From Wikipedia, the free encyclopedia
Suriya Hərbi Hava Qüvvələri (ərəb. القوات الجوية العربية السورية, Al Quwwat al-Jawwiyah al Arabiya as-Souriya) Suriya Silahlı Qüvvələrinin tərkibinə daxil olan xüsusi hərbi birləşmədir. Əsası 1948-ci ildə qoyulmuşdur. Quruda yerləşən hava hücumundan müdafiə sistemləri Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin rəhbərliyi altında qruplaşdırılır. Bir çox Qərb yönümlü kəşfiyyat mənbələrinin məlumatına görə, bu qoşunların gecə döyüşü aparmaq qabiliyyəti yoxdur.[4]
Suriya Hərbi Hava Qüvvələri | |
---|---|
القوات الجوية العربية السورية | |
Növü | Hərbi Hava Qüvvələri |
Yaranma tarixi | 1948 - günümüzə |
Ölkə | Suriya |
Daxildir | Suriya Silahlı Qüvvələri |
Sayı |
60,000 nəfər (20,000 nəfər ehtiyat qüvvə daxil olmaqla) 461 uçuş avadanlığı[1] |
Qərargah | |
Ləqəbi | SyAAF[2] |
Marşı | "Biz qartallarıq" |
Müharibələr |
Altıgünlük müharibə Yom Kippur müharibəsi Livan müharibəsi (1982) Suriya vətəndaş müharibəsi |
Döyüşlər |
|
Fərqlənmə nişanları |
|
Komandanlıq | |
Komandir | General İssam Hallaq[3] |
Məşhur komandirləri | Hafiz Əsəd |
Vikianbarda əlaqəli mediafayllar |
Suriya vətəndaş müharibəsinin başlanğıcında yəni, 2012-ci ilin ortalarına qədər olan mərhələdə Suriya HHQ döyüş əməliyyatlarında birbaşa iştirak etməmiş, daha çox ikinci dərəcəli qüvvə rolu oynamışdır.
Bu situasiya 22 mart 2012-ci il tarixində dəyişmişdir. Qeyd olunan tarixdə Suriya hökumət qüvvələri Mi-8 və Mi-17 tipli döyüş-nəqliyyat helikopterlərindən atəş açaraq müharibə ərzində ilk dəfə aviasiyadan istifadə etməyə başlamışdır.[5] 2012-ci il iyun ayının ortalarından etibarən 250 kq və ya daha ağır aviasiya bombaları vasitəsilə zərbə vurmaq qabiliyyətinə sahib olan Mi-24 döyüş helikopterlərindən istifadə olunmağa başlamaqla bu müharibə tarixində yeni mərhələ başlamışdır.[6][7]
24 iyul 2012-ci ildə üsyançı qüvvələr tərəfindən döyüş aviasiyası istifadə olunmağa başlamışdır. Döyüş əməliyyatları ərzində çəkilmiş video materiallardan göründüyü qədəri ilə üsyançılar ilk əvvəl əsasən təlim məqsədilə istifadə olunan L-39 təyyarələrindən qarşı tərəfin mövqelərinə aviazərbələr endirilməsində istifadə etmiş,[8] sonradan bu təyyarələrin siyahısına Sovet istehsalı MiQ-21 və MiQ-23 qırıcıları əlavə olunmuşdur.[9][10] Bir neçə həftə sonra baş tutmuş hərbi əməliyyatlarda Suriya hökumət qüvvələri tərəfindən Su-22 döyüş təyyarəsi, 2012-ci ilin noyabrında isə Su-24 bombardmançı təyyarələrindən istifadə olunması qeydə alınmışdır.[11] 2012-ci ilin dekabrında üsyançıların mövqelərinə zərbə endirilməsi zamanı Skad ballistik raketindən istifadə olunmuşdur.[12]
22 oktyabr 2013-cü ildə Suriya HHQ-nə yeni çatdırılmış S-8 tipli hava-yer raketi ilə silahlanmış MiQ-29 paytaxt Dəməşq şəhərinin üzərindən keçərkən görüntülənmişdir.[13] Müharibənin gedişində MiQ-29 qırıcılarından üsyançıların mövqelərinə zərbələr endirilməsində aktiv istifadə olunmuşdur.[14]
