From Wikipedia, the free encyclopedia
Hrant Dink (erm. Հրանդ Տինք; 15 sentyabr 1954[1], Malatya – 19 yanvar 2007[2][3], İstanbul) — erməni əsilli Türkiyəli jurnalist, Aqos qəzetinin baş redaktoru. 2007-ci ilin 19 yanvar tarixində, yerli vaxtla saat 15:00 — də İstanbulda işlədiyi redaksiya binasının qarşısında sui-qəsd nəticəsində öldürülmüşdür.
Hrant Dink | |
---|---|
erm. Հրանդ Տինք | |
Doğum tarixi | |
Doğum yeri | Malatya, Türkiyə |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Vəfat səbəbi | sui-qəsd |
Dəfn yeri | Balıqı erməni qəbirstanlıqı |
Həyat yoldaşı | Rakel Yakbasan |
Uşaqları | Delal, Arat və Sera |
Milliyyəti | Erməni |
Təhsili | |
Fəaliyyəti | Aqos qəzetinin baş redaktoru, araşdırmaçı yazar. |
Vikianbarda əlaqəli mediafayllar |
Hrant Dink 1954-cü ildə Malatya şəhərində anadan olmuşdur. Atası və anası Sivas ilindən olan Hrant ailəsi 1961-ci ildə İstanbul şəhərinə köçmüşdür. Ailə daxili münaqişələr səbəbindən, Hrant ailəsi 1961-ci ildə dağılmışdır. Valideynlərinin ayrılması səbəbindən Hrant Dink və digər iki qardaşı ilə birlikdə Gedikpaşa Erməni Uşaq Evinə verilmişdir.
Hrant Dink gənclik illərində siyasətlə maraqlanırdı. Əsasən solcu qüvvələri müdafiə edən Hrant Kommunist Partiyası ilə əlaqə yaratmağa başladı. Orta təhsilini bitirdikdən sonra, Hrant İstanbul Universitetinə daxil olur. Ali təhsil aldığı müddətdə, uşaq evindən tanıdığı Rakel Yakbasan ilə ailə həyatı qurur.
Hrant Dink, qondarma erməni soyqırımının Türkiyə də tanınması, Türkiyə ilə Ermənistan arasında əlaqələrin yaxşılaşdırılması və Türkiyə ermənilərine daha çox imtiyazlar verilməsi üçün çox çalışıb.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.