Azərbaycanda ali rütbə From Wikipedia, the free encyclopedia
General-mayor — Azərbaycan hərbi birləşmələrində və dövlət orqanlarında verilən ali rütbə. Hərbi və xüsusi rütbə olmaqla iki əsas qrupa bölünür. General-mayor rütbəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilir.
General-mayor | ||
---|---|---|
| ||
Ölkə | Azərbaycan | |
Təsis edilib | 5 sentyabr 1991 | |
Yuxarı rütbə | General-leytenant | |
Aşağı rütbə | Polkovnik | |
Analoji rütbə |
Kontr-admiral, III dərəcəli dövlət ədliyyə müşaviri, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri |
|
Vikianbarda əlaqəli mediafayllar |
SSRİ dövründə general-mayor rütbəsi 7 may 1940-cı ildə təsis edilmiş və Fəhlə-Kəndli Qırmızı Ordusunun baş zabit heyətinə verilmişdir. Böyük Vətən müharibəsində və sonrakı illərdə bu rütbə müxtəlif kateqoriyalara bölünərək ittifaq respublikalarındakı, habelə Azərbaycan SSR-dəki şəxslərə SSRİ Nazirlər Sovetinin qərarı ilə verilmişdir.[1]
Azərbaycan 1991-ci ildə SSRİ-nin tərkibindən çıxaraq müstəqillik əldə etdikdən sonra general-mayor rütbəsinin verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirmişdir.
"Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası"na əsasən general-mayor ali rütbəsi hərbi dəniz donanmasındakı vitse-admiral ali hərbi rütbəsinə, prokurorluq və ədliyyə orqanlarındakı III dərəcəli dövlət ədliyyə müşaviri, miqrasiya orqanlarındakı III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, vergi orqanlarındakı 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbələrinə, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə, eləcə də dövlət qulluğundakı 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə uyğundur.[2]
Azərbaycanda hərbi birləşmələr və dövlət orqanlarında general-mayor rütbəsi aşağıdakı kimi təsnifatlaşdırılır:
Ali hərbi rütbələr | Ali xüsusi rütbələr | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
General-mayor | Ədliyyə general-mayoru | Polis general-mayoru | Gömrük xidməti general-mayoru | Ədliyyə general-mayoru | Daxili xidmət general-mayoru | Feldyeger xidməti general-mayoru | ||||
Azərbaycan Ordusu və digər silahlı birləşmələrdə | Hərbi Hava Qüvvələrində | Dövlət Sərhəd Xidmətində | Dövlət Təhlükəsizliyi Xidmətində | Xarici Kəşfiyyat Xidmətində | Ədliyyə və prokurorluq orqanlarında | Daxili işlər orqanlarında | Gömrük orqanlarında | Ədliyyə və prokurorluq orqanlarında | Fövqəladə hallar orqanlarında | Feldyeger rabitəsi orqanlarında |
Rəhbər vəzifədə çalışan şəxslərin poqonları sünbül təsviri ilə haşiyələnir. Mərasim geyimlərində isə poqonların üzərinə qızılı rəngdə naxışlı örtük çəkilir.
Ali hərbi rütbələr | Ali xüsusi rütbələr | |||
---|---|---|---|---|
General-mayor | Gömrük xidməti general-mayoru | |||
Azərbaycan Ordusu və digər silahlı birləşmələrin rəhbəri vəzifədə | Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsində | Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsində | Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsində | Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.