Taciklər (tac. Тоҷик, dəri تاجيک) — Tacikistanda, İranda, ƏfqanıstandaÖzbəkistanda kompakt halda yaşayan xalq. Tərkibinə 10 etnik qrup daxildir və sayları təxminən 18–25 milyon nəfərdir.[9]

Cəld faktlar Ümumi sayı, Yaşadığı ərazilər ...
Taciklər
tac. Тоҷик, dəri تاجيک
Thumb
Ümumi sayı
18-25 mln (2020)[1]
Yaşadığı ərazilər
Əfqanıstan Əfqanıstan 9,5 mln.[2] (2020)
Tacikistan Tacikistan 7,54 mln. (2020)
Özbəkistan Özbəkistan 1,502,919[3] (2016)
İran İran 0,438 mln. (2012)[4]
Rusiya Rusiya 0,2 mln. (2010)
Almaniya Almaniya 0,09 mln. (2005)[5]
Qırğızıstan Qırğızıstan 0,048 mln. (2012)
Çin ÇXR 0,051 mln. (2010)[6]
Kanada Kanada 0,016 mln. (2006)[7]
Ukrayna Ukrayna 0,004 (2001)
ABŞ ABŞ 0,0009 (2000)[8]
Dili

Tacik dili, Fars dili

Dini

İslam

Qohum xalqlar

İrandilli xalqlar, Uyğurlar

Bağla

Məskunlaşma və sayları

Əfqanıstanda

border=none Əsas məqalə: Əfqanıstan əhalisi

5 iyun — 5 iyul 1979-cu il ümumölkə əhali siyahıyaalınmasına əsasən Əfqanıstan əhalisi 15.6 milyon[10] nəfər olmuş, onun 3.5 milyon[11] nəfərini taciklər təşkil etmişdir.

MKİ-nin 2012-ci ilin iyul ayına olan məlumatına əsasən 30.419.928 nəfərlik Əfqanıstan əhalisinin 27 %-i, yəni təxminən 8.213 milyon nəfəri etnik taciklərdən ibarətdir.[12] Britannika Ensiklopediyasına əsasən taciklər Əfqanıstan əhalisinin 20 %-ni təşkil edirlər.[13] Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012-ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25.500.100 nəfər olduğu ehtimal edilir.[14] MKİ-nin və Britannika Ensiklopediyasının Əfqanıstanda taciklərin ümumi əhali içərisindəki nisbətinə dair verdiyi məlumatlar və Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının 2012-ci ilin əvvəlinə olan Əfqanıstanın ümumi əhalisi haqqında verdiyi məlumatlar nəzərə alınarsa, bu ölkədə ən az 5.1 milyon nəfər, ən çoxu isə 6.885 milyon nəfər tacik yaşadığı ehtimal olunur.

Tacikistanda

border=none Əsas məqalə: Tacikistan əhalisi

21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 6.373.834 nəfəri və ya 84,26 %-i etnik taciklərdən ibarətdir.[15] Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500[16], 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir.[17] Taciklərin Tacikistan əhalisi içərisindəki 2010-ci il siyahıyaalınması zamanı müəyyən edilmiş nisbəti əsas götürülərsə 2013-cü ilin fevral ayına Tacikistanda 6.74 milyon tacik yaşamaqdadır.

Özbəkistanda

Thumb
Özbəkistanda Taciklər
border=none Əsas məqalə: Özbəkistan əhalisi

"Açıq cəmiyyət" İnstitutu Arxivləşdirilib 2013-02-22 at the Wayback Machine nun (ing. Open Society Foundations) maliyyə dəstəyi ilə hazırlanmış və 2002-ci ildə çap olunmuş, 2000-ci ilə aid məlumatları əks etdirən 452 səhifəlik "Özbəkistanın etnik atlası" kitabının Taciklər kiçik başlığında (səhifə 195–202) verilən məlumata əsasən 24.430.192 nəfərlik Özbəkistan əhalisinin 1.165.713 nəfəri və ya 4,77 %-i taciklərdən ibarətdir. 1 yanvar 2013-ci il tarixinə olan rəsmi məlumata əsasən Özbəkistan Respublikasının əhalisi 29994.6 min nəfər olmuşdur.[18][19] Əgər taciklərin ümumi ölkə əhalisi içərisindəki nisbəti 2000-ci ildəki vəziyyətinə uyğun qəbul edilərsə 2013-cü ilin əvvəlinə Özbəkistanda təxminən 1.431 milyon tacik əsilli əhali yaşamaqdadır.

İranda

border=none Əsas məqalə: İran əhalisi

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı (ing. United Nations High Commissioner for Refugees - UNHCR) yanında Əcnəbilər və Xarici İmmiqrantlarla İşlər Bürosunun (ing. Bureau for Aliens and Foreign Immigrant Affairs - BAFIA) məlumatlarına əsasən 2006-cı il ümumiran əhali siyahıyaalınmasının yekunlarına görə İranda yaşayan və rəsmən qeydiyyatda olan Əfqanıstan vətəndaşı qaçqınların ümumi sayı 1.211.171 nəfər olmuş, onların 39 %-ni etnik həzaralar, 22 %-ni etnik taciklər, 9 %-ni etnik puştunlar, 10 %-ni isə digər (əsasən türkmənlərə, özbəklərəbəluclara) etnik qruplara mənsub insanlar təşkil etmişdir.[20]

Rusiyada

14–25 oktyabr 2010-cu il əhali siyahıyaalınmasına əsasən Rusiya FR-da 200.303 nəfər etnik tacik yaşamaqdadır.[21]

Qırğızıstanda

border=none Əsas məqalə: Qırğızıstan əhalisi

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Qırğızıstannın 5.551.888 nəfər əhalisinin 48.033 nəfəri etnik taciklərdən ibarətdir.[22]

Almaniyada

Almaniya Federativ Respublikası İqtisadi əməkdaşlıq və İnkişaf Nazirliyinin (alm. Bundesministerium für wirtschaftliche Zusammenarbeit und Entwicklung) 2005-ci ilin əvvəlinə olan məlumatlarına əsasən AFR-da təxminən 100 min nəfər Əfqanıstan kökənli əhali yaşayır. Onlar ƏfqanıstanAFR vətəndaşlarıdır. Almaniya Federal Statistika Ofisinin (alm. Statistisches Bundesamt, qısa: alm. Destatis) 31 dekabr 2004-cü il tarixinə olan məlumatlara əsasən AFR-də yaşayan Əfqanıstan vətəndaşlarının sayı 57.933 nəfərdir (31.321 nəfəri kişilər, 26.612 nəfəri qadınlar).[23] Onlardan 7.476 nəfəri AFR-də, 50.457 nəfəri isə digər ölkələrdə doğulmuşdur.[23]

Ukraynada

5–14 dekabr 2001-c il siyahıyaalınmasına əsasən Ukraynanın 48.240.902 nəfərlik əhalisinin 4.255 nəfərini etnik taciklər təşkil edir.[24]

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.