Remove ads
From Wikipedia, the free encyclopedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Yapon ənənəvi incəsənəti, onun fəlsəfi prinsip və estetik dəyərləri digər ölkə və xalqların fəlsəfi görüşlərindən fərqlənir. Yapon incəsənətinin estetik prinsiplərinin formalaşması bu xalqın doğma təbiətə olan ilahi münasibəti təbiət gözəlliyinə səcdə etməsi ilə izah edilir. Dağlıq ölkə olan Yaponiyada torpaq təsərrüfatı üçün məkan çox yararsız olduğuna görə insanlar köçəri halda yaşayırdılar. Ona görə də, bu ölkənin hər qarış torpağına yapon əcdadları böyük səy və əmək sərf etmişlər. Bütün bu çətinliklərə baxmayaraq xalq öz həyatını bəzəməyi, zənginləşdirməyi də yaddan çıxarmamışdır, bu isə həm ciddi nizam-intizama, həm də mədəniyyətin təşəkkülünə geniş imkanlar açmışdır. Yapon incəsənətinin estetik prinsipləri üç mühüm dini-fəlsəfi doktrina üzərində formalaşmışdı: bunlar Gündoğar ölkənin məskunları olmaq şərtilə şintoizm, konfutsiçilik və buddizmdir.
İlahi başlanğıc kimi təbiətə hörmət və etiqad qədim yaponların milli dini olan sintonu – "allahların yolu"nu yaratdı. Sintoist inamlar şaman ayinlərinə çox yaxındır: burada göy cisimlərinin hərəkətini idarə edən mələklərə sitayiş başlıca yer tuturdu. Bu sitayiş təbiət hadisələrində, dağ, dəniz, çay, çəmənlik, ağac və daşlarda da təzahür tapırdı. Qədimlərdə hər bir tayfa və qəbilənin fərdi himayəçi allahları vardı. Sintoist təsəvvürlərinə görə yapon imperatorlarının nəsli nəhəng günəş ilahəsi Amaterasu –no Oomikamidən irəli gəlir. Bu allahın nəticəsi Yamato ölkəsini idarə etməyə göndərilən ilk əfsanəvi imperator Dzimmu Tennadır. Ona sehrli simvollar əxz edilmişdir. Bunlar aşağıdakılardır: İlahə Amaterasuya xas olan sehrli güzgü; Susanoo-no mikoto allahı tərəfindən kəsilmiş qılınc, yaşma qaşlarından ibarət olan boyunbağı (maqatama). Sintoist allahlarının şərəfinə çoxsaylı ehram və məbədlər tikilirdi. Adətən bu tikililər meşə və dağ başında inşa edilirdi. Hər bir tikili, məbəd kiçik su hövuzu olan bağla əhatələnirdi. Burada dualardan əvvəl xüsusi təmizlik işlərini həyata keçirmək üçün bulaçlar da tikilirdi. Məbədləri müqəddəs darvaza – torilər əhatə edirdi. Sintoist memarlığının gözəl nümunəsi kimi ilahə Amaterasunun şərəfinə İsedəki kömpleksi göstərmək olar. Yaponiyanın əfsanəvi tarixi, allah və ilahi qəhrəmanların şücaəti yapon incəsənətinin əsas süjetini təşkil edirdi.
