From Wikipedia, the free encyclopedia
Sato Nobuhiro (佐藤 信淵?, 18 iyul 1769, Oqaçi rayonu[d], Akita prefekturası – 17 fevral 1850) – Edo dövründə yaşamış Yaponiya aqronomu.
Sato Nobuhiro 1769-cu ildə Deva əyalətində[lower-alpha 1] alim aləsində doğulmuşdur.[1] Uşaq olanda atası ilə birlikdə səyahətlər etmiş və Hokkaydoya qədər gedib çıxmışdır.[1] Bu zaman Tenmey aclığından əziyyət çəkən kəndlilərin həyatına şahidlik etmiş və gördüyü mənzərə ona böyük təsir etmişdir.[1] Atasının ölümündən sonra Edo şəhərinə gedərək ranqaku alimi Udaqava Qenzuinin şagirdi olmuşdur.[1] Tsuyama hanında xidmət göstərdikdən sonra ölkəni səyahət etməyə başlamış, kənd təsərrüfatı ilə bağlı praktiki biliklər əldə etmişdir.[1] Bir müddət yazı yazmaq üçün Kazusada[lower-alpha 2] məskunlaşsa da, həyatının böyük bir qismini səyahətlərdə keçirmişdir.[1]
Sato şintoizmə də maraq göstərmiş və kokuqaku alimi Hirata Atsutanenin məktəbinə daxil olmuşdur.[1] Təxminən bu dövrdə Takano Çoey və Vatanabe Kazanla dost olmuş, şoqunluğun ranqaku alimlərini həbs etməsi hadisəsindən yayına bilmişdir.[1] Satonun şöhrəti tədricən yayılmış və daymyolar onu kənd təsərrüfatı texnikaları, iqtisadiyyat və dənizdən müdafiə mövzularında məsləhətlər verməsi üçün çağırmışdırlar.[1]
Sato rocu və daymyo Mizono Tadakuniyə cavab olaraq "Fukkoho qayqen" əsərini yazmışdır.[1] O, bu əsərdə Yaponiyanın vahid başçı altında birləşdirilməsini və bütün torpaqların, istehsalın, ticarətin və nəqliyyatın birbaşa hökumət nəzarəti altında olmasını təklif etmişdir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.