From Wikipedia, the free encyclopedia
Çuhaçi Ninomiya (二宮 忠八, Ninomiya Çuhaçi?, 20 iyun 1866, Yavatahama[d], Ehime prefekturası – 8 aprel 1936) – Yaponiya aviasiya qabaqcılı. Qarğa tipli uçan aparat (1891) və qızılböcək tipli uçan aparat (1893) kimi müstəqil aviasiya dizaynları hazırlamışdır.
Çuhaçi Ninomiya | |
---|---|
yap. 二宮 忠八 | |
Doğum tarixi | 20 iyun 1866 |
Doğum yeri |
|
Vəfat tarixi | 8 aprel 1936 (69 yaşında) |
Vəfat səbəbi | mədə xərçəngi |
Fəaliyyəti | aeronavt[d], mühəndis, hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Çuhaçi Ninomiya 1866-cı ildə samuray ailəsinin dördüncü oğlu kimi doğulmuşdur. Uşaqlıqdan uçan aparatlara böyük marağı olmuşdur. Orduya qoşulmazdan öncə çərpələnglərin hazırlanması ilə məşğul olmuş, reklam məqsədləri üçün "valideyn və uşaq" çərpələngi ixtira etmişdir. Fotodükkanda işlədikdən sonra 14 yaşında böyük qardaşının dərman dükkanında işləməyə başlamışdır. Tibbi bilikləri səbəbilə Yaponiya ordusunda xəstə baxıcısı təyin olunmuşdur.[1]
1889-cu ilin noyabrında Yaponiya ordusunda hərbi təlim zamanı dincələn Ninomiya qanadını çırpmadan uçan qarğaları müşahidə etmiş və bundan ilhamlanaraq ilk miniatür təyyarə modelini yaratmışdır. Təyyarə modelinin 60 santimetr genişliyində bir qanadı, dörd pərvanəsi və üç təkəri var idi, pərvanəsi gəmi pərvanəsi əsasında yaradılmışdı. "Karasu" (hərf. qarğa) adını verdiyi bu modelin ön hissəsinə qarğa şəkli də çəkmişdir.[1] Ninomiyanın 29 aprel 1891-ci ildə Maruqame hərbi təlim sahəsindəki keçirdiyi təcrübə zamanı bu model 1 metr hündürlüyə qalxmış və 9 metr məsafəyə uçmuşdur.[2]
Aviasiya təcrübələrinə davam edən Ninomiya uçan balıqlar daxil olmaqla digər uçan canlıları müşahidə etməyə başlamış və onlar əsasında eskizlər çəkmişdir.[1] 1893-cü ildə qızılböcəklərdən ilhamlanaraq istiqamət dəyişə bilən "Tamamuşi" adlı yeni miniatür təyyarə modeli yaratmışdır.[2] 1894-cü ildə Çin-yapon müharibəsi zamanı onun bölüyü Çinə göndəriləndə modellərini və planlarını özü ilə aparmışdır. O, insan daşıyan təyyarələrin hazırlanması üçün orduya müraciət etsə də, müraciəti rədd edilmişdir.[1]
Ordudan ayrıldıqdan sonra Osakada yerləşən farmakologiya şirkətində işləməyə başlamışdır. O, təyyarə istehsalı üçün vəsait toplamış və təyyarə uçuşu eksprementləri aparmaq üçün münasib olan Yavata şəhərinə köçmüşdür.[2] O, 1908-ci ildə insan daşıya bilən ilk təyyarə modelini tamamlamaq üzrəykən Rayt qardaşlarının 1903-cü ildəki uğurundan xəbər tutmuşdur. Bu xəbəri eşidən Ninomiya dərhal bütün aviasiya təcrübələrini dayandırmış, tamamlanmamış modelini çəkiclə məhv etmişdir. Həyatının qalan hissəsində şinto rahibi olmuş və aviasiya tədqiqatları zamanı baş vermiş qəzaların qurbanlarını yad etmək məqsədilə 1915-ci ildə Yavata şəhərində Hiko məbədini qurmuşdur.[3]
Yaponiyada Ninomiyanın xatirəsi üçün bir çox abidə qoyulmuş və memorial hazırlanmışdır. Yavatahama kitabxanasında Ninomiya bölgəsi və Ninomiya üçün ilham mənbəyi olmuş yerdə Ninomiya Çuhaçi Uçuş Pavilyonu yaradılmışdır. Kanaqava prefekturasının Maruqame şəhərində ilk aviasiya təcrübəsini keçirdiyi yerdə daş abidələr qoyulmuşdur. Məbədlərin birində onun bürünc heykəli yerləşir.[2] Ninomiya tərəfindən yaradılmış Hiko məbədinə bitişik olan aviasiya muzeyində onun əşyaları və onun ixtiraları (eskizlər, fotolar, çərpələnglər, təyyarə modelləri) sərgilənir.[3]
Ninomiya orduya təyyarə hazırlamaq təklifini etdiyi zaman Seulda farmakoloq kimi işləyirdi. Bu səbəbdən 1931-ci ildə Seulda yerləşən Hyoçan parkında onun üçün daş abidə qoyulmuşdur. İkinci Dünya müharibəsindən sonra bu daş abidə parkdan yığışdırılmışdır.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.