Çobanmaz
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Çobanmaz - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd.[3]
kənd | |
Çobanmaz | |
---|---|
40°43′33″ şm. e. 44°17′30″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Rayon | Alagöz rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.160 m[1] |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən 2022 km şimal-şərqdə, Hədis dağının ətəyində, Göykilsə (Kaputan) kəndinin yaxınlığında yerləşir. 15 mart 1972-ci il kimi, Alagöz (Araqadz) rayonu təşkil edilənə qədər Abaran rayoııunun inzibati - ərazi bölgüsünə daxil olnuışdur. Erməni mənbələrində kəndin adı Çobangöməz, Çobangörükməz, Çobangərəkməz, Çobangerikməz formalarında da qeyd edilmişdir[4].
Qafqazın 5 verstlik xəritəsində Çobangyərəkməz formasında əksini tapmışdır[5].
Toponim çoban türk etnoniminə[6][7] «təpə» mənasında işlənən mar sözünün[8] fonetik variantı olan maz sözünün qoşulmasından əmələ gəlmişdir. Türk dillərində, o cümlədən Azərbaycan dilində söz sonunda r~z səsəvəzlənməsi (gör~göz, yor (maq) - yoz (maq) qanunauyğun haldır[9][10]. Deyilənlərdən bir daha bu qənaətə gəlirik ki, mar və maz eyni mənalı sözlərdir.
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Avşen qoyulmuşdur.
Kənddə 1873 - cü ildə 24 nəfər, 1886-cı ildə 36 nəfər, 1897-ci ildə 77 nəfər, 1905-ci ildə 88 nəfər, 1914 - cü ildə 97 nəfər, 1916-cı ildə 96 nəfər azərbaycanlı yaşamışdır[11].
1850-ci ildə Qarsdan ermənilər, 1877-78-cı il rus-türk müharibəsı zamanı Türkiyədən kürdlər köçürülərək bu kənddə yerləşdirilmişdir[12] 1918-ci ilin yazında azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.