Müharibə ərzində MiQ-25 döyüş təyyarəsindən istifadə olunması barədə məlumat ilk dəfə 8 fevral 2014-cü ildə mətbuatda görünmüşdür. Həmin tarixdə Suriya HHQ-nə aid bir ədəd MiQ-25 Türkiyə sərhədinə yaxınlaşdığına görə, Türkiyə HHQ-nə məxsus iki ədəd F-16 tərəfindən təqib olunmuş və geri çəkilməyə məcbur edilmişdir.[15]
Suriya HHQ döyüş əməliyyatlarında aktiv istifadə olunmağa başladıqdan sonra üsyançılar da daha çox zenit-raket kompleksləri ilə silahlanmaya başlamışdır. Azad Suriya Ordusu və digər qruplaşmalar bir neçə dəfə hökumət qüvvələrinə məxsus silah anbarları və ya idxal əməliyyatı həyata keçirən gəmilərə hücum edərək Çin və Rusiya istehsalı silahlar ələ keçirmişdir.[16] 2012-ci ilin avqust ayından etibarən Suriya HHQ-nə məxsus bir neçə təyyarə və helikopter vurularaq sıradan çıxarılmışdır.[17] 2014-cü ildə Jane´s hərbi məlumat jurnalının məlumatına əsasən Suriya HHQ-nə aid MiQ-29 və Su-24 döyüş təyyarələri qarşı tərəfin mövqelərinə zərbə endirilməsində idarəolunan raketlərdən istifadə etmişdir.[18]
2014-cü ilin oktyabrı və 2015-ci ilin iyul ayları ərzində baş tutmuş hərbi əməliyyatlar çərçivəsində Suriya HHQ ümumilikdə 26,517 hava hücumu həyata keçirmişdir.[19] 2015-ci ilin əvvəllərində yayılmış xəbərlərdə Suriyanın hava hücumlarında rus pilotların da iştirak etdiyi qeyd olunmuşdur.[20] Buna baxmayaraq, heç bir müstəqil mənbə vurulmuş təyyarələrin pilotları arasında rusların olması barədə məlumat verməmişdir.
18 iyun 2017-ci il tarixində Tabqa şəhərinin cənubunda yerləşən Azad Suriya Ordusu mövqelərinə hava zərbələri endirən Suriya hökumət qüvvələrinə məxsus Su-22 döyüş təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F/A-18 tərəfindən vurularaq məhv edilmişdir.[21][22]
Uçuş avadanlığı | İstehsalçı ölkə | Növü | Variantı | Sayı | Əlavə məlumat | |
---|---|---|---|---|---|---|
Döyüş təyyarəsi | ||||||
MiQ-21 | SSRİ | Qırıcı | 53[23] | |||
MiQ-23 | SSRİ | Qırıcı-bombardmançı | 89[23] | |||
MiQ-25 | SSRİ | Qırıcı | 2[23] | |||
MiQ-29 | Rusiya | Çoxməqsədli qırıcı | 20 | Əlavə 12 ədəd sifariş olunub[23] | ||
Su-22 | SSRİ | Qırıcı-bombardmançı | 42[23] | |||
Su-24 | SSRİ | Hücum təyyarəsi | 20[23] | |||
Nəqliyyat | ||||||
Antonov An-26 | Ukrayna | Nəqliyyat | 2[23] | |||
İlyuşin İl-76 | Rusiya | Ağır nəqliyyat | 1[23] | |||
Helikopter | ||||||
Mi-2 | Rusiya | Nəqliyyat | 13[23] | |||
Mi-17 | Rusiya | Nəqliyyat | Mi-8/17 | 51[23] | ||
Mi-14 | Rusiya | Axtarış və xilasetmə | 11[23] | |||
Mi-24 | Rusiya | Döyüş helikopteri | Mi-25 | 28[23] | ||
Ka-27 | Rusiya | Çoxməqsədli | Ka-28 | 2[23] | ||
Aérospatiale Gazelle | Fransa | Yüngül hücum helikopteri | SA342 | 62[23] | ||
Təlim təyyarəsi | ||||||
Aero L-39 | Çexiya | Təlim/yüngül hücum təyyarəsi | 65[23] | |||
Yakovlev Yak-130 | Rusiya | Təlim | 36 ədəd sifariş olunub[23] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.