From Wikipedia, the free encyclopedia
Zadir Rza oğlu Rzayev (10 oktyabr 1937, Şürük, Lənkəran rayonu – 29 yanvar 2010, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin generalı, keçmiş sovet ordusunun 18110 saylı hərbi hissəsinin bazasında yaradılmış ilk hərbi hissə komandiri.
Zadir Rzayev | |
---|---|
Zadir Rza oğlu Rzayev | |
Şəxsi məlumatlar | |
Digər adı | Zaur |
Doğum tarixi | |
Doğum yeri | Şürük, Lənkəran rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | General-mayor |
Vəzifəsi | korpus komandiri |
Döyüşlər | Qarabağ müharibəsi |
Zadir Rzayev 1937-ci ilin oktyabrın 10-da Lənkəran rayonunun Şürük kəndində anadan olub. Orta təhsili İkinci Dünya Müharibəsi dövrlərinə təsadüf etdiyindən təhsil almasında böyük çətinliklər yaranıb. Orta məktəbi bitirdikdən sonra Bakı şəhərinə gəlib. 1955-ci ildə Azərbaycan Pedaqoji Universitetin fizika-riyaziyyat fakültəsinə daxil olsa da ailə vəziyyəti ağır olduğundan təhsilini yarımçıq qoyub. 1958-ci ildə sənədlərini geri götürərək o vaxtkı Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə təqdim edib və qəbul olub.
1958–1962-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini qırmızı diplomla bitirdikdən sonra leytenant rütbəsi alaraq 5 il Almaniyada yerləşən Sovet Silahlı Qüvvələrinin tərkibində xidmətə göndərilib. Yüksək hərbi göstəricilərinə görə o, Zaqafqaziya Hərbi Dairəsində — Ermənistanın Gümrü şəhərinə hərbi xidmətini davam etdirməyə göndərilib. Gümrü şəhərində xidmtə etdiyi hərbi hissədə əvvəlcə taborun qərargah rəisi, az sonra isə tabor komandiri olub.
Ermənistanda xidmət edə-edə 1971-ci ildə Moskvada M. F. Frunze adına Hərbi Akademiyaya daxil olub və 1975-ci ildə oranı bitirib. Daha sonra Zaqafqaziya Hərbi Dairəsində 1988-ci ilədək alay komandirinin müavini kimi çalışıb. 1988-ci ildə ordudan tərxis olunub. Bakı şəhərinə azərbaycanlı zabit kadrlarını yetişdirmək üçün BDU-nun hərbi kafedranın müdir müavini vəzifəsinə göndərilib. Burada polkovnik rütbəsi alan Zadir Rzayev kafedra rəisi vəzifəsinə təyin olunub. İlk dəfə ona BDU-da Zaur kimi müraiət olunur və sonradan el arasında bir çox şəxslər onu Zadir yox məhz Zaur adı ilə tanıyıb.
1991-ci oktyabrın 9-da bilavasitə özününun şəxsi təşəbbüsiylə yaratdığı "I batalyon" kimi tanınan, Azərbacan Silahlı Qüvvələrinin ilk N saylı hərbi briqadasının komandiri kimi Qarabağ döyüş bölgəsinə getmişdir. 1992-ci ildə Ağdərənin 12, Laçının 40 kəndinin azad edilməsinə, eləcə də korpus komandiri kimi Beyləqan və Füzuli istiqamətində uğurlu əks-hücum əməliyyatına rəhbərlik etmişdir. Yüksək sərkərdəlik məharətinə və döyüş bacarığına görə 1992-ci il oktyabrın 19-da Əbülfəz Elçibəyin fərmanı ilə general-mayor rütbəsinə layiq görülüb.[1] Həmin ilin noyabrında Bakıya çağırılaraq II korpusun komandir müavini vəzifəsinə, 1993-cü il iyunun 16-da isə Cəbhə komandanı, müdafiə nazirinin I müavini vəzifəsinə təyin olunub.
1993-cü il avqustun 29-da Beyləqan yolunda müəmmalı səbəblərdən avtomobil qəzasına düşərək, başından ağır xəsarət almış və 3 ay hərbi hospitalda müalicə olunmuşdur.
29 yanvar 2010-cu il tarixdə Zaur Rzayev 72 yaşında uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.[2][3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.