From Wikipedia, the free encyclopedia
Yoaxim Vax (25 yanvar 1898[1][2][…], Xemnits, Saksoniya[3] – 27 avqust 1955[1][2][…]) — professor, sosioloq, din tarixçisi, ilahiyyatçı
Yoaxim Vax 25 yanvar 1898-ci ildə Almaniyanın Chemnitz şəhərində dünyaya gəlmişdir. Həm ana, həm də ata tərəfindən məşhur olan Mendelssohn ailəsindən, həm filosof Moses Mendelsshon, həm də bəstəkar Felix Mendelsshonun nəslindən idi. Buna görə o, həm də musiqini çox sevirdi. Bəzi qaynaqlara görə onun bəzi musiqi əsərləri də mövcud olmuş və yadigar kimi saxlanılırmış. Yəhudi əsilli, alman alimi olan Joachim Wach’ın əsil adı Joachim Emst Adolf Felix Wach olmuşdur. 1915-ci və 1916-cı illərdə Birinci Dünya Müharibəsi zamanı alman ordu sıralarına qoşularaq müharibədə iştirak etmişdir. Dediyimiz kimi yəhudi əsilli olan Wach və ailəsi sonralar yəhudilikdən xristianlığa keçmişdir. Buna görə də 1930-cu illərin əvvəllərində nasistlər tərəfindən müəllimlik postundan qovulmuşdur. Bu səbəblə Wach nasistlərin dövründə Amerikaya müraciət ərək oraya köçmüşdür. Lüterian kimi tərbiyə almasına baxmayaraq, Amerikaya gəldikdən sonra Yepiskop olmuş və bu səbəblə ona 1946-cı ildə Amerika vətəndaşlığı verilmişdir. 1955-ci il avqust ayının 27-də İsveçrənin Orselina şəhərində vəfat etmişdir.
Joachim Wach ilk təhsilini Drezden’də almışdır. Müharibədən qayıtdıqdan sonra Münhen, Berlin, Leipzig və Freiburg universitetlərində çalışmışdır. 1922-ci ildə Leipzig Universitetində Fəlsəfə Doktoru dərəcəsinə layiq görülmüşdür.
Amerikaya köçdükdən sonra burada Braun Universitetində Bibliya Ədəbiyyatı üzrə professoru kimi çalışmış, daha sonra dosent adı almışdır (1939–1946). Protestant ilahiyyatçı və müasir dinşünaslığın aparıcısı və dinlər tarixi alimlərindən biri olmuşdur. Din tarixi professoru kimi, həmçinin Leipzig Universitetində (1929–1935-ci illər də) və Chicago Universitetində (1945–1955-ci illərdə) çalışmışdır. Wach dins sosiologiyası olaraq bilinən və tanınan tədqiqat sahəsinə əhəmiyyətli töhfə vermişdir. O, dini inancların və təcrübələrin təhlilinin fenomenoloji metodunu Amerika elminə təqdim etmişdir. O, dinin müqayisəli tədqiqi kimi (Religionswissenschaft) Chicago Universitetində və Mircea Eliada kimi akademiklərin önünə çıxarmışdır.
Alman alimi Wach Maks Weberdən çox böyük təsirlənmişdir.Wach da Weber’də olduğu kimi, təkcə din və iqtisadiyyat münasibətləri üzərində dayanmadı,həm də müxtəlif mövzularda çoxlu dərin tədqiqatlar apararaq, sosiologiyanın və din sosiologiyasının digər elmlər arasında məqsədini, metodunu və yerini açıqlamışdır. Religionswissenschaft’ın dörd əsas qolunu qeyd edir. Fenomeologiya, tarix, psixologiya və din sosiologiyasıdır. Wach dini təcrübənin ifadələrini üç əsas hissəyə ayırır: praktik,nəzəri və sosioloji. Nəzəri ölçüdə qəsdən doktrina, teologiya və əxlaq; praktiki ölçüdən düşünülmüş kültlər, ayinlər, rituallar daxildir. Sosioloji ölçü dedikdə nəzərdə tutulan dini qruplar, dini qurumlardır.Din tarixçisi bütün dinləri sistemli şəkildə araşdıraraq iki üsuldan istifadə edir;"tipologiya və müqayisə". Dinin müqasiyəli təqiqi və din sosiologiyasında bəzi tiplər adlandırdığı din hadisələrin bir çox kateqoriyalarını təklif edir.Wach nə qədər bəzi dinləri dinlər tarixinin kateqoriyalara zidd olduğunu iddia etsə də, çıxdığı avropa və xristian mərkəzi din kateqoriyalarından uzaq qala bilmirdi. Emprik-fenomenoloji tədqiq və normativ arasında körpü başqa bir yanaşma ilə tamamlanır.Tipologiya din tarixi, psixologiya və sosiologiyanın təqdim etdiyi sonsuz müxtəlif məlumatlar kodlaşdırılmışdır.Tipologiya tədqiqatları məhz bunu etmək üçün nəzərdə tutulmuşdur. Tarixçinin onların həyatına işıq saldığı, psixoloqun intelektual və emosional aləmlərini, sosioloqun isə sosial rollarını araşdırdığı dini lider tipləri meydana çıxır.
Wach din sosiologiyasını digər elmlər arasında məqsədini,metodunu və yerini açıqlamışdır. Bundan əlavə, Wach dini təcrübənin ifadə və formalarını "nəzəri"(inam),"praktik" (ibadət) və "sosioloji" (icma) kimi üçlü tipologiya ilə izah etməsi din sosiologiyasını, dinin sosiologiyası olmaqdan xilas etmişdir.Din sosiologiyasını nəzərə alan ümumi din elmi mahiyyətcə bütün dinlərin mahiyyətini dərk etmək üçün təsviri münasibət nümayiş etdirir.
nəşriyyatı
Say yayınları
cevrimci: Battal İnand
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.