From Wikipedia, the free encyclopedia
Üç Kral məbədi (alm. Dreikönigsschrein) – Üç Kral və ya Üç müdrik kişi kimi tanınan Bibliya maqlarının sümüklərinin saxlanıldığına inanılan xristian dini relikviyasıdır. Böyük qızıl sarkofaq formasında hazırlanmış relikviya Köln kafedralının yüksək altarının altında saxlanılır. Maass incəsənət məktəbinin ən gözəl nümunələrindən biri olan relikviya həm də qərb dünyasının ən vacib dini ziyarətgahlarındandır.
Müdrik maqların sümükləri əslində Konstantinopolda yerləşirdi, lakin onlar Milan arxiyepiskopu I Yevstorqiy tərəfindən Milana gətirilmiş və 344-cü ildə imperator Konstanta təqdim edilmişdir. Səkkiz əsr sonra, 1164-cü ildə dəyərli relikviya Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossa tərəfindən Milandan Kölnə gətirilib və Köln arxiyepiskopu Raynald fon Dasselə verilib. Həmin dövrdən etibarən bu relikviya hər il çoxsaylı ziyarətçiləri dünyanın hər yerindən Kölnə cəlb edir.
"I Filippin (Köln arxiyepiskopu) dövründə üç müdrikin sümükləri üçün Üç Kral məbədi adlı sarkofaq formalı sarkofaq hazırlanmışdır. Bu haqqda mənə sümüklərin məbədin içinə yerləşdirilməsinin şahidi olmuş bir neçə nəfər xəbər vermişdi.”[1] Vita Yevstorqiy |
Məbədin bir hissəsi məşhur orta əsr zərgəri Verdunlu Nikolay tərəfindən 1180-1181-ci illərdə dizayn edilmişdir. Məbəd İsanın həyatından səhnələr, peyğəmbərlər və həvarilərin qızıl fiqurları ilə bəzədilmişdir. Məbəd 1225-ci ildə tamamlanmışdır.
Təxminən 1199-cu ildə Müqəddəs Roma imperiyasının imperatoru IV Otto Köln kafedralına hədiyyə kimi üç müdrik adam üçün üç qızıl tac hazırlatmışdı: "Otto rex coloniensis curiam celebrans tres coronas de auro capitibus trium magorum imposuit"; MGSS 17, 292.
Relikviya və kafedralın mühümlüyü şəhərin sonrakı inkişafına ciddi təsir göstərmişdir və buna görə də Köln şəhərinin gerbində hazırda da üç maqı simvolizə edən üç tac təsvir olunmuşdur.
Bu mühüm relikviyanın yerləşdirilməsi üçün hazırkı Köln kafedralının inşasına 1248-ci ildə başlanılmışdır. Kafedralın inşası 632 il çəkmişdir və Köln kafedralı hazırda Şimali Avropanın ən böyük qotik kilsəsidir.
20 iyul 1864-cü ildə məbəd açılmış və üç kralın sümükləri, həmçinin Köln arxiyepiskopu I Filippin sikkəsi aşkarlanmışdır. Hadisənin şahidi qeyd edir:
Sümüklər ağ ipəyə bükülərək yerinə qoyulmuşdur.
Üç Kral məbədi 110 sm (43 inç) enə, 153 sm (60 inç) hündürlüyə və 220 sm (87 inç) uzunluğa malikdir. Məbəd bazilika formasındadır: iki sarkofaq yanaşı durur, üçüncüsü isə onların üstündə yerləşir. Künclər tamamilə örtülü olduğundan sarkofaqların kəsişmə yeri görünmür. Əsas struktur taxtadan hazırlanıb, qızıl və gümüş löhhələrlə örtülüb, 1000-dən artıq qiymətli daş-qaşlar və mirvarilərlə bəzədilib. Qaşlar üzərində kameo və intaqliolar vardır ki, onların da bəziləri xristianlıqdan əvvəlki dövrə aiddir.
Məbədin bütün xarici səthi mürəkkəb dekorativ təsvirlərlə örtülmüşdür. Dekorasiyanı tamamlayan kiçik fiqurlar nəzərə alınmamaqla, ümumi məbəd fiqurunun üzəri 74 fiqurla bəzədilmişdir və onlar hamısı qızıl suyuna çəkilmiş gümüşdən işlənmişdir. Hər iki tərəfdə məbəd divarları aşağı tərəfdə peyğəmbər obrazları ilə bəzədilib, onların üstündə isə həvarilərin və yevangelistlərin obrazları durur. Məbədin bir qurtaracağında (aşağıda, soldan sağa) Maqların heyranlığı, Məryəmin körpə isa ilə taxta çıxması və İsanın vəftizi, yuxarıda Məsihin taxta çıxması və Böyük məhkəmə təsvir olunub. Digər qurtaracaqda İsanın iztirabları göstərilib: Məsihin şallaqlanması (aşağıdan solda) və çarmıxa çəkilməsi (aşağıdan solda), yuxarıda isə İsanın dirilməsi. Bu qurtaracaqda mərkəzdə həm də Reynald fon Desselin büstü var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.