Çin-Hindistan sərhəd müharibəsiÇin Xalq Respublikası ilə Hindistan arasında 1962-ci ilin payızında yüksək dağlıq ərazidə yerləşən sərhəd zonasında baş vermiş sərhəd müharibəsi.

Cəld faktlar Tarix, Yeri ...
Çin–Hindistan sərhəd müharibəsi
Thumb
Tarix 1962
Yeri
    Bağla

    Səbəbləri

    Keçmiş Britaniya Hindistanı ilə Tibet arasında sərhəd xətlərinin müəyyənləşdirilməsi sahəsində mübahisəli ərazilər qalmaqda idi. Bu ərazilərdən biri Kəşmirin şimal-şərq hissəsində yerləşən, Aksay-Çin adı ilə tanınan 518 km²-lik bir ərazi idi [1].. İkinci mübahisəli rayon isə müasir Arunaçal-Pradeş ştatının şimalında yerləşən 700 km uzunluğuna malik sərhəd xətti boyunca uzanan 82,88 min km²-lik ərazi idi.

    Çinlə Hindistan arasında mühasibətlərin kəskinləşməsinin əsas səbəblərindən biri də daxili vəziyyətin gərginləşdiyi Tibetlə münasibətləri yaxşılaşdırmaq məqsədilə Çin tərəfindən Aksay-Çin vasitəsilə aparılan yol tikintisinin Hindistan tərəfindən aşkar edilməsi olmuşdur. 1960-cı ildə Çin Xalq Respublikası Hindistana qərbdə fəaliyyət azadlığı müqabilində şərqdəki mübahisəli ərazini ona güzəştə getməsini təklif etdi [2].. Digər bir mülahizəyə görə Tibet çinlilər tərəfindən işğal olunduqdan sonra on dördüncü Dalay-lamaya Hindistanın siyasi sığınacaq verməsi idi [3] .

    Müharibənin gedişi

    Hələ 1960-cı ilin iyulunda şərqdəki mübahisəli ərazidə tərəflər arasında ilk silahlı toqquşmalar, elə həmin ilin oktyabrında isə mübahisəli qərb ərazisində də qarşılıqlı hərbi əməliyyatlar baş verdi.

    20 oktyabr 1962-ci ildə hərbi əməliyyatlar daha da kəskinləşdi. Çinlilər Dxola və Kxinzemana yaxınlığındakı Hindistan qoşunlarının mövqelərinə ağır zərbələr endirdilər, sonralar isə Dxoladan geri çəkilən Hindistan ordusunu təqib edərək iki cinahdan - şimaldancənubdan Tavanq şəhərinə hücum etdilər.

    14 noyabrda hərbi əməliyyatlar daha da genişlənərək şərqdə Valonq və şimalda Ladakxe bölgələrini də əhatə etdi, burada Çuşul və Rezenq La şəhərləri çinlilər tərəfindən mühasirəyə alındı.

    20 noyabrda çinlilər Hindistanın 4-cü piyada diviziyasını, demək olar ki, tamamilə darmadağın etdi. Valanq bölgəsi və xüsusilə, Rezenq La gərgin lokal döyüşlərin baş verdiyi əsas ərazilər idi.

    Mao Tsedun Sovet İttifaqının köməyinə ümid etsə də, SSRİ Çin Xalq Respublikasını müdafiə etmədi və bitərəf mövqe tutdu. İngiltərəABŞ tərəfindən Hindistana silah göndərilməsindən Çin dövləti narahat oldu və 21 noyabrda Pekin radiosu birtərəfli qaydada atəşkəs elan etdi.

    Xarici keçid

    İstinadlar

    Wikiwand in your browser!

    Seamless Wikipedia browsing. On steroids.

    Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

    Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.