From Wikipedia, the free encyclopedia
Çenstoxova (pol. Częstochowa) — Polşanın cənubunda, Sileziya voyevodalığında şəhər.[1] Polşanın 13-cü ən çox əhalisi olan şəhəridir. Tarixən Aşağı Polşanın ərazisində yerləşmişdir, və Çenstoxova voyevodalığının inzibati mərkəzi idi.
şəhər | |||||
Çenstoxova | |||||
---|---|---|---|---|---|
pol. Częstochowa | |||||
|
|||||
50°48′34″ şm. e. 19°07′19″ ş. u.HGYO | |||||
Ölkə | Polşa | ||||
Tabesində | Sileziya voyevodalığı | ||||
Başçı | Kşiştof Matiyaşik | ||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1377 | ||||
İlk məlumat | 1220 | ||||
Sahəsi | 160 km² | ||||
Mərkəzin hündürlüyü | 317 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi | 231,115 nəfər (2013) | ||||
Sıxlığı | 1,400 nəf./km² | ||||
Rəsmi dili | |||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +48 34 | ||||
Poçt indeksləri | 42-200 to 42-229, 42-263, 42-271, 42-280, 42-294 | ||||
Nəqliyyat kodu | SC | ||||
Digər | |||||
czestochowa.pl/page/ | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər, Qara Madonna rəsminin evi olan məşhur Yasna Qoranın Paulin monastırı ilə tanınır. Hər il milyonlarla ziyarətçi Çenstoxovaya bu monastırı ziyarət etmək üçün gəlir. Şəhər həmçinin 18 və 19-cu əsrlərin sonunda Frankism hərakatının da vətəni olmuşdur.
Çenstoxova sözü çenstoxların vətəni anlamına gəlir və Çęstobor və Çęstomir kimi də işlədilərək orta əsr sənədlərində göstərilən Çestox adlı şəxsinin adlı ilə bağlıdır.[2]
Əhalisi 248 min (2004).[1]
Varta çayı (Odra çayının sağ qolu) sahilindədir. Nəqliyyat qovşağı.[1]
Metallurgiya kombinatı var; maşınqayırma, toxuculuq (yun, kətan), yeyinti, kağız, mebel sənayesi müəssisələri fəaliyyət göstərir.[1]
Hal-hazırda şəhər, bölgənin əsas turistik yerlərindən biridir və bəzən kiçik Nürnberq adlanır, çünki ,oxlu sayda xatirə mağazaları var[3]. Hər il şəhərə milyonlarla turistlər və zəvvarlar (4,5 milyon — 2005) cəlb edilir. Yasna Qora monastırında yerləşən Çenstoxovanın Qara Madonnası əsəri xüsusilə diqqətləri özünə cəlb edir.[4]
Əsrlər boyu bir çox binalar tikilmişdir, onların əksəriyyəti Çenstoxovada orta əsrlərdə tikilmişdir, və indi turistik və tarixi abidələr statusuna sahibdirlər. Bu cazibədar yerlər arasında qədim şəhərlər və şəhərin mərkəzində qalalar var. Yuxarıda göstərildiyi kimi dini turizm ilə ən məşhur olan Yasna Qora monastırıdır.
Şəhər mərkəzindəki ən görməli arxitektik ərazi Maryi Panni prospektidir (Müqəddəs Məryəm prospekti). XIX əsrin əvvəllərində, Çenstoxova ilə Yeni Çenstoxova ilə birləşdirildi, 1826-cı ildə isə idarəçilikləri də birləşdirilmişdir. Prospektin ən xarakterik xüsusiyyətlərindən biri onun tərtibatıdır ki, burada yollar yamaclı bulvarla ayrılır. Ziyarət dövründə, xiyabanlar Yasna Qora monastrına gedən ziyarətçilər tərəfindən istifadə olunur. Bu prospektlər 1,5 km uzunluğunda və 44 m enindədirlər; Əsasən ticarət, xidmət, maliyyə və mədəni funksiyaları yerinə yetirirlər. Mənzillər əsasən klassik, son-klassik evlərdən ibarətdir, nadir hallarda eklektikdir. Daha müasir binalar da fərqlənə bilər. Ən maraqlı şəhərlər:
Ən görkəmli tarixi binası Yasna Qora Monastırıdır. Lakin bir neçə digər muzey və sərgi kimi fəaliyyət göstərən binaları da mövcuddur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.