Konfutsiçilik də buddizm kimi Yaponiyaya Çindən daxil olmuşdur. Bu din altında adətən qədim Çin dini– fəlsəfi doktrinası başa düşülür ki, bu da estetik prinsiplərin formalaşmasına şərait yaradır. Konfutsi qanunlarına görə kainatı idarə edən başlıca prinsip ahəngdarlıq və nizamın mənbəyi olan Aydır. Ayın Yer üzərindəki fövqəladə nümayəndəsi imperatordur. Onun fəaliyytindən bütün dövlətçilik asılıdır. Ona görə imperator Aydan göndərilən qanun və ritualların, əxlaqi prinsiplərin nəzarətinə diqqətli olmalı, bütün bu müqəddəs məqamlara hörmətlə yanaşmalıdır. Çünki bütün bunlardan ailə və dövlətin çiçəklənməsi bilavasitə asılıdır. Əgər insan cəmiyyət və Ay-Səma qarşısındakı öhdəliklərini yerinə yetirmirsə, nəzərdə tutulan məqamlara diqqətli deyilsə, o, Səma hakiminin cəzasına məruz qalır. Yaxud əksinə, bütünlükdə ölkə və dövlətə cəza göndərilir. Ona görə də, cəmiyyətin hər bir üzvü öz borcunun ödənilməsinə, öz yerini bilməsinə diqqətli olmalıdır. Konfuitsiçiliyə görə ideal insan xeyirxah və maarifçi insan, alim – məmurdur ki, o da öz imperatoruna sadiq olub, hökumət və dövlətin maraqlarını qoruyur. İncəsənətdə, xüsusilə, rəngkarlıqda Konfutsi prinsipləri ideallaşdırılmış təbiət peyzajlarında təzahür tapır. Bunlar səma harmoniyasına cavab olaraq tamaşaçıya kamilliyə cəhd ruhu təlqin edir. Yaponiyada filosoflar tərəfindən yaradılmış və bu cür ideallaşdırılmış peyzaj kanqa, yəni "yapon ruhlu rəngkarlıq" adlanır. Sintoist konfutsi və budda ideallarını özündə ehtiva edən ənənəvi yapon estetikası bu xalqın incəsənətinin dərk edilməsində xüsusi prinsiplər işləyib hazırlamışdır. Bunlardan ən vacibləri furyuu, monono avare, babi-sabi və yuqendir. Furyuu yüksək zövq, savad və əqlin zəkasını bildirir. Bu söz fen-lyü sözündən götürülərək "yaxşı təhsil və əda" deməkdir. Yaponiyada bu anlayış estetik məna kəsb edərək incəsənət əsərinin yüksək bədiiliyindən və onun yaradıcısının səviyyəsindən xəbər verir.
Mono-no avare "şeylərin ecazkarlığı" olub, — Heyan dövrünün mədəniləşdirilmiş estetik idealıdır. Onun əsasında həm təbiət, həm də insani gərəkliyinin hiss və həyacanları durur. Bu gözəllik poetik kədərlə vəhdət təşkil edir. Avare prinsipi insan qəlbinin ən incə, zərif hissiyatını əks etdirir. "Vabi" — dünya qayğılarından azad, sakit həyatın estetik və əxlaqi prinsipidir. Onun təşəkkülü orta əsr zahidlik ənənələrindən irəli gəlirdi; o sadə, təmiz gözəlliyi, ruhun vəsfini təşkil edir. Bu prinsip əsasında çay mərasimi dururdu ki, bu da vaka, renqa, xayku adlanırdı. Vabi sözü "qəmli olmaq" felindən götürülmüşdü. Sabi anlayışı bu anlayışa sinonim kimi götürülür və yapon estetikasının mühüm prinsipi kimi təzahür olunurdu. "Sabi" qocalıqla assosiasiya edilərək barışıq və sakitliyi tərənnüm edir. Bu ruh Muka Kyöraini şerində öz təzahürünü tapır: İki ağsaqqal qoca bir-birinə söykənərək Albalı çiçəyindən həzz alır. Bu şer parçasında bir-birinə təzadlı olan iki obyekt – ağsaçlı qocalar və albalı çiçəyi insanda gözəlliyin ecazkarlığını nümayiş etdirir. Yuqen "tənhalıq gözəlliyi"ni ifadə edərək XII–XV əsrdən yapon incəsənətinin inkişaf tapmış estetik idealıdır. Bu anlayış buddizmdə gizli həqiqəti, insan əqlinin dərk etməkdə aciz olduğu məhrəm həqiqəti ifadə edir. Yapon rəssamları bütün bu prinsipləri həyata keçirərək insanları həyəcanlandıran sənət əsərləri yaratmışlar. Bu əsərlərdən bir çoxu sirli mahiyyət kəsb edərək insanlara estetik və psixoloji təsir göstərmişdir.
