İran körfəzi
İranın cənubunda yerləşən Orta Şərqdəki ən vacib körfəz From Wikipedia, the free encyclopedia
İranın cənubunda yerləşən Orta Şərqdəki ən vacib körfəz From Wikipedia, the free encyclopedia
İran körfəzi[1][2][3] və ya Fars körfəzi[4](fars. خلیج فارس - Xəlic-e Fars; [5][6] - əl-Xəlicül-ərəbi,[7] əl-Xəlic əl-ərəbi[8]) — İran və Ərəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir.
İran körfəzi | |
---|---|
خلیج فارس الخليج العربي | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Duzluluğu | 41 ‰ |
Yerləşməsi | |
26° şm. e. 52° ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var[9]. İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər[10]. Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır. Bu ad tarixi köklərə malikdir və Osmanlı imperiyası dövründə bu adla tanınıb[11][12].
Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı İran körfəzinə tökülür.
Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə İran körfəzi dənizlərlə oxşardır.[13]
Körfəzin sahəsi 239 000 km², uzunluğu 926 km, eni 180–320 km, orta dərinliyi 50 metrdən az, maksimal dərinliyi 102 metrdir.
Mənbələrdə körfəz müxtəlif cür adlandırılır. Fars körfəzi adını qazanmazdan əvvəl bu körfəzin bir neçə digər qədim adları olub. Məsələn, bəzi qədim yunan qaynaqlarında (məsələn Herodotun yazıları) buranın adı Qırmızı dəniz kimi çəkilib. Qədim Babil qaynaqlarında isə bura Akkaddan şimalda yerləşən dəniz adlandırılıb.
Eramızdan əvvəl 550–330-cu illər arasında mövcud olmuş, ilk fars dövləti olan Əhəmənilər İmperiyasının quruluşundan və sözü gedən körfəz ətrafındakı ərazilər üzərindəki hökmranlığı dövründən bəri, bu körfəz Pars dənizi adlanmağa başlanıb.
1960-cı illərdən etibarən ərəb ölkələrində (əsasən ərəb milliyətçiliyi ilə bağlı səbəblərdən) Ərəb körfəzi adlandırılmağa başlanmışdır ki, bu da beynəlxalq səviyyədə mübahisələrə səbəb olub.[14]
Son dövrlərdə körfəzin "Fars körfəzi" yaxud "Ərəb körfəzi" adlandırılması məsələsi bəzi ərəb ölkələri ilə İran rəsmiləri arasında ciddi mübahisə mövzusudur.[15] Məsələn, 2010-cu ildən bəri İranda İslam və Mədəni İnqilab Ali Şurası (Şura-ye Ali-e Enğelab-e Fərhəngi-ye Eslami) tərəfindən 30 aprel gününün rəsmi olaraq Fars körfəzi günü kimi qeyd olunması qərarı verilib. İranın keçmiş prezidenti Məhəmməd Hatəmi bunun əsas təkanverici səbəbinin, beynəlxalq səviyyədə "Ərəb körfəzi" adının əsas ad olaraq önə yeridilməsi məqsədilə bir neçə ərəb ölkələri tərəfindən 2009-cu ildən başlanan kompaniyanın olduğunu bildirib.[16][17] Həmçinin bununla əlaqədar İran poçt xidməti bu günü qeyd edən markalar buraxıb.[18]
Müasir dövrdə buranın digər yerli adlandırma formaları da vardır — məsələn, Türkiyədə (və qismən Azərbaycanda [19]) Bəsrə körfəzi (ki bu ad Osmanlı dövrünə, 16-cı əsrə gedib çıxır), Cənubi Azərbaycanda (xüsusilə milliyyətçi təşkilatlar arasında) və həmçinin müxtəlif tarixi mənbələrdə əvvələr türklər tərəfindən istifadə olunduğu deyilən Kəngər körfəzi adlarını sadalamaq olar.[20][21][22][23][24]
Körfəz üçün orta əsr Avropa kartoqrafları tərəfindən çəkilmiş xəritələrdə də cürbəcür adlar istifadə olunub. Belə ki, alman kartoqrafı Qustav Droysenin "945-ci ilədək Xilafət dövləti" ("Das Reich der Kalifen bis 945") xəritəsində körfəzin o dönəmdəki ərəbcə adı olan Bəhr-ül Farsi (Fars dənizi) adıyla yanaşı almanca Grünes Meer, yəni Yaşıl dəniz adı da qeyd olunub.
Bundan başqa, 16-cı əsr alman-flamand kartoqrafı Gerhard Merkatorun 1561-ci ildə çəkilən dünya xəritəsində körfəzin adı latınca Mare di Mesendin, yəni Müsəndəm dənizi adlanıb — bu ad Ərəbistan yarımadasının şimal-şərqi nöqtəsində yerləşən Müsəndəm yarımadasının adıyla bağlıdır. Həmin yarımada hazırda Oman və Birləşmiş Ərəb Əmirlikləri arasında bölünüb.
Bir digər flamand kartoqrafı Abraham Orteliusun 1570-də çəkdiyi xəritədə isə körfəz latınca Mare El Catif, yəni Qətif dənizi adlanıb — bu ad isə hazırkı Səudiyyə Ərəbistanının şərq sahilindəki əş-Şərqiyyə məntəqətində yerləşən Qətif şəhərinin adıyla bağlıdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.