Remove ads
From Wikipedia, the free encyclopedia
Zirinc (lat. Berberis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi.
Zirinc | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Zirinc |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Zirinc qədim zamanlardan bəri tanınan və istifadə edilən bitkidir. Hələ qədim Babilistanda və Hindistanda yerli sakinlər zirinc meyvələrini qanı təmizləyən, Tibet monastrlarını idarə edən kahinlər isə ömrü uzadan vasitə hesab ediblər. Qədim slavyan təbiblərinin zirinc kökləri və qabığından hazırladığı cövhər isə soyuqdəymə və qanaxmalarda tətbiq olunurdu. Onun meyvə, kök, gövdəsi vasitəsilə yun və dəri məmulatları sarı rəngə boyanırdı.
Tikanlı və yarpağını tökən kol bitkisi olan zirincın xırda çəlləyi xatırladan meyvələri qırmızı rəngdədir. Qurudulanda rəngi tündləşir. Turş dadına və faydalı xüsusiyyətlərinə görə onu bəzən "şimal limonu" da adlandırırlar.
Xalq təbabətində bitkinin meyvə, yarpaq, qabıq və köklərindən də müalicə vasitəsi kimi istifadə olunur. Meyvələrinin şirəsi qızdırmasalıcı, mikrob əleyhinə, qankəsici təsir göstərir. Bu bitkidən toksinlərin xaric edilməsi, orqanizmin təmizlənməsi və yaşlanma prosesini ləngitmək üçün də istifadə edirlər. Bitki həzm vəzlərinin sekresiyasını artırır, iştahanı və həzmi yaxşılaşdırır, hipoasid qastrit zamanı müşahidə olunan həzmsizlik və köp əlamətlərini aradan qaldırır. Zirincin təzə meyvələrinin yeyilməsi və ya şirəsinin içilməsi qaraciyər xəstəliklərinin, revmatizm, bəzən də sidik kisəsi və böyrəklərin iltihabının müalicəsində yaxşı nəticə verir. Ürək vurğularının sayını azaltdığı və arterial təzyiqi aşağı saldığı üçün hipertoniya və taxiaritmiya zamanı da tətbiq olunur.
Zirinc 2–3 m hündürlükdə olub, qol-budaqlı kol bitkisidir. Cavan budaqları sarı-qonur rəngdədir, yarpaqları incədir, ellips və ya yumurtavarı lanset formadadır, kənarı kiprikvarı mişar şəklindədir. Hamaşıq çiçəkləri salxım formasındadır. Meyvəsi şirəlidir, yetişəndə parlaq qırmızı, bəzən isə sarı-qırmız rəng alır. Dadı turşdur, iki toxumludur. Bitki aprel-may aylarında çiçək açır, meyvələri sentyabr-oktyabırda yetişir. Zirincin bütün hissələrində (yetişmiş meyvəsindən başqa) protoberberin təbiətli alkoloidlər müəyyən edilmişdir. Bunlardan ən mühümü berberindir. Bundan başqa, tərkibində palmatin, yatrorisin, kolumbamin də vardır. Göstərilənlərdən başqa, zirincin tərkibində besbenzili zoxinolin törəmələri alkoloidlər də (oksiakantin və berbamin) tapılmışdır. Zirincin köklərində 1,5 %-ə qədər berberin alkaloidi vardır. Qabıqlarında 0,4–0,5 % berberin, 1,5 % aşı maddəsi, 1,2 % qatran, 38,6 mq % C vitamini olur. Yarpaqlarında 0,18–0,2 % berberin alkoloidi, 2,1–2,55 % pirokatexin təbiətli aşı maddə, 5,2 % qatran, 2,78 % üzvi turşular (alma, limon turşuları) 58,2–101 mq % C vitamini müəyyən edilmişdir. Meyvələrində üzvi turşular, şəkər, pektin maddələri, karotinoidlər vardır.
Zirinc Azərbaycaının əksər rayonlarında – ovalıqdan başlayaraq orta dağ qurşağına qədər yayılmışdır. Bu bitkiyə daha çox meşəliklərdə, meşə açıqlıqlarında, çay vadinlərində, kolluqlarda rast gəlinir. Azərbaycanda yabanı halda 3 növ zirinc var. Onlardan adi zirincdən təbabətdə istifadə edilir.
Dərman məqsədilə zirincin yarpaqlarından, köklərindən, gövdə və budaqlarının qabıqlarından, meyvələrindən istifadə olunur. Yarpaqları bitki çiçəkləyən dövrdə, köklərini payızda, qabıqları yazın ilk ayında, meyvələri isə tam yetişəndə (sentyabr-oktyabr aylarında) toplayıb, açıq quru havada qurudur və quru, havası dəyişilən binalarda saxlayırlar. Meyvələrini xüsusi quruducuda və ya peç üzərində qurudurlar.
Elmi təbabətdə zirincin yarpaqlarından 1:10 nisbətində sulu dəmləmə, 1:5 nisbətində tinktura və 1:1 nisbətində duru spirtli ekstrakt formada daxili qanaxmalarda (uşaqlıq qanaxmalarında) qankəsici dərman kimi işlədilir. Spirtli cövhərindən (tinkturasından) sidik kisəsinin və qaraciyərin iltihabında işlədilir.
