From Wikipedia, the free encyclopedia
Əhəndaşı[2] və ya əhəngdaşı[3] — böyük bərkliyə malikdir: qədimdə onu daş tikililərdə material kimi istifadə edirdilər. Onun üzərində balıqqulağı izləri aydın görünür. Bu süxurun yaranmasında daşlaşmış heyvan qalıqları iştirak edir. Bu da bir fərziyyə deyil ki, Xeops ehramı əhəngdaşından tikilib. Böyük Moskva knyazlığında olan əksər məbədlər Myaçkov əhəngdaşından tikilmişdir. Bu əhəngdaşı Moskva çayı yaxınlığında yerləşən Myaçkov kəndində çıxarılırdı və xüsusi gəmilərdə tikinti aparılan məkana daşınırdı. Əbəs yerə Moskva qədimdə ağ daşdan tikilmiş şəhər adlandırılmırdı. Hal-hazırda əhəngdaşı sement istehsalında xammal kimi, metallurgiyada flüs kimi, kimya sənayesində sodanın, xlorlu əhəngin, kalsium karbidin istehsalında geniş tətbiq edilir.
Əhəngdaşı | |
---|---|
Minerallar | Kalsit, Araqonit |
Sərtlik | 3[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Əhəng daşını içindəki gilin miqdarından aslı olaraq yalnız havada bərkiyən hava əhəngi (yağlı əhəng) və həm havada həm də suda bərkiyən su əhəngi (hidroliz əhəng) olaraq iki qrupa bölmək olar. Azərbaycanda əhəng daşı yataqları əsasən Qaradağ rayonunda geniş yayılmışdır.
Əhəng daşı bişirilən zaman istilik 1000 °C-ni keçməzsə əldə edilən əhəng söndürülməmiş hesab olunur. Su ilə qarışdırılan zaman asan şəkildə sönər. Əgər əhəng daşı uzun müddət 1400–1500 °C-də bişirilərsə o zaman bərk əhəng alınar ki, bunun da istifadəsi geniş yayılmamışdır. Əhəng emalında iki mərhələ vardır: bişirilmə və söndürülmə. Əhəng daşını bişirdikdən sonra istifadə etmək üçün mütləq şəkildə söndürmək lazımdır. Bunun üçün əhəngin 1/3-ü qədər su qatmağa ehtiyac vardır. Azərbaycanda əhangdaşı yataqları Qaradağ rayonunda var.
Əhəngdaşı söndürülən zaman bu məqamlara diqqət etmək lazımdır:
lakin əhəngdaşı Yerin dərin qatlarında, yüksək tempratur şəraitində xüsusiyyətini itirir, yeni keyfiyyətlər qazanaraq tamamilə başqa süxura çevrilir. Bu süxur-mərmərdir.
Biogen (orqanogen) əhəngdaşları əksərən dəniz, bəzən göl mənşəli çökmə süxurlar. Əsas etibarilə heyvan və bitkilərin karbonat skelet qalıqlarından və ya onların həyat fəaliyyəti məhsullarından (zoogen və fitogen əhəngdaşları) təşkil olunmuşlar. Biogen əhəngdaşları iki növü ayrılır: avtoxton və alloxton. Üstünlük təşkil edən süxur əmələ gətirən orqanizmlərə görə, zoogen əhəngdaşıları içərisində foraminifer, mamır, mərcan, ostrakod, braxiopod, krinoidea və b., fitogen əhəngdaşlarından isə yosun əhəngdaşları (litotam, onkolit, stromatolit və b.) geniş yayılmışdır.
Dolomitləşmiş əhəngdaşı kalsiti bu və ya digər miqdarda dolomitlə əvəz olunmuş əhəngdaşı. Əhəngdaşların törəmə dolomitlərlə əvəz olunmasının bütün keçid formaları məlumdur. Dolomitləşmiş əhəngdaşı "dolomitli əhəngdaşı" və "azdolomitli əhəngdaşı" terminlərinin sinonimi kimi qəbul etmək düzgün deyil, çünki bu iki termindən fərqli olaraq, Dolomitləşmiş əhəngdaşı süxurlarda komponentlərin miqdarını deyil, onların mənşəyini, yəni əhəngdaşının ilkin, dolomitin isə törəmə olduğunu ifadə edir. Əhəngdaşında dolomitin mənşəyi və miqdarı məlum olmadıqda "dolomitli" termininin işlənməsi daha düzgündür (məsələn: çox və ya az dolomitli əhəngdaşı).
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.