From Wikipedia, the free encyclopedia
Vasili Zaytsev (tam adı: Vasili Qriqoryeviç Zaytsev, rus. Василий Григорьевич Зайцев; 23 mart 1915[1], Yeleninka[d], Orenburq quberniyası[d] – 15 dekabr 1991[1], Kiyev) — SSRİ snayperi. İkinci dünya müharibəsi dövründə 225 alman əsgərini və zabitini öldürmüşdür.
Vasili Zaytsev | |
---|---|
rus. Василий Григорьевич Зайцев | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 mart 1915[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 15 dekabr 1991[1] (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Rus |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | SSRİ Hərbi Dəniz Qüvvələri[d], hərbi dəniz qüvvələri, piyada |
Xidmət illəri | 1937-ci ildən |
Rütbəsi | kapitan |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Vasili Zaytsev İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş ən məşhur sovet snayperi olmuşdur. Zaystevin həyatı haqqında olan məlumatlara əsasən Çelyabinsk rayonunun Elino kəndində 1915-ci ilin martında anadan olmasıdır. Gəncliyi dövründə cobanlıqla məşğul olmuş və kənddə yaşadığı dövrdə atıcılığı öyrənmişdir. 1936-cı ildə Sovet Atlantik Qoşunlarına qatılan Zaystev ilk döyüş təcrübəsini 1942-ci ildə 1047-ci piyada bölüyündə Stalinqrad döyüşü zamanı yaşamışdır. Qısa zamanda adi silahla 30 alman əsgərini öldürməsi Zaytsevi bütün bölükdə məşhurlaşmasına səbəb olmuşdur. Mosin-Naqant snayper tüfəngi ilə təmin olunan Vasili Zaytsev qısa zamanda onlarla alman əsgərini öldürmüşdür. Ordu daxilində əhvalı yüksək saxlamaq məqsədi ilə Zaytsevin uğurları gündəlik şəkildə əsgər və yerli mətbuatda işıqlandırıldı.
Bəzi iddialara əsasən Almanlar Zaystevi öldürmək məqsədi ilə snayper Ervin Köniqə təlimat vermiş və hər iki düşmən snayper arasına uzun müddət davam etmiş duel yaşanmışdır. Hər iki mənbə bu qarşıdurmada öz snayperlərinin qalib gəldiyini iddia etmişdilər. Ancaq müharibədən sonra aparılan araşdırmalar zamanı Zatsevin Köniqlə qarşılaşması haqqında heç bir dəlil tapılmamışdır. Bu barədə olan əsas ehtimallardan biri bu iddianın sovet mətbuatı tərəfindən ortaya atılmasıdır. Leytenant Vasili Zaytsev 1942-ci ilin 10 oktyabr - 17 dekabr tarixləri arasında Stalinqrad döyüşü zamanı 225 nəfər alman əsgər və zabitini öldürmüşdür. Zaytsev tərəfindən öldürülən şəxslər arasında 11 nəfər alman snayperi də olmuşdur.
1943-cü ilin yanvar ayında döyüş zamanı Zaystev düşmən gülləsi ilə gözündən yaralanır. Aparılan cərahiyyə əməliyyatından sonra gözü xilas edilir ancaq yaralandığı gözü nişan aldığı göz olması səbəbindən Zaytsev bir daha döyüşlərdə iştirak etməmişdir. Müharibədən sonra SSRİ ordusunda yeni snayperlərin hazırlanması ilə məşğul olan Zaytsev ordu üçün 28 snayper hazırlamışdır. Vasili Zaytsev tərəfindən yazılmış snayperlik haqqında olan iki kitab, bu gündə Rusiya hərbi məktəblərində dərs vəsaiti kimi tədris edilir. Müharibədən sonra Kiyevdə zavodların birində çalışan Zaytsev, 1943-cü ilin 22 fevral tarixində Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Vasili Zaytsev 1991-ci ilin 15 dekabr tarixində Kiyev şəhərində vəfat etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.