Ənənəvi yapon incəsənətinin inkişafında buddizm mühüm yer tuturdu. Buddizmin müxtəlif təriqətləri rəngarəng formalarla Koreya və Çindən Yaponiyaya V əsrdən başlayaraq nüfuz etmişdir. Budda fəlsəfəsinin əsasını real həyat (sansara) haqqındakı təsəvvürlər təşkil edirdi. Sansara hadisə və şeylərin mahiyyətini dərk etmədən, aydın olmayan şüurda insani yanılma və illüziyaların məhsuludur. Budda fəlsəfəsi onu da təsdiq edir ki, insan hər cür əziyyət və əzablardan, "sansara"dan düzgün istiqamətləndirilmiş fəaliyyətlə azad ola bilər. Buddizmin müxtəlif istiqamətləri azad olmaya, həqiqətə çatmağa müxtəlif vasitələrlə nail olmanın yollarını göstərir: budda yazılarının mütaliəsi, dərviş həyatına çatma; bir sıra qanunlara riayət etmə; müqəddəs yerlərə ziyarət (monastır, məbəd); buddalara dualarla xitab; mistik, psixi təcrübə və s. ilə. Erkən Yaponiyanın imperator saraylarında budda rahibləri özlərini təbiət qüvvələrini idarə etməyə və baş verən təbii hadisələrə təsir göstərməyə qadir olduqlarını və insanları şeytanlardan azad etmək qüvvəsinə malik olduğunu göstərməyə çalışırdılar. Buddizmin xarakterik cəhətlərindən biri məhz onun yerli dini ənənələrə uyğunlaşmaq bacarığıdır. V əsrdən başlayaraq Yaponiyada müxtəlif təriqətlərə aid olan budda məbədləri tikilməyə başladı. Bu məbədlər özlüyündə, həm də memarlıq əsərləri, incəsənət abidələri kimi mədəniyyət tarixində görkəmli hadisə idi. Memarlıqla yanaşı, onunla birgə bağ-parkçılıq sənəti, heykəltaraşlıq, rəngkarlıq, kalliqrafiya, dekorativ-tətbiqi sənət də inkişaf edirdi. Ehram və monastırlar insanları yüksək ruhani hisslər əsasında düşüncə və yaradıcılığa cəlb edən məkan idi. Müəyyən psixoloji əhval-ruhiyyənin yaradılması budda incəsənətinin formalaşması üçün əlverişli mühit idi. Məbəd və ya monastırın yerləşəcəyi məkanın özünün bir sıra fərqli cəhətləri var idi: əvvəla, məkan "xeyirli" qüvvələrin hökm sürdüyü yer olmalı; ikincisi, şəhəri (və ya imperator iqamətgahını) şərdən və şeytanlardan qorulmalı idi. Bağla əhatələnmiş məbəd ansamblı yazda ağ-çəhrayı sakura, yayda bəzəkli çiçəklər, payızda al-qırmızı rəngli güllərəqərq olur, qışda isə, hər şey sanki ağrəngəbərq vuran səma ölkəsinəbənzəyirdi. Məbəd kompleksinin tərkibinə paqodalar (too), zəng (syoroo), ibadət üçün zal (ko odoo), kitabxana (əlyazmaları xəzinəsi — kyodzoo), qurbankəsmə üçün zal (xokkedo), rəhiblərin yaşayış yeri (sooboo) daxil idi. Paqoda məbəd ərazisindəki ən yüksək və uca tikilidir. O bəzən rayon və ya şəhərdə dominant yer kimi əhəmiyyət kəsb edirdi.