Zirincin köklərindən alınan berberin alkoloidindən sulfat duzu şəklində (Berberinum sulfas), tablet formada preparat hazırlanır və ondan öd yollarının xəstəliklərinə qarşı öd qovucu dərman kimi işlədilir. Bu məqsədlə hər tabletdə 0,005 q berberin olan berberin-sulfat preparatından gündə 3 dəfə, hər dəfədə 1 tablet 10 gün müddətində qəbul edilir.
Zirinc yarpağından "öd qovucu çayın" tərkibində də verilir. Öd qovucu çayın tərkibi belədir: 1 hissə quru zirinc yarpağı, 4 hissə solmazçiçək (quru çiçək), 3 hissə meniant yarpağı (üç yarpaq), 2 hissə nanə yarpağı, 1 hissə keşniş meyvəsi. Göstərilənləri bir-birilə qarışdırıb kobud poroşok halına salandan sonra bu qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda 10 dəqiqə dəmləyir, soyuyana kimi sakit yerdə saxlanılır. Sonra süzüb gündə 3 dəfə, hər dəfə yarım stəkan yeməkdən 15–20 dəqiqə əvvəl içirlər.
Berberin alkoloidindən leyşmaniozun müalicəsində işlədilir. Zirincin meyvələri də çox faydalıdır. Meyvələri C vitamini ilə çox zəngindir. C vitaminindən başqa tərkibində limon və alma turşuları, piroqallol təbiətli aşı maddələr, flavonoidlər, pektin və şəkərli maddələr və s. vardır.
Xalq təbabətində zirinc meyvələrindən həm təzə-təzə dərilmiş, həm də qurudulmuş halda sinqa, raxit, qanazlığı, isitmə (malyariya), eləcə də mədə-bağırsaq xəstəliklərində çox qədimdən mürəbbə, şərbət, firni hazırlanır. Quru meyvələrdən isə çay kimi dəmləyib istifadə edirlər.
Zirincin meyvələrindən yeyinti sənayesində də müxtəlif mürəbbə, kompot və s. məmulat hazırlanıb işlədilir.
Zirinc orqanizmə güclü təsir edən müalicəvi xüsusiyyətlərə malikdir. Onun tərkibi karbohidratlar, makro və mikro elementlər, K, E vitaminləri, 11 növ alkoloid, limon və alma turşusu, tanin və qatran maddəsi ilə zəngindir. Qədim Misirdə ondan qanı təmizləmək, Çin həkimləri bir çox xəstəliklərin müalicəsi, slavyan təbibləri isə bitkinin kök və qabığından hazırlanan cövhərdən soyuqdəymə və qanaxmalar zamanı istifadə ediblər. Onun meyvə, kök və gövdəsi vasitəsilə yun və dəri məmulatları sarı rəngə boyanırdı.
NKPI.AZ tibbi mənbələrə istinadla xəbər verir ki, zirinc meyvələrinin şirəsi qızdırmasalıcı, mikrob əleyhinə və qankəsici təsir göstərir.
Tikanlı və yarpağını tökən kol bitkisi olan zirincin qırmızı rəngli xırda meyvələrinin turş dadına və faydalı xüsusiyyətlərinə görə bəzən "şimal limonu" da adlandırırlar.
Zirinc göbələk əleyhinə təsirə malikdir və qocalmanı ləngidir. Zirinc kökünün dəmləməsi göz xəstəlikləri zamanı islatma kimi tətbiq edilir. Bundan başqa, zirincin meyvəsi və ondan alınan cövhər mədə-bağırsaq sistemi və ağciyər xəstəlikləri zamanı qəbul edilir.
İkinci dərəcəli şəkərli diabet xəstələrinə hər gün zirinc qəbul etmək məsləhət görülür, çünki onun qanda insulin və şəkərin normalaşdırmaq xüsusiyyəti var. Zirinc qanda xolestrolun miqdarını da azaldır. Həkimlər aktiv həyat tərzi yaşayaraq özünü gün ərzində yorğun və halsız hiss edənlərə zirinc çayı içməyi məsləhət görürlər. Lakin onun qəbulu zamanı diqqətli olmaq lazımdır. Zirinc əzələlərin aktivliyini artırır və ona görə də hamiləlik zamanı zirinc və onun yarpaqlarından hazırlanan dəmləmələri qəbul etmək məsləhət görülmür. Sakitləşdirici preparatlar qəbul edən zaman həmin dəmləmələrdən istifadə etmək olmaz. Bu dərmanın sedativliyinin artmasına səbəb ola bilər və xəstələrdə baş gicəllənmə, ürək bulanma, qıcolma, burun qanamaları müşahidə oluna bilər.
Tibdə zirincin spirtli çıxarışı hepatitlərin, öd daşı xəstəliyinin müalicəsində və uşaqlıq qanaxmasının qarşısını almaq məqsədilə tətbiq olunur. Ev şəraitində həmin cövhəri hazırlamaq çox asandır. Bunun üçün 20 qram zirinc yarpağı 100 qram 70 faizli spirtdə 15 gün müddətində isti və quru yerdə saxlanılır. Alınan tünd-sarı rəngli cövhərin turşməzə dadı olur. Onun qəbulu ən çox fibroma zamanı və abortdan sonra baş verən qanaxmalarda səmərəli vasitə sayılır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.