From Wikipedia, the free encyclopedia
Xırdapara-Dizaq mahalı — Qarabağ xanlığının 25 mahalından biri.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qədim-qayım Qarabağın mahallarından biri də Xırdapara-Dizaqdır. Mahalın sərhəd-sınırı güneydə Araz çayı, quzeydə Dizaq mahalı, günbatanda Dizaq-Cəbrayıllı mahalı və gündoğanda Cavanşir-Dizaq mahalı ilə çevrələnirdi.
Xırdapara-Dizaq mahalı əski Dizaq nahiyəsinin və Arazbar qəzasının əraziləri əsasında yaranmışdı. Pənahəli xan Sarıcalı-Cavanşir bu mahalı Dizaq mahalından, bir az da Arazbar qəzasından kəsib ayırmışdı. Mahal ərazisində qeyri-müsəlman yaşamırdı.
Xırdapara-Dizaq mahalının bizə bəlli olan ilk naibi Məlik Namazəli bəy Şəmil bəy oğludur. Məlik Namazəli bəy mahalın başkəndi Pirəhmədli şenliyində əyləşirdi. Məlik Namazəli bəydən sonra mahalın başçısı Məlik Həsən bəy Saracıği oldu. Məlik Həsən bəy Saracıq kəndində əyləşirdi. Məlik Həsən bəydən sonra mahala oğlu Məlik Həmzə bəy başçılıq etdi. Məlik Həmzə bəyin ağalıq dönəmində ruslar tərəfindən mahal inzibati ərazi vahidi ləğv olundu. Mahalların əvəzində sahələr yarandı. Xırdapara-Dizaq mahalının ərazisi Vərəndə sahəsinə bağlandı. Mahalın ərazisində olan bəzi kəndlər və obalar Cəfərqulu xan Sarıcalı-Cavanşirə bağlı idi. Savaş zamanı kənd əhalisini meydana naib Vəli ağa Arayatılı, oba əhalisini naib Məşədi Abdulla bəy Xəlil bəy oğlu Təzəkçili aparırdı.
1797-ci ildə Iran şahı Ağaməhəmməd şah Qovanlı-Qacarın Qarabağa yürüşündə viran etdiyi, qfylshlsms mülklərin siyahısıi var. Dizaq və Xırdapara-Dizaq mahallarına bağlı mülklərin siyahısıi.
Mahal haqqında ilk dolğun məlumata polkovnik Yermolovun və mülkü müşavir Mogilyevskinin 1823-cü ildə tərtib etdiyi "Qarabağın statistik təsviri" adlı vergi dəftərində rast gəlirik. Həmin dəftərdən mahalla bağlı bilgini çıxarış edib yazımıza köçürək.
1.Daşkəsən kəndi – 30 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Allahverdi kovxa 1 tüstü, onun rəncbəri 1 tüstü, qardaşı 1 tüstü, çavuş 1 tüstü, dullar 2 tüstü, kasıb 1 tüstü. 7 tüstü də Cəfərqulu xana vergi ödəyirdi. Cəfərqulu xanın nökərinin oğlu Aslan bəyin 1 tüstüsü və 1 tüstü də Qaradağdan gəlmiş kasıb idi. 2.Balyand kəndi—13 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Cəfər kovxa 1 tüstü, onun rəncbəri 1 tüstü, kasıb 1 tüstü, molla 1 tüstü, dul 1 tüstü. 3.Pirəhmədli kəndi— 17 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Vəliməmməd kovxa 1 tüstü, onun rəncbəri 1 tüstü, çavuş 1 tüstü, dəllək 1 tüstü, molla 1 tüstü, Hüseynqulu ağanın nökərləri 2 tüstü, kasıb 4 tüstü. 4.Qoçəhmədli kəndi—23 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Hacı kovxa 1 tüstü, onun rəncbəri 1 tüstü, çavuş 1 tüstü, dəllək 1 tüstü, yetim və dullar 3 tüstü. Köhnə kovxa Imamverdi qardaşları və xidmətçiləri ilə 6 tüstü məafdırlar. 5.Xatınbulağı kəndi—7 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Ismayıl kovxa 1 tüstü, kasıb 1 tüstü, Imamqulu ağanın rəiyyəti 1 tüstü, Əbdürrəhman bəyin rəiyyəti 1 tüstü, Böyük xanın rəiyyəti 1 tüstü. 6.Saracıq kəndi—8 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Məlik Həsən 1 tüstü, onun rəncbərləri 2 tüstü, qardaşı Molla Hüseyn 1 tüstü. Böyük xana vergi ödəyən rəiyyətlər 6 tüstü. 7.Gorazıllı kəndi—6 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: kor 1 tüstü, kasıb və yetim 2 tüstü, Gülməmməd bəyin 1 rəiyyəti vardı. 8.Əhmədbəyli kəndi— 1 tüstü vergi ödəyirdi. 1 tüstü də Cəfərqulu xana bağlıdır. 9.Güzlək kəndi—5 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Kovxa Məmməd 1 tüstü, subay 1 tüstü, Qaradağdan gəlmə 2 ailə. 3 tüstü Cəfərqulu xana vergi ödəyirdi. 10.Qarğabazarı kəndi—9 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Əbdürrəhman kovxa 1 tüstü, onun rəncbəri 1 tüstü, molla 1 tüstü, kasıb 1 tüstü. 2 tüstü Cəfərqulu xana vergi ödəyirdi. 11.Qaradağlı kəndi—3 tüstü vergi ödəyir. Ödəməyənlər: kasıb 2 tüstü, Şahsevəndən gəlmə 1 tüstü. 3 tüstü Böyük xana vergi ödəyirdi.
