From Wikipedia, the free encyclopedia
Yorq Baberovski (24 mart 1961[1], Radolfsell[d], Konstanz[d][2]) — alman tarixçisi, stalinizm dövrü ilə bağlı mütəxəsis, Berlin Humboldt Universitetinin Şərqi Avropa tarixi üzrə professoru.
Baberovski Qərbi Almaniyanın Radolfzel am Bodense şəhərində anadan olub. O, katolik və sosial demokrat ailəsində böyüyüb. Onun babası polşalıdır. Babasının əsli Rur hövzəsində yaşayan polşalı azlığa aiddir. 1982-ci ildə Holzminden şəhərində gimnaziyanı bitirib. 1982–1988-ci illər arasında Göttingen Universitetində tarix və fəlsəfə üzrə təhsil alıb. 1988-ci ildə "Rusiya imperiyasının son illərində siyasi məhkəmə" mövzusunda elmi işi müdafiə edərək magistr dərəcəsini alıb.
Frankfurt Universitetinin Şərqi Avropa tarixi seminarlarında elmi işçi kimi işləməyə başlayır. 1993-cü ilin qışında "Avtokratiya və məhkəmə" mövzusunda elmi işi müdafiə edərək doktorluq dərəcəsi alır. 1993-cü ilin yaz ayından etibarən Tübingen universitetinin Şərqi Avropa tarixi İnstitutunda işləməyə başlayır və 2000-ci ilin iyun ayında burada "Qafqazda stalinizm haqqında birmənalılıq axtarışında" adlı habilitasiya elmi işini müdafiə edir. Sonradan bu elmi işinin əsasında "Düşmən hər yerdədir. Qafqazda stalinizm" kitabını nəşr etdirir. Tədqiqatçı kimi Azərbaycanın, Finlandiya və Rusiyanın arxivlərində qorunan sənədlərlə işləyib.
2001-ci ilin aprel ayından etibarən Baberovski Leypsiq Universitetində Şərqi Avropa tarixi üzrə müvəqqəti professor yerini alır. 2002-ci ilin oktyabr ayından isə Berlin Humboldt Universitetinin nəzdində Tarixi araşdırmalar İnstitutunun Şərqi Avropa tarixi kafedrasında professorluq edir. 2004-cü ildən 2006-cı ilin fevral ayına qədər isə professorluqla yanaşı həmin institutun direktor vəzifəsini də icra edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.