Əhməd haradadır? — 1963-cü ildə çəkilmiş Azərbaycan filmi.[1]
Cəld faktlar Janr, Rejissor ...
Bağla
Film müasir həyatımızdan, gənclərin köhnəlmiş adət-ənənələrə qarşı etirazlarından, həyatlarını öz istədikləri kimi qurmalarından bəhs edir.
Filmdə hadisələr kənddə və şəhərdə cərəyan edir. Valideynlərinin yanına gələn Əhməd (Səyavuş Şəfiyev) öyrənir ki, valideynləri onun fikrini öyrənmədən onu evləndirmək qərarına gəliblər. Buna qəzəblənən Əhməd evdən çıxıb gedir. Eyni hadisə Leylanı (Töhfə Əzimov)) da başına gəlir. Onu da məcburən ərə vermək istəyirlər, lakin o da oxumaq üçün çıxıb şəhərə gəlir. Əhmədin ailəsi onu axtarmağa gedir. Lakin təsadüf nəticəsində Əhməd ilə Leyla qarşılaşır və bir—birlərini sevirlər.
- Film rejissor, aktyor Adil İsgəndərovun kinoda rejissor kimi yeganə işidir. Bundan qabaq 1944-cü ildə "Fətəli xan" filmini çəkməyə başlasa da müəyyən səbəblərdən film yarımçıq qalmışdır.
- Film aktyor Elxan Qasımovun kinoda ilk işidir
- Film aktyor Eldəniz Zeynalovun kinoda ilk işidir.
- Film aktyor Novruz Axundovun kinoda ilk işidir.
- Film aktrisa Amaliya Pənahovanın kinoda ilk işidir.
- Film aktyor Səyavuş Şəfiyevin kinoda ilk işidir.
- Filmdə sürücü Əhməd roluna operator Yuli Fogelman rus aktyoru İqor Kvaşanı çəkmək istəyirdi.
- Filmdə sürücü Əhmədin Ceyrandan razılıq cavabı alaraq üç metr hündürlüyü olan tikinti çuxuruna yıxılır. Bu trükü aktyorun özü etmişdir.
- Ceyran rolunun ifaçısı gürcü aktrisası Nona Paçuaşvili filmə çəkilmək üçün həyat yoldaşı ilə Bakıya gəlir. Lakin aktrisanın həyat yoldaşı Bakıda qəflətən vəfat edir. Eyni zamanda ana olmağa hazırlaşan aktrisanın həyatında baş verən bu qəmgin hadisə onun filmdəki obrazına da təsir etmişdir. Aktrisa Ceyran rolunda bir çox kadrda kədərli üz ifadəsini gizlədə bilmir. Aktrisa çəkildiyi filmi uzun illər görməmişdi. Yaxın keçmişdə təşkil olunan filmin yubileyində aktrisa filmə ilk dəfə baxmışdır.[2]
- Çəkilişlər Bakı bulvarında, Gəncədə, Hacıkənd yollarında, Ağdaşda, Sumqayıtda, Göyçayda aparıldı. Əhmədin kəndə gələrkən öküzlərin körpünün üstündə vuruşduğu kadr Ağsu körpüsünün üstündə çəkilib. Dostların qaldığı yataqxana isə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun yataqxanasıdır. Səyavuş Aslanın məşhur rəqs yeri, “Uzundraz Oktay”ın girişi keçmək səhnəsi məhz orda çəkilib.
- Əhmədin Ceyranı aşağıdan çağırdığı yer İçərişəhər tərəfdə yerləşən "Tut ağacı" restoranıdır. Balkonda oturub çay içilən yer Dağüstü parkdır.
- Filmdə Əliağa Ağayevin çəkildiyi kassa səhnəsi tamamilə dekorasiydır. Kardondan qurulmuş dekordur. Aktyorun yediyi yemək isə qoyun içalatının qızartmasıdır. Başını daz qırxdırıb, özünə uzun bığ qoymaq məhz aktyorun şəxsi təşəbbüsü olmuş və rejissor tərəfindən qəbul edilmişdir.
- Filmdəki tikinti səhnələri Bakıda Şərifzadə küçəsində aparılan tikintilərdir.
- Film Moskvada əvvəlcə qəbul edilməyib və zəif film kimi qiymətləndirilib. Bu səbəbdən çox az tirajla bu film ekranlara buraxıldı. Lakin sonralar filmin göndərilməsi üçün Türkmənistan, Özbəkistan, Rusiyanın müxtəlif şəhərlərindən Moskvaya sifarişlər gəldi. Beləliklə film SSRİ-də ən çox göstərilən və pul yığan filmlərdən birinə çevrildi[3]
- Film barədə akademik Cəfər Cəfərov demişdir ki, filmin dramaturgiyası yarıdan sonra get-gedə zəifləyir. Film daha çox film-konsertə oxşayır.[3]
- Orfoqrafik: Titrlərdə filmin adı "Əhməd Hardadır" yazılır. Doğrusu "Əhməd Haradadır" olmalıdır.
Novruz, R. “Ulduz”, “Əhməd haradadır?”, “Görüş” filmləri çox sadəlövh filmlərdir: Ramiz Novruz: “Elə şeylər var ki, onu tamaşaçı bilməməlidir”: [Xalq artisti ilə müsahibə] /müsahibəni apardı Xalidə Gəray //Yeni Müsavat.- 2015.- 7 dekabr.- S.13.
Aydın Kazımzadə, "Kinosalnamə" verilişi, 09.11.2013
Allahverdiyev, E. Şedevrlər kolleksiyası: "O olmasın, bu olsun", "Hicran", "Ulduz", "Əhməd haradadır?" və s.: [Yazıçı və dramaturq Sabit Rəhmanın Azərbaycan kinosunun inkişafındakı rolu haqqında] //Ekran-efir.- 2010.- 14 may.- S. 7.
"Əhməd haradadır?": Siyavuş Səfiyevin ölümündən 9 il ötür: [Əməkdar incəsənət xadimi Siyavuş Səfiyev haqqında] //Şərq.- 2010.- 25 noyabr.- S. 14.