilmə tarixi | 1606 |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
İstinad nöm. | 3870 |
Kateqoriya | Hamam |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Çökək hamam şəhər əhalisi arasında müxtəlif adlarla tanınır. Ona I Şah Abbasın əmri ilə tikildiyi üçün bəzən "Şah Abbas hamamı",[1] Şah Abbas məscidinə yaxın tikildiyi üçün "Məscid hamamı" və ya sonralar oranı işlədən şəxsin adı ilə "Hacı Ələkbər hamamı" da deyirlər.[2] Çökək hamam adlandırılması isə suyun təzyiqini təmin etmək üçün hamamın çökək ərazidə tikilməsi ilə bağlıdır.[2][3]
Səfəvi hökmdarı I Abbasın əmri ilə 1606-cı ildə Cümə məscidinin inşası bitdikdən sonra onun yaxınlığında Çökək hamamın inşası başlayıb.[4] Hamamın memarı Gəncədəki bir çox abidələrin memarı olan Şeyx Bahəddindir.[3][5]
Hamamın tikintisində o dövrün ənənəvi materiallarından olan qırmızı kərpic, yumurtanın ağı, gil və əhəngin bərkidici qarışığından istifadə olunub. Hamam iki iç-içə zaldan ibarətdir. Böyük zalın içərisində çarhovuz və fəvvarə var, kiçik zal isə yuyunmaq üçün nəzərdə tutulub. Hamamın iki böyük və beş kiçik günbəzi var.[6] Böyük günbəzlərin qırağında havalandırma rolu oynayan yarımgünbəzlər tikilib. Qışda hamam çox isti, yayda isə sərin olur.[7] Odunla qızdırılan hamamın zirzəmisində iki buxar qazanı yerləşib.[8] Divarlarda və hamamın döşəməsində quraşdırılmış keramik borularla buxar zallara ötürülürdü. Bununla da buxar bərabər ölçüdə dövr edir və bütün otaqları qızdırırdı.[5] Hamamın bu üsulla fəaliyyəti 1963-cü ilə qədər davam edib.[2]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 1996-cı ildə rəssam Qalib Bağırov tərəfindən hamamda Dekorativ Tətbiqi Sənət Mərkəzi yaradılıb və burada çini qablar düzəldərək onları nümayiş etdirib.[9] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[10]
Abidə 2013-cü ildə bərpa olunub.[11] Restavrasiya zamanı tarixi orijinallıq saxlanılmasına çalışılıb. Bərpa işləri köhnə kərpiclə aparılıb. Abidənin dağlmış günbəzi və dam örtüyü bərpa olunub.[12] Bərpadan sonra hamam fəaliyyət göstərir.[13] Lakin hamamın bir hotel tərəfindən istifadə olunması və ora girişin yalnız hoteldən olması insanlar tərəfindən etirazla qarşılanıb.[14][15][16]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.