Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci Xalq Səhiyyəsi naziri From Wikipedia, the free encyclopedia
Yevsey Yakovleviç Gindes (rus. Евсей Яковлевич Гиндес ; 17 oktyabr 1872, Kiyev – 5 sentyabr 1954, Bakı) — həkim-pediatr, Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq səhiyyə naziri, Əmək Qəhrəmanı (1938), Azərbaycan SSR əməkdar elm xadimi (1928), Azərbaycan SSR əməkdar həkimi (1940).
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yevsey Gindes | ||
---|---|---|
rus. Евсей Гиндес | ||
26 dekabr 1918 – 14 mart 1919 | ||
Əvvəlki | Xudadat bəy Rəfibəyli | |
Sonrakı | Abram Dastakov | |
Şəxsi məlumatlar | ||
Doğum tarixi | 17 oktyabr 1872 | |
Doğum yeri | ||
Vəfat tarixi | 5 sentyabr 1954 (81 yaşında) | |
Vəfat yeri | ||
Fəaliyyəti | dövlət qulluqçusu, siyasətçi, professor | |
Elmi fəaliyyəti | ||
Elmi dərəcəsi | ||
|
||
Təltifləri |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kiyev Universitetinin tibb fakültəsini bitirmiş (1897), Kiyevdə professor Çernovun uşaq klinikasında ordinator (1897–1905), Aleksandr xəstəxanasının yoluxucu xəstəliklər uşaq klinik şöbəsinin müdiri (1902–1905) işləmişdir.
1905-ci ildə Bakıya köçmüş, neft sənayeçiləri qurultayı şurasının Qara şəhərdəki xəstəxanasının uşaq şöbəsinin müdiri (1905–1914), 1914-cü ildən isə uşaq xəstəxanasının direktoru və baş həkimi olmuşdur. Gindes uşaq sümük vərəmi evinin – Zuğulbadakı sanatoriyasının təşkilatçısı və baş həkimi olmuşdur (1913–1930).
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin 3-cü Hökumət kabinəsində xalq səhiyyə naziri işləmişdir.
O, slavyan-rus cəmiyyətinin üzvü idi. Sovet hakimiyyəti illərində Gindes Bayıldakı uşaq xəstəxanasının təşkilatçısı və baş həkimi olmuş (1932–45), 1941-ci ildə dissertasiya müdafiə etmədən tibb elmləri doktoru, professor təsdiq edilmişdir. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda uşaq xəstəlikləri kafedrasının professoru (1945–1952) olmuşdur. Qafqazda ilk uşaq məsləhətxanası, süd məhsulları ("Süd damcısı") mətbəxi (fəhlə rayonları olan Bayılda və Sabunçuda filialı var idi) təşkil etmişdir.
O, Bakıda ilk dəfə məktəb şagirdləri üçün uşaq-yay düşərgələri təşkil etmiş (1906), fəhlə uşaqları üçün körpələr evi açmışdır. Bakıda Gindesi "Uşaq allahı" adlandırırdılar. 150-dən artıq əsərin müəllifidir. Gindesə Azərbaycanın əməkdar həkimi adı verilmişdir.[1]
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. 2 cilddə. I cild. Bakı: Lider, 2004
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.