From Wikipedia, the free encyclopedia
Çin–Nepal münasibətləri — Çin Xalq Respublikası və Nepal arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında dövlət sərhəddinin uzunluğu 1236 km[1] təşkil edir.
XVIII əsrdə Çinlə (Tzin sülaləsi) Nepal arasında Tibetə sahiblənmək uğrunda mübarizə gedirdi. Tibet-Nepal müharibəsindən sonra Nepal hökmdarı bir daha Tibetin sərdəddini keçməyəcəyini bildirmiş və Çindən vassal asıllığına girdiyini bəyan etmişdir. Bacın ödənilməsinə 1911-ci ildə Çində baş vermiş inqilaba qədər davam edilmişdir. Çin İngilis-Nerpal müharibəsində Nepalı dəstəkləmişdir. 1816-cı ildə Suqaul anlaşmasına görə Nepal Sukkin, Kumaon, Qarxval əraziklərini Ost-Hind şirkətinə güzəştə getmiş və Katmanduda ingilis rezidensiyası təşkil olunmuşdur. Nepalın bütün xarici siyasəti imngilislərə həvalə olunur. 1855-ci ildə İkinci Tibet-Nepal müharibəsi başlayır. Ancaq hərbi əməliyyatlar Çinin müdaxiləsi ilə tezliklə bitir. Nepal Tibeti Çinin tərkibində xüsussi statuslu ərazi kimi tanıyır. 1908-coi ildə Nepal ingilislərin Tibetə hücumunu dəstəkləyirlər[2][3][4].
1950-ci ildə Çin xalq-azadlıq ordusu Çamdsos əməliyyatı ilə Tibeti ələ keçirir. Bundan sonra Nepal təhlükəsizlik və ərazi bütövlüyünü təmin etməkdən ötrü həyəcan keçirir[5][6][7]. Çin nepallı zəvvarların Tibetə girişinə qadağa qoyur. Bununlada Tibetlə Nepalın əlaqəsini kəsməyi düşünür. Üstəlik Nepal Kommunist partiyasını dəstəkləyir.Bu partiya ölkədə quruluşun dəyişdirilməsinə can atırdı. 1950-ci ildə Hindistan-Nepal arasında dostluq və sülh haqqında müqavilə imzalanır. Hinsistanla əlaqələr inkişafa doğru gedir. Ancaq yerli əhali bunu Nepalın suverenliyinə təhlükə hesab edir. 1955-ci ildə isə Nepalla Çin arasında diplomatik əlaqələr qurulur. 1960-cı ildə isə ilk səfirlər təyin edilir. 1956-cı ildə Nepal Tibetio Çinin ərazisi olaraq qəbul edir.1960-cı ildə Çinlə nepal arasında yaşayış məntəqələrinin sərhədləri və ayrıca sülh və dostluq haqqında anlaşma imzalyırlar. 1961-ci ildə Nepal və Çin Katmandu və Tibeti birləşdirəcək yolun tikintisi haqqında müqaviləni imzalayırlar. Nepal Çin-Hindistan sərhəd müharibəsi zamanı neytral mövqe tutur.
1970-ci illərdə nepal kralı Birendra Nepalı Çin və Hindistan arasında «sülh sonası» adlandırmışdır. 1980-ci illərdəÇin istehsalı silahların Nepala tədarükü Hindistanla imzalanmış müqaviləyə zidd olmuşdur. Bundan sonra ABŞ, Böyük Britaniya və Hindistan kral Qyanendraya silah satışına qadağa qoymuşdur. 2008-ci ildə Nepalda ümümxalq seçkilərindən sonra hökumət Hindistanla imzalanmış 1950-cil anlaşmasından imtina etdiyini bildirmişdir. görünür bunda Çinlə olan əlaqələrində öz təsiri vardır. 2007-08-ci illərdə Çin Lhasadan Janqmu sərhəd şərərinə kimi yolun tikintisinə başlamışdır. Bu Layihə Nepalı Çinin dəmir yolu ilə birləşdirəcəkdir[8][9][10][11][12].
Çin nepallı qızların cinsi ticarətində inkişaf edən bir mərkəzdir[13]. Çinlə Nepal arasında azad sərhəd siyasəti nepallı qadın və qızların çinli kişilərə həyat yoldaşı və faişəlik məqsədi ilə satılmasına səbəb olmuşdur[14].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.