From Wikipedia, the free encyclopedia
İmri Ziv (ivr. אימרי זיו; d. 12 sentyabr 1991, Hod-ha-Şaron, İsrail) və ya sadəcə IMRI — İsrail müğənnisi. O, İsraili 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
İmri Ziv 12 sentyabr 1991-ci ildə İsrailin Hod-ha-Şaron şəhərində anadan olmuşdur. O ibtidai təhsilini İlan Ramon adına orta məktəbdə almışdır. Hərbi xidmətdə ikən İmri İsrail Silahlı Qüvvələrinin Təhsil və Gənclik Korpusu Dəstəsinin orkestrində musiqi ilə məşğul olmuşdur. Ali təhsil olaraq o, Herzliya şəhərində yerləşən Daxili İntizam Mərkəzi kollecində kommunikasiya elmləri ixtisası üzrə təhsil almışdır. İmri ivrit, ingilis və ispan dillərində sərbəst danışa bilir.
2012-ci ildə İmri Ziv İsrailin The Voice səs yarışmasında iştirak etmişdir. 2015 və 2016-cı illərdə İmri İsrailin Avroviziya təmsilçilərini dəstək vokalçı olaraq səhnədə müşayiət etmişdir.
2017-ci ildə İmri Ziv İsrailin IBA telekanalının Avroviziya üçün təşkil etdiyi HaKokhav HaBa 2017 adlı milli seçim turunda iştirak etmişdir. Uzun sürən seçim turlarında İmri Lady Gaga, Rihanna, Aerosmith, Beyonce və Kelli Klarksondan mahnılar ifa etmişdir. Nəticədə yarışmada qalib gələrək, İmri Ziv İsraili Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır[1]. İmrinin Avroviziya səhnəsində ifa edəcəyi mahnı "I Feel Alive" ilk dəfə 9 mart tarixində dinləyicilərə təqdim olunmuşdur. Mahnıda İsrailin milli musiqi ritmlərindən də istifadə olunmuşdur.
Uzun məşqlərdən sonra İmri 11 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinal mərhələsində 18-ci nömrə altında səhnə almışdır. Nəticədə o 207 xalla 3-cü yeri tutaraq, Avroviziya 2017-nin finalına yüksəlməyə nail olmuşdur. Finalda mahnısını bir daha ifa edən müğənni ümumi nəticədə 39 xalla 23-cü yerdə qərarlaşmışdır.
Mahnı adı | İl |
---|---|
"I Feel Alive" | 2017 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.