Cavanşir elinin oymaqlarından biri. From Wikipedia, the free encyclopedia
Yağləvənd[1] və ya Yağlıvənd oymağı — Cavanşir elinin oymaqlarından biri.[2]
Oymağın mənşəyi ilə bağlı dəqiq məlumat yoxdur. Ənvər Çingizoğlu yazır ki, bu oymağın nümayəndələri Anadoludan qaçıb gəlmişdirlər. Yağlavəndilərin tatar və ya qıpçaq mənşəli olması ilə bağlı versiyalar da var.[mənbə göstərin]
Yağləvənd toponiminin etimalogiyası ilə bağlı bir neçə rəvayət mövcuddur. Rəvayətlərdən birində deyilir ki, Əmir Teymur qışlamaq üçün həmişə Qarabağa gələrmiş və o, bu səfərlərdən birində düşərgəsini Cavanşir elinin bir obası ilə qonşu salır. Obanın ağsaqqalları onun görüşünüə gəlirlər və Əmir Teymur onlardan hal-əhval tutur. Ağsaqqallardan birinin "xan kefində yaşayırıq" cavabı Əmiri qəzəbləndirir və onlara sabah üçün bütün ordusunu doyurmağı əmr edir və əks halda obanı dağıdacağını bildirir. Obanın ağsaqqalları ordunu doyura bilməyəcəklərinin anlayıb toplanır və sabah üçün plov bişirməyə qərara verirlər. Sabahkı günü ordudan hər kim plovdan bir qədər alsa, "doydum" deyir. Bunu eşidən Teymur əmr edir ki, plovdan ona da gətirsinlər. Plovdan yeyən Teymur hər şeyi başa düşür: plov tatamailə yağ idi.Teyrmur gülərək deyir: "Yaxşı canınınzı qurtardınız, yağlı fənd işlətdiniz!" Elə həmin gündən də Cavanşir elinin bu obasının adı Yağlıfənd olaraq qalır və bu ad günümüzə Yağlıvənd və ya Yağləvənd olaraq gəlib çıxır.[3]
Yağləvənd toponimindəki "yağı" sözü köhnə türk dilində "qiyamçı, asi, düşmən və çölçü" mənasının verir. Toponimin tərkibindəki "ləvənd" isə "əsgər, azad, sərbəst, məğrur, cəsur, içkili" mənasında işlənir. Ləvənd həmçinin hərbi termin olub osmanlılarda dəniz piyadalarına, Azərbaycan dövlət qurumlarında isə döyüşçü tayfalardan toplanan qeyri-nizami hərbi dəstələrə, çəriklərə deyilirdi.[4]
Yağlıvənd oymağı Cavanşir elinin tərkibində Qarabağ bəylərbəyliyinin döyüşçü hissələrinin özəyini təşkil edirdi. Cəld və çevik manevr edən atlılardan ibarət olan yağləvəndlilər döyüşlərdə əvəzsiz idilər. Onlar qəfil basqınlarda düşmən dəstələrini dağıdıb, ordugahları yağmalayırdılar. Yağləvənd qoşunun qazancı hərbi qənimət olduğundan onlar qələbəyədək vuruşmalı olurdu.[5]
Yağləvəndlilər Cavanşir elinin içində osmanlılara, Krım tatarlarına, özbəklərə qarşı vuruşmalarda iştirak etmişdilər. Səfəvi şahlarının, sərkərdələrinin Gürcüstan yürüşlərində seçilən tayfalardan biri də Yağləvənd idi.[5]
Yağləvənd oymağı yüzlük kimi Cavanşir elindən düzəlmiş minliyə, bu minlik isə həm Qarabağ qoşununa, həm də Qacar qoşununa qoşulurdu.[5]
Yağləvənd oymağı XVIII əsrdə Cavanşir elinin tərkibindəki 6 müstəqil oymaqdan biri idi. Bu oymaqlardan dördü Yağləvənd, biri Gecəgözlü, biri isə Seyidəhmədli adlanırdı. Gecəgölü və Seyidəhmədli oymaqları sonradan Yağləvənddən ayrılsa da, XVIII yüzildə bir icmada birləşmişdilər.[5]
XVIII əsrin əvvəllərindən Yağləvənd oymaqlarına Məhəmməd bəy Bərxudar bəy oğlu, Ocaqqulu ağa Lətif xan oğlu, Zeynal xan Səfi xan oğlu və Şərif ağa Yarəli ağa oğlu başçılıq edirdilər.[5]
XVIII əsrin 30-cu illərində Qarabağ bəylərbəyi Uğurlu xan Ziyadoğlu-Qacarın itaətsizliyinə görə Nadir şah Əfşar ona tabe olan Yağləvənd oymağının da daxil olduğu Cavanşir, Otuzikilər və Kəbirli tayfalarını Qarabağdan Xorasanın Sərəxs bölgəsinə sürgün edir.[6][5]
Yağləvənd tayfası Nadir şah Əfşarın Hindistan səfərində seçilmişdi və şah, Əmir Sultan Yağləvənd-Cavanşirə xan ünvanı verib onu Kəşmirə hakim təyin etmişdi. 1747-ci ildə Cavanşir eli Qarabağa dönəndə Əmir xanın başçılığı altında olan iki Yağləvənd oymağı Kəşmirdə qaldı.[5]
