Sultan Murad Bayandur

From Wikipedia, the free encyclopedia

Sultan Murad Bayandur

Əbül Müzəffər Sultan Murad (31 iyul 1490, Təbriz1518, Şanlıurfa) — Ağqoyunlu hökmdarı, Uzun HəsənI Fərrux Yasarın nəvəsi, Sultan Yaqubun oğlu, Baysunqurun qardaşı.

Thumb
Sultan Murad dövrünə aid sikkə
Cəld faktlar Əvvəlki, Sonrakı ...
Sultan Murad

Sultan Murad ibn Yaqub ibn Həsən

سلطان مراد
Thumb
Sultan Muradın hüzuruna I Şah İsmayılın göndərdiyi elçi Qənbər Ağa. Hazırladı Muin Müsəvvər, İsfahan, təq.1670
1499 1508
ƏvvəlkiSultan Məhəmməd
Sonrakıləğv olunub
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Təbriz
Vəfat tarixi
Vəfat yeri Urfa
Atası Sultan Yaqub
Anası Gövhər sultan
Həyat yoldaşı Bənti xatun
Uşaqları Həsən bəy, Yaqub bəy
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

31 iyul 1490-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Həyatının ilk dövrləri Şirvanda gizlənərək keçmişdir.

Hakimiyyəti

Eybə Sultanın qardaşları tərəfindən 9 yaşında Şirvandan gətirilib taxta oturdulmuş, Sultan Məhəmmədin ordularını məğlub, torpaqlarını isə işğal edərək sonuncunu öldürtmüşdü. Daha sonra Əlvəndlə sülh müqaviləsi bağlamış, əllərində olan torpaqları, Qızılüzən çayı sərhəd olmaqla iki yerə bölüb idarə etməyə üstünlük vermişdilər. Belə ki, Ərəb İraqı, Əcəm iraqı, Fars və Kirman Muradın hakimiyyətində qaldı.

Hakimiyyətdən getməsi

21 iyun 1503-cü ildə Şah İsmayılla Sultan Murad, Həmədan yaxınlığında Alma Qulağı adlanan yerdə üz-üzə gəldi. Sayca üstün olmasına baxmayaraq Sultan Muradın qoşunu darmadağın edildi.[1] Eybə Sultanın qardaşı əsir düşdü, özü isə qaçdı.[2] Buna baxmayaraq o, hələ 5 il də Bağdad və ətrafında hakimiyyətini davam etdirdi. 1508-ci ildə Şah İsmayılın ordusundan qaçaraq Diyarbəkirə getdi.

Ölümü

1518-ci ildə Urfada vəfat edib.[3]

Ailəsi

Əlaəddövlə Bozqurd bəy Zülqədərin qızı Bəyli xatunla evlənmişdi. Övladları:[4][5]

  • Yaqub bəy Bayandur
  • Həsən bəy Bayandur

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.