From Wikipedia, the free encyclopedia
Altuğ Tanər Akçam (türk. Taner Akçam; 23 oktyabr 1953, Ərdahan, Türkiyə) – türkəsilli Almaniya tarixçisi[1] və sosioloqu. O, Erməni soyqırımı məsələsini açıq müzakirəyə çıxaran[2] ilk türk alimlərindən biri olmaqla, həmin mövzuda qabaqcıl beynəlxalq nüfuza[3] malikdir.
Tanər Akçam | |
---|---|
türk. Taner Akçam | |
| |
Doğum tarixi | |
Doğum yeri | Ölçək, Ərdahan, Türkiyə |
Vətəndaşlığı | Almaniya |
Milliyyəti | türk |
Elm sahəsi | tarix |
İş yerləri |
|
Alma-mater | Orta Doğu Teknik Universiteti |
Təhsili | |
Elmi rəhbəri | Vahakn Dadriyan |
Tanınır | Erməni soyqırımı məsələsində fikirləri və 1977-ci ildə həbs edilməsinə görə. |
Vikianbarda əlaqəli mediafayllar |
Akçam türk və erməni tərəflərinin soyqırım haqqında məlumatlarını uyğunlaşdırmağı, milli stereotiplərin dəstəklənməsi üçün istifadə etməyi təklif edir: "Biz məsələni yenidən analiz və hər iki cəmiyyəti analizimizin mərkəzinə qoymalıyıq. Bu paradiqma dəyişikliyi hər iki cəmiyyətin bir-birinə alışması və bir-birini öyrətməsi üçün yeni mədəni mühitin formalaşdırılmasına imkan verəcək." .[4]
Akçam Türkiyənin Ardahan ilinin Ölçək kəndində Dursun və Pəriham Akçamların ailəsində anadan olub.[5] 1976-cı ildə Ankarada yerləşən Orta Doğu Teknik Universitetini bitirib. 1974-cü ildə Türkiyənin Kiprə ordu çıxarması əməliyyatının əlehinə keçirilən tələbə hərəkatında iştirak etdiyinə görə həbs edilib.[6] 1975-ci ildə şəhərdə elanlar və plakatlar yaydığına görə həbs edilib (Akçam qeyd edir ki, "o zaman, əlində indi Milli Təhlükəsizlik İşləri Üzrə Dərnək Müdürlüyü adlanan qurumdan icazə olmasına baxmayaraq həbs edilmiş və 3-5 gün ərzində polis şöbəsində saxlanmışdır.[7]) Bakalavrı bitirib, həmin universitetdə aspirant təhsili aldığı dövrdə, 9 mart 1976-cı ildə kürd azlıqlarla bağlı jurnalın nəşrində iştirak etdiyinə görə həbs edilib.[8][9] "Devirimci Gençlik" (İnqlabçı Gənclik)[10][11][12][13][14] "Devirimci Yol" (İnqlabçı Yol) adlı radikal[15] təşkilatın nəşri idi.[16][17][18] Akçam qeyd edir ki, onunla bir yerdə təhsil alanların hamısı həbs olunmaqdan qorxduqlarına görə, qəzetlə işləməkdən imtina etdikləri halda, o, redaktor vəzifəsində işləməyə razılaşmışdı.[19] 1977-ci ilin əvvəllərində yeddi illik həbs cəzası alarkən onun qorxuları gerçəkləşir və "Amnesty International" onu vicdan məhbusu kimi qeyd edir.[8][11][19] Dəmir soba ayağını istifadə edərək[20] yeri qazıb Ankara Mərkəzi Həbsxanasından qaçana kimi, yəni 12 mart 1977-ci ilə kimi o həbsxanada qalır. 1978-ci ildə o, Almaniyadan siyasi sığınacaq alır, daha sonra bu ölkənin vətəndaşlığını qəbul edir, 1995-ci ildə isə Almaniyada doktorluq mövzusunu müdafiə edir.[8][9][21][22]
1988-ci ildən etibarən o, "Hamburger Institut für Sozialforschung" (Hamburq Mədəniyyət və Araşdırma Fondu) üçün, araşdırmaçı alim kimi fəaliyyətə başlayır.[23][24] O, doktorluq elmi rütbəsini "Türk millətçiliyi və Erməni soyqırımı: 1919-1922-ci illərin hərbi tribunalları fonunda" mövzulu dissertasiyasını müdafiə etdikdən sonra qazanmışdır.[25] Akçam soyqırım tədqiqatçısı olan alim Vaaqn Dadryanın tələbəsi olmuşdur.[26] 1997-ci ildə Doroti Formanın (Dorothée Forma) rejissorluğu ilə "Humanistische Omroep Stichting" tərəfindən istehsal edilmiş "Sakitlik divarı" (Een Muur van Stilte) adlı sənədli filmdə onların "akademik münasibət"lərindən bəhs olunub.[27]
Klark Universitetinin Strassler Ailə Mərkəzində Holokost və Soyqırım tədqiqatları üzrə çalışmağa başlamazdan əvvəl o, Minnesota Universitetinin Tarix kafedrasının dosenti olaraq çalışmışdır.[1]
2007-ci ildə Hrant Dinkin öldürülməsindən sonra Akçam, İstanbulda baş tutan dəfn mərasimində iştirak edir. "Southern Poverty Law Center"in "Intelligence Report" jurnalında qeyd edilir:
“Həyatı üçün böyük təhlükə olmasına baxmayaraq, Minnesota Universitetinin Tarix kafedrasının dosenti olan qabaqcıl türk tarixçisi, Dinkin dostu və ideoloji yoldaşı olan Taner Akçam, Türkiyəyə qayıdaraq Dinkin dəfnində iştirak etmişdir. 2006-cı ildə “Utanc aktı: Erməni soyqırımı və Türk cavabdehliyi” kitabının nəşrindən sonra, ultramillətçi qüvvələr erməni soyqırını üzrə beynəlxalq nüfuzlu mütəxəssis olan Akçamın öldürülməsi qərarını vermişdirlər. Kitabın böyük bir hissəsi Türkiyənin dövlət arxivlərində saxlanan sənədlər əsasında yazılmışdır.”[3] |
2008-ci ildə Akçamın Klark Universitetində Erməni soyqırımı üzrə mütəxəssis kimi fəaliyyətə başlaması müzakirə edildiyi zaman yerli türklərin buna qarşı çıxması zamanı Klark Universitetinin Holokost və Soyqırım araşdırmaları üzrə Strassler Ailə Mərkəzinin direktoru Debora Dvork demişdi ki, "etnik və dini kimlik insanın mövqeyini müəyyənləşdirən əsas səbəblər ola biləz və onlar ən yaxşı alimləri öz ətraflarında birləşdirməyə çalışırlar." [28]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.