1773-cü ildə Əfqanıstan şahı Teymur şah Dürrani Əmir xana tabe olmağı təklif etsə də, əmir xan rədd cavabı verir. Bu səbəbdən, Teymur şah ən adlı-sanlı sərkərdələrindən olan Hacı Kərimdad xan Popalzayı Əmir xanın üstünə göndərir. Əmir xan birinci döyüşdə əfqanlara qalib gəlsə də, ikinci döyüşdə idarəsində olan bəluc və əfqanların ona xəyanət edərək Teymur şahın tərəfinə keməsi nəticəsində məğlub olur. 1776-cı ildə Teymur şah Hacı Kərimdad xanı Kəşmirə hakim təyin edib, yağləvəndlilərin bir qismini Kabil şəhəri ətrafına, bir qismini isə Qarabağa yerləşdirir.[5]
1747-ci ildə Aran Qarabağına qayıdan Yağləvənd oymaqlarının bir hissəsi kələntər Səfi xanın başçılığı altında əski yurdlarında, Arazbarda məskunlaşmışdırlar.[5]
1748-ci ildə Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan yüksək vəzifələri oymaqdaşları Sarıcalılara və qayınları Kəbirlilərə payladı. Xanın bu hərəkətindən inciyən Cavanşir və Otuziki elləri Xəmsə məliklikləri ilə birləşib Şəki hakimi Hacı Çələbi xanı Qarabağa dəvət etdilər. Hacı Çələbi 1748-ci ildə Qarabağa yürüş edir və Bayat yaxınlığında baş vermış döyüşdə şəkililər və birləşmiş Qarabağ qüvvələri məğlub olurlar. Qalib gəlmiş Pənahəli xan Cavanşir elini parçalayaraq yarısını Arazbarda, yarısını isə Tərtərdə yerləşdirdi və Arazbarı Cavanşir-Dizaq mahalı, Tərtər yörəsini isə Cavanşir mahalı adlandırdı. Yağləvənd oymağı Cavanşir-Dizaq mahalının tərkibinə qatıldı.[5]
Pənahəli xan Yağləvənd tayfasına etibar etmirdi. Ona görə də Arazbar Cavanşirlərinə minbaşını və Dizaq-Cavanşir mahalına naibi Hacılı icmasından və Gecəgözlü oymağından təyin etmişdi.[5]
Yağləvənd oymağı Qarabağ qoşununu tərkibində, Pənahəli xanın başçılığı altında bir çox savaşlarda iştirak edmişdi. 1751-ci ildə Astrabad hakimi Məhəmmədhəsən xan Qovanlı-Qacar Gəncə hakimi Şahverdi xan Ziyadoğlu-Qacarın qisasını almaq üçün Qarabağa yürüş etdi. Xırdapara-Dizaq mahalında, Xatunarxının yaxasında düşərgə salan Məhəmmədhəsən xanın qoşunu gecə Yağləvənd oymağının basqınına məruz qaldı. Tarixçi Mirzə Adıgözəl bəy yazır: "Qarabağın igidləri onun qoşununa çox zərər yetirdilər. Azuqə gətirən adamlarını, qoşun əhlinin heyvan və mal-qarasını qarət edib apardılar".[5]
1762-ci ildə Qarabağa yürüş edən Urmiya hakimi Fətəli xan Əfşar Xaçın mahalı ərazisində düşərgə qurmuşdu. Xandan gecə basqını əmrinin alan Cavanşir eli içində Yağləvənd oymağı xüsusilə fərqlənirdi.[5]
Pənahəli xanın vəfatından sonra Qarabağa ikinci oğlu Mehrəli bəy Sarıcalı-Cavanşir başçılıq etməyə başladı. Xanın böyük qardaşı İbrahimxəlil ağa Urmiyadan, girovluqdan dönəndən sonra taxt uğrunda mübarizəyə başlayarkən Yağləvənd oymağının da qatıldığı Arazbar cavanşirləri onun tərəfini tutmuşdular. qalib gələrək xanlıq taxtına əyləşir.[5]
Yağləvənd oymağı mübarizədə qalib gələrək taxta çıxmış İbrahimxəlil xanın başçılığı altında qonşu xanlara qarşı savaşlarda iştirak edirdi. [5]
Oymağın başçısı Şirin kələntər xanlığın ərazisinin genişlənməsində və müdəfiəsində önəmli rol oynamışdı.[5]
1727-ci ilə aid Osmanlı tahrir dəftərində Yağləvənd oymağında 87 ailənin, təxminən 435 nəfərin yaşadığı qeyd olunub.[2] 1823-cü ilin statistik məlumatlarına görə oymaqda 110 ailə,[7] 1886-cı ilin məlumatlarına görə isə 162 ailə yaşayırdı.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.