Tennen dağları
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Tennen (alm. Tennengebirge) [1][2][3][4][5] - Avstriyada çox da böyük olmayan dağ silsiləsi. Silsilə Şimali Əhəngdaşlı Alplara aiddir. Yetərincə çox parçalanmış bu silsilə Şərqi Alplarla həmsərhəddir. Sahəsi 60 km² olan bu silsilədə karst prosesləri çox yüksəkdir. Bölgədə müxtəlif karst mağaralarına rast gəlinir. Silsilə ölkənin Zalsburq ştatındadır. Silsilənin 37 km²-lik hissəsi dəniz səviyyəsindən 2000 metr yüksəkdə yerləşir. Zalsburq yaxınlığında olan hissəində 1982-ci ildə təbiət qoruğu yaradılmışdır.
Tennen | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2.430 m |
Uzunluğu |
|
Sahəsi |
|
Süxurları | Çökmə süxurlar |
Yerləşməsi | |
47°30′ şm. e. 13°12′ ş. u.HGYO | |
Ölkə | Avstriya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tennen silsiləsinin ən hündür zirvəsi Rauçekdir (2430 m). Rauçekdən şərqdə ikinci ən hündür zirvə Bleikogel (2412 m) yerləşir. Əksər yüksək zirvələr silsilənin cənub yamaçında yerləşir. Silsilədən qərbində olan Haqen dağı Tennendən Zals çayı ilə ayrılır. Tennen silsiləsi əsasən əhəng daşlı süxurlardan təşkil olunub. Məhs bu üzdən ərazidə karst prosesləri güclü gedir. Silsilədə həm də yura yaşlı dolomit süxurlar geniş yayılıb.
Silsilədə mağaralar yetərincə çoxdur.[6] Bunlardan ən populyarın Verfen şəhəri yaxınlığında yerləşən Eisriesenwelt mağarasıdır. Uzunluğu 42 km olan bu mağara dünyanın ən böyük buz mağarasıdır. Digər mağaralardan Brunnecker və Winnerfall misal göstərmək olar. Bu mağaralar su mağaraları hesab olunur. İlin çox vaxtı mağara daxili su ilə dolu olur. Bu daha çox qar əriyən vaxtı və yağışlı mövsümdə baş verir.
Tennen silsiləsi alpinistlər üçün maraqlı məkandır. Ərazidə çoxlu marşrut cığırları var. Yollar yetərincə təhlükəlidir. Ancaq hazırlıqlı alpinistlər üçün məshləhət bilinir. Ərazidə onlarca alpinistlərə xidmət üçün dağ evləri tikilmişdir. Qış aylarında xizək turizmi populyar olur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.