From Wikipedia, the free encyclopedia
İnternetə çıxış — fiziki şəxslərin və təşkilatların kompüter terminalları, kompüterlər və digər cihazlardan istifadə edərək internetə, e-poçt və ümumdünya hörümçək toru kimi xidmətlərə daxil olmaq üçün qoşulmaq imkanı. İnternetə çıxış müxtəlif şəbəkə texnologiyaları vasitəsilə geniş diapazonda verilənlərin ötürmə sürətində əlaqə təmin edən internet xidmət provayderləri (ISP) tərəfindən satılır. Bir çox təşkilatlar, o cümlədən artan sayda bələdiyyə qurumları, həmçinin pulsuz simsiz giriş və stasionar telefonlar təmin edir.
İnternetə çıxış imkanları bir vaxtlar məhdud idi, lakin sürətlə artmışdı. 1995-ci ildə dünya əhalisinin yalnız 0.04%-nin internetə çıxışı var idi ki, onlardan yarıdan çoxusu ABŞ-də yaşayırdı. XXI əsrin ilk onilliyində inkişaf etmiş ölkələrdə bir çox istehlakçılar daha sürətli genişzolaqlı texnologiyadan istifadə edirdilər və 2014-cü ilə qədər dünya əhalisinin 41%-i çıxış əldə etmişdi.[1] Genişzolaqlı internet demək olar ki, bütün dünyada mövcud idi və qlobal orta əlaqə sürəti saniyədə bir meqabiti keçmişdi.[2]
İnternet ABŞ hökuməti tərəfindən hökumət daxilində, həmçinin ABŞ-dəki universitetlər və tədqiqat laboratoriyalarında layihələri dəstəkləmək üçün maliyyələşdirilən ARPANET əsasında inkişaf etdirilmişdir. Bu, zaman keçdikcə dünyanın əksər böyük universitetlərini və bir çox texnologiya şirkətlərinin tədqiqat qollarını əhatə etmişdi.[3][4][5] Daha geniş auditoriya tərəfindən istifadə yalnız 1995-ci ildə kommersiya trafikinin daşınması üçün internetdən istifadəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə baş vermişdi.[6]
1980-ci illərin əvvəlindən ortalarına qədər internetə çıxışın çoxu fərdi kompüterlərdən və loakl şəbəkələrə (LAN) birbaşa qoşulmuş iş stansiyalarından və ya modemlərdən, analoq telefon xətlərindən istifadə edərək dial-up bağlantılarından idi. LAN-lar adətən 10 Mbit/s sürətlə işləyirdi, modem verilənlər sürəti isə 1980-ci illərin əvvəllərində 1200 bit/s olmasına baxmayaraq, 1990-cı illərin sonunda 56 kbit/s-ə yüksəlmişdi. Başlanğıcda "dial-up" əlaqələri terminallardan və ya terminal emulyasiya proqramı ilə işləyən kompüterlərdən LAN-lardakı terminal serverlərinə edilirdi. Bu "dial-up" əlaqələri internet protokollarının "end-to-end" istifadəsini dəstəkləmirdi və yalnız host əlaqələri üçün terminal təmin edirdi. "Serial Line Internet Protocol" (SLIP) və daha sonra "point-to-point protocol"u (PPP) dəstəkləyən şəbəkəyə çıxış serverlərinin tətbiqi internet protokollarını genişləndirmişdi.
İnternetə çıxış sürətinin sürətlə artmasında mühüm amil MOSFET (MOS tranzistor) texnologiyasında irəliləyişlər olmuşdur.[7] 1959-cu ildə Məhəmməd Atalla və Kan Devon tərəfindən icad edilən MOSFET[8][9][10] internet telekommunikasiya şəbəkələrinin tikinti blokudur.[11][12] İlk olaraq 1960-cı ildə Çarlz Hard Tauns və Artur Leonard Şavlou tərəfindən nümayiş etdirilən lazer 1980-ci ildə MOS işıq dalğası sistemləri üçün qəbul edilmiş və bu, internet buraxılış zolağının eninin eksponensial artmasına səbəb olmuşdu. Davamlı MOSFET miqyası o vaxtdan bəri onlayn ötürmə qabiliyyətinin hər 18 ayda iki dəfə artmasına gətirib çıxarmışdı.[7]
Əksər genişzolaqlı xidmətlər davamlı "həmişə açıq" əlaqəni təmin edir; heç bir dial-in prosesi tələb olunmur və o, telefon xətlərinin səsli istifadəsinə mane olmur.[13] Genişzolaqlı internet xidmətlərinə təkmil çıxış təmin edir, məsələn:
1990-cı illərdə ABŞ-də Milli İnformasiya İnfrastrukturu təşəbbüsü genişzolaqlı İnternetə çıxışı ictimai siyasət məsələsinə çevirmişdi.[14] 2000-ci ildə evlərə internetin çoxu "dial-up" vasitəsilə təmin edilirdi, bir çox müəssisə və məktəblər isə genişzolaqlı bağlantılardan istifadə edirdilər. 2000-ci ildə İƏİT-in 34 ölkəsində[15] 150 milyondan bir qədər az "dial-up" abunəsi və 20 milyondan az genişzolaqlı abunə var idi. 2005-ci ilə qədər genişzolaqlı internetdən istifadə artmış və "dial-up" istifadəçilərinin sayı azalmışdı ki, abunələrin sayı hər biri təxminən 130 milyona bərabər olmuşdu. 2010-cu ildə İƏİT ölkələrində internetə qoşulma abunələrinin 90%-dən çoxu genişzolaqlı şəbəkədən istifadə edirdi.[16]
ADSL və ya kabel ilə xidmət göstərməyən ərazilərdə bəzi icma təşkilatları Wi-Fi şəbəkələri quraşdırır. Simsiz, peyk və mikrodalğalı internet tez-tez kənd yerlərində, inkişaf etməmiş və ya simli İnternetin asanlıqla mövcud olmadığı digər xidmət göstərilməsi çətin ərazilərdə istifadə olunur.
Sabit (stasionar) və mobil genişzolaqlı giriş üçün tətbiq edilən daha yeni texnologiyalara WiMAX, LTE və sabit simsiz daxildir. Təxminən 2006-cı ildən başlayaraq mobil genişzolaqlı çıxış HSPA, EV-DO, HSPA+ və LTE kimi "3G" və "4G" texnologiyalarından istifadə edərək istehlakçılar səviyyəsində getdikcə daha çox əlçatan olur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.