From Wikipedia, the free encyclopedia
Şonan məbədi (昭南神社?) və ya bəzən Syonan məbədi – Sinqapurun Makritçi rezervuarında yerləşmiş şintoist məbədi.[1] Məbəd Yaponiya ordusu tərəfindən əsir götürülmüş britaniyalı və avstraliyalı əsgərlər tərəfindən Sinqapurun işğalı zamanı ölmüş yaponların xatirəsinə tikilmişdir.[1]
Şonan məbədinin orijinal strukturunda məbədin divarları yox idi.[1] Məbəd bir neçə mərtəbəli pilləkənlə çıxılan daş platformanın üzərində tikilmişdi və məbədin damı platformanın perimetri ətrafında düzülmüş taxta sütunların üzərində dayanırdı.[1] Rezervuarın filtrasiyası üçün də istifadə olunmuş tonlarla hamam çınqıl daşı ilə məbəd bağının səkisi salınmışdır.[1]
İkinci dünya müharibəsindən sonra Şonan məbədinə od vurulmuş və məbəd tamamilə məhv olmuşdur.[1] Məbədin sadəcə bir neçə daş qalığı qalmışdır.[1] İllər keçdikcə məbədin 90 daş pilləli girişi və bünövrəsi böyüyən cəngəllik bitkiləri arasında gizli qalmışdır.[1] Məbədin qranit daşından hazırlanmış fəvvarəsi toxunulmamış vəziyyətdə qalmışdır.[1] Fəvvarənin altında naməlum şəxslər tərəfindən naməlum məqsəd üçün qazılmış gizli tunel aşkarlanmışdır.[1]
Şonan məbədi ilə bağlı sübut olunmayan bir çox iddia və nəzəriyyə mövcuddur.[1] İddiaların birinə görə məbəd britaniyalılar tərəfindən deyil, yaponlar tərəfindən məhv edilmişdir.[1] Bu iddiaya görə yapon əsgərlər geri çəkilərkən məbəddəki gizli xəzinəni qorumaq istəmiş və İmperator qvardiyası xəzinəni qanları ilə qorumağa and içərək kütləvi intihar ritualı təşkil etmişdir.[1]
Sinqapur Paranormal Tədqiqatçıları qrupu bu iddiaları araşdırmaq qərarına gəlmiş və Yamaşita qızılı əfsanəsi ilə əlaqələr kəşf etmişdir.[1] 1981-ci ilə aid bir qeyddə deyilir ki, müharibə illərində rezervuarda işləmiş Sappari adlı indoneziyalı bağban məbədin yaxınlığında dəyərli bir şeyin basdırıldığını görmüşdür.[1] Məbədin qalıqları meşənin dərinliklərində yerləşdiyi üçün əlçatan deyil və məbədə çatmaq istəyərkən yolda itən şəxslər məbədin yapon ruhlar tərəfindən qorunduğunu iddia edirlər.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.