1823-cü ilə bağlı qaynaqda Xırdapara-Dizaq mahalından bir çox oba və kəndlərin mülkədarlara məxsus olduğu da göstərilir. Yazımızda mülkədarlara məxsus oba və kəndləri də verməyi gərəkli bildik.
1.Babı kəndi—3 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Rəncbərlər 6 tüstü, Kədxuda Behbudəli bəy 1 tüstü, molla 1 tüstü, Köyük obasından 1 tüstü, nökər Şahverdi 1 tüstü, bağban Tanrıverdi 1 tüstü. 2.Horadiz kəndi—20 ailə vergi ödəyirdi. Vergi ödəməyənlər: Kədxuda Bayraməli 1 tüstü, onun rəncbəri 1 tüstü, Kərbəlayı 1 tüstü, Mahmud 1 tüstü, çavuş 1 tüstü, dəllək 1 tüstü, kasıb 1 tüstü, dullar 2 tüstü. Cəfərqulu xanın 2 rəncbəri də vergidən azad idi. Qaradağdan gəlmiş 4 Hüngütlü ailəsi vergi ödəyirdi. 1 dul və 2 tüstü vergi ödəmirdi. 7. Babı-Namazalı sərkar obası—4 tüstü vergi ödəyirdi. Bir neçə çoban və 6 gəlmə Şahsevən ailəsi vergidən azad olunmuşdu. 8.Molla Məhərrəm sərkar obası—4 ailə vergi ödəyirdi. Molla Məhərrəm, pişxidmət Məhəmməd vergidən azad olunmuşdu. 9.Mirzə Nağı obası—10 ailə vergi ödəyirdi. 3 kasıb və 1 dul ailəsi vergidən azad olunmuşdu. 10.Qazaxlar obası—9 ailə vergi ödəyirdi. Kədxuda Musa, təbib Ağa Məhəmmədhüseyn vergidən azad olunmuşdu. Xorasanoğlu məaf idi. 11. Zülfüqaroğlu obası—4 tüstü vergi ödəyirdi. 12. Novruzəli sərkar obası—1 tüstü vergi ödəyirdi. Qaradağdan gələnlər vergidən azad idilər. 13. Mustafa sərkar obası—8 ailə vergi ödəyirdi. Mustafa sərkar vergidən azad idi.
(Bax: Opisanie Karabaxskoy provintsii, sostovlennoe v 1823 qodu, po raspporyaceniyu qlavnoupravlyaşeqo v Qruzii Ermolova deystvitelnım statskim Sovetnikam Moqilevskim i polkovnikom Ermolovım. Tiflis, 1866.)
1828-ci ilə aid qaynaqda Xırdapara-Dizaq mahalına bağlı dövlət (xəzinə) kənd və obalarının siyahısıi verilmişdir. Həmin siyaHını yazımıza köçürürük.
# | Kəndlər | Vergiödəyənlər | Ödəməyənlər | Rəncbərlər |
---|---|---|---|---|
1 | Daşkəsən | 39 | 4 | 1 |
2 | Balyand | 17 | 1 | 1 |
3 | Qoçəhmədli | 30 | 1 | 1 |
4 | Xatınbulağı | 7 | 1 | - |
5 | Saracıq | 8 | 2 | 1 |
6 | Gorazıllı | 9 | 1 | - |
7 | Güzdək | 8 | 7 | - |
8 | Qarğabazarı | 11 | 3 | 2 |
9 | Qaradağlı | 3 | 1 | - |
10 | Qışlaq | 6 | 2 | - |
11 | Tumaslı | 10 | 1 | 1 |
12 | Sarıcalı | 11 | 12 | 1 |
13 | Süleymanlı | 8 | 2 | 1 |
14 | Qarakollu | 11 | 1 | - |
15 | Horovlu | 56 | 1 | 4 |
16 | Sərkəlli | 33 | 3 | - |
17 | Maralyan | 56 | 5 | 4 |
18 | Horadiz | 31 | 3 | 1 |
19 | Babı | 8 | 4 | 1 |
Xırdapara-Dizaq mahalına Füzuli bölgəsinin Pirəhmədli kəndindən Babı kəndinədək olan yaşayış məntəqələri daxil idi.
23 dekabr 1832-ci ildə başlanıb, 6 yanvar 1833-cü ildə qurtaran siyahıya alınmada (Xırdapara)-Dizaq mahalında qərar tutan kəndlərin qeydiyyatı var. (Xırdapara)-Dizaq mahalı
Titul | Adı | Başlanığıcı | Sonu |
---|---|---|---|
Naib | Məlik Namazəli bəy Pirəhmədli | 1747 | 1788 |
Naib | Məlik Həsən bəy Saracıği | 1788 | 1822 |
Xırdapara-Dizaq mahalı 1822-ci ildə ləğv edildi. Dizaq mahalının tərkibinə qatıldı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.