Vahanvəng
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Vahanvəng (erm. Վահանվանք) — Ermənistanın Sünik mərzindəki Qafan şəhərindən 7 km qərbdə yerləşən erməni monastırı. Sünik çarlarının və knyazlarının dəfn olunduğu yerdir.
Vahanvəng | |
---|---|
39°13′04″ şm. e. 46°19′57″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Qafan |
Tikilmə tarixi | X əsr |
Vikianbarda əlaqəli mediafayllar |
Vahanvəng monastırını 911-ci ildə Sünik knyazı Dzaqikin kiçik oğlu Vahan tikdirib[1]. Sünik knyazlığının dini mərkəzi olmuşdur. Kompleksin köhnə binası — Müqəddəs Qriqori kilsəsi, günbəzlidir və burada bir neçə qədim kitabə var. Bundan sonra knyaz Vahan monastırın qərb hissəsində əlavə bir tağlı dəhliz (foye) və portik də tikdirmişdir. Portik cənub istiqamətindən şimal istiqamətinə doğru – eyvanadək uzanır. 1086-cı ildə çariça II Şahanduxt (1116-cı ildə ölüb) və onun bacısı Kata monastırın cənub girişində əlavə dəhliz və Müqəddəs Məryəm kilsəsini tikdiriblər[1]. Monastır ərazisindəki xaçkarlar, kitabələr, qəbirlər və digər təyinatlı tikililər X—XI əsrlərə aid edilir. Vahanvəngdə Sünik çarlarının məqbərəsi də var. Çar Vasaqın (1051-ci ildə ölüb), çar I Qriqorun (1072-ci ildə ölüb), çar Sənəkərimin anası — knyagina Sofinin (1081-ci ildə ölüb) və çar nəslindən olan bir çoxlarının qəbirlərinin sinədaşları aşkar edilib[2].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.