Məbədlərin əsas hissələri (kondo və ya Hondo) divar rəngkarlığı ilə özünəməxsus idi. Buraya yapışqanlı və laklı boyalar aiddir. Divar boyu heykəltaraşlıq fiqurlarını buddanın və allahların obrazları təşkil edirdi ki, bu da binanın ikonoqrafik detallarıdır. Budda heykəltaraşlığına ağac, taxta, gümüş, gil, lak sənəti aid idi, o da bütövlükdə budda ritualının tərkib hissəsini təşkil edirdi. Məbədin interyeri həm də nəhəng fiqurlarla bəzədilirdi, bunların bir çoxu qurbankəsmə məqamını, döyüş mənzərələrini əks etdirirdi. VI–VII əsrlərdə ilk dəfə yapon heykəltaraşları plastik obrazlar yaratmaqla Çin, Koreya, Hind qanunlarına ciddi riayət edirdilər. VIII əsrə doğru yapon üslubu özünü budda qanunlarında taparaq XI əsrdə daha da inkişaf etdi. Bu üslub heykəltaraş Dzyötönün (1057-ci ildə vəfat edib) adı ilə bağlıdır. Onun ardınca "En məktəbi" (Emna) "İn məktəbi " (İmna) rəqabətə başladı. Budda rəngkarlığında onun panteonuna aid olan obrazlar və buddanın sehrli qüvvələrinin, mandalların təsviri başlıca yer tuturdu. Budda incəsənəti obyektlərinə kalliqrafik yazılar, budda əlyazmaları, kalliqrafik mətnlər də daxildir. Budda sənətinin gözəl kolleksiyaları ilə zəngin olan memarlıq əsərlərinə VI–XIV əsrlərə aid olan Xoordyüzini (Nara şəhəri VII əsr) göstərmək olar. Koofukudzi (669-cu ildə əsası qoyulub) Nara şəhərində bu günədək yaşayan incəsənət abidəsidir. Bundan başqa, Toödaydzi (Nara şəhəri, VIII əsr); Kooryüdzi (Kioto şəhəri VII əsr); Dzinqodzi (Kioto, IX əsr); Kiyemidzudera (Kioto şəhəri, VIII əsr; Enryakudzi (Kioto şəhəri yaxınlığında 823-cü il); Byoadoin (Udzi şəhəri XI əsr); Sandzyüsangendo (Kioto şəhəri, 1164) və s-ni də göstərmək olar. Təxminən XIV əsrə yaxın ənənəvi budda incəsənəti, xüsusilə, rəngkarlıq və heykəltaraşlıq kübar sənətin inkişafına təkan oldu. Portret heykəltaraşlıq və rəngkarlığında irəliləyiş əldə edildi. Artıq XIV əsrdən sonra budda plastikası tənəzzülə uğradı.
Ənənəvi yapon rəngkarlığına rəngarəng üslub, forma və texnika xasdır. Rəngkarlıq nümunələri müxtəlif formalarda – yelpiklər, şirma, divar və s.-də təzahür tapır. Bunların hamısını iki başlıca istiqamət əhatə edirdi: kontinental (Çin və Koreyadan daxil olan) və xalis, təmiz
Təxminən X əsrə qədər yapon rəngkarlığında Çin istiqaməti olan kara-e (budda məzmunlu) şərtsiz üstünlük təşkil edirdi. X əsrdən sonra yapon üslubu yamato-e təşəkkül tapmağa başlayır. Bu üslub özünü qatlanan şirma, hərəkət edən ekranlarda təzahür etdirirdi. Bir qədər sonralar emakimono üslubu inkişaf etməyə başlayır.
Yapon incəsənətinin əsas prinsiplərini özündə cəm edən və kökü çox qədim ənənələrə, şintoizm, konfutsi və buddizmə gedib çıxan mədəniyyət sahələrindən biri də bağ-parkçılıq sənətidir. Lap qədimlərdən təbiətə sitayiş, etiqad, səcdə yaponların ona ilahi varlıq kimi yanaşmasını təmin etdi. Yaponlar uca dağlara, təsvirli qayalara, ecazkar daşlara, qədim ağaclara, su hövzələrinə, şəlalələrə etiqad edirdilər. Qədim yaponların təsəvvürlərinə görə landşaftın ən gözəl tərəfləri tanrıların yaşayış yerləri – kamilərdir. İlk süni yapon bağlarının yaradılması VI–VII əsrə aiddir; onlar sahilboyu miniatür vəhdət rolunu kəsb edirdi. Nara dövründə Çin üslubunda olan bağlar daha məşhur idi. Xeyan zamanına isə, saray ətrafında göllərin salınması, şəlalələrin axıdılması daha üstünlük təşkil etdi. Göl və başlıca tikililər arasındakı iri həcmli meydançalara ağ qumun səpilməsi hansısa böyük bir təntənənin keçirilməsindən xəbər verir. Mistik buddizmin inkişafı saray bağlarının sinden üslubunda tikintisinə başlıca amil oldu. Bu amidasit istiqamətinə aiddir. Kamakura dövründə isə iri peyzaj bağları (sukiyama) budda məbədləri yanında salınmağa başladı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.