From Wikipedia, the free encyclopedia
Saori Yoşida (yap. 吉田沙保里; d. 5 oktyabr 1982; Tsu, Yaponiya) — Yaponiyanı təmsil edən dünya şöhrətli sərbəst güləşçi. Saori Yoşida, 2004-cü ildə Afinada, 2008-ci ildə Pekində, 2012-ci ildə Londonda baş tutan Olimpiya Oyunlarının çempionu, 2016-cı ildə Rio-de-Janeyroda baş tutan yarışın isə vitse-çempionudur. Saori Yoşida, 2002-ci ildən 2015-ci ilə qədər baş tutan 13 Dünya Çempionatının qalibidir (2004-cü ildə Dünya Çempionatı baş tutmamışdır).
Saori Yoşida | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
yap. 吉田沙保里 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Saori Yoşida | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Yaponiya | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Tsu, Yaponiya | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 157 sm. (5 ft 2 in) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 53 kq. (117 Ib) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Güləş | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
1998-ci ildən etibarən qatıldığı bütün yarışlarda qızıl medal qazanan Saori Yoşida, karyerası ərzində yeganə məğlubiyyətini, məhz karyerasının sonuncu görüşündə aldı.
Saori Yoşida 1982-ci il 5 oktyabrda Yaponiyanın Tsu şəhərində anadan olub.
Saori Yoşida beynəlxalq səviyyədə birinci yarışına, 1998-ci ilin iyul ayında qatıldı. 52 kiloqram çəki dərəcəsində çıxış edən 15 yaşlı Saori Yoşida, Birləşmiş Krallıqın Mançester şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatının həlledici, final görüşündə Polşa güləşçisi İvona Matkovskanı məğlub etdi və yeniyetmələrin Dünya çempionu oldu.
Saori Yoşida bir il sonra, 1999-cu ildə Polşanın Lodz şəhərinin ev sahibliyində baş tutan analoji yarışdada çempion oldu. Bu səfər 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Saori Yoşida, final görüşündə Macarıstan nümayəndəsi Zsuszanna Bejczini məğlub etdi və ardıcıl ikinci dəfə yeniyetmələrin Dünya Çempionatının qalibi oldu.
58 kiloqram çəki dərəcəsində çıxış edən Saori Yoşida, növbəti uğurlarını gənclər arasında Dünya Çempionatlarında qazandı. 2000-ci ildə Fransanın Nant şəhərində baş tutan gənclərin Dünya Çempionatında o, finala gedən yolda Yeni Zelandiya nümayəndəsi Sian Lavı 11:0, Birləşmiş Ştatlar güləşçisi Karrie Birgeni 12:1 və Almaniyalı Sabrina Helbirqi 10:0 hesabları ilə məğlub etdi. Həlledici, final görüşündə isə Saori Yoşida, Rusiyalı Lyubov Volossova ilə üz-üzə gəldi və gərgin görüşün sonunda onu, 11:6 hesabı ilə məğlub etdi. Buna qədər iki dəfə yeniyetmələrin Dünya çempionu olan Saori Yoşida, artıq gənclər arasındada Dünya Çempionatının qalibi oldu.
Saori Yoşida, 2001-ci ildə növbəti dəfə gənclərin Dünya çempionu oldu. İsveçrənin Martinyi şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatının həlledici, final görüşündə o, bir il olduğu kimi yenə Rusiya nümayəndəsi Lyubov Volossova ilə üz-üzə gəldi və yenə onun üzərində qələbə qazanaraq gənclər arasında Dünya Çempionatının qalibi oldu.
1998-ci ildən etibarən qatıldıqı dörd Dünya Çempionatlarının bir görüşündə belə məğlub olmayan Saori Yoşida, artıq planetin ən güclü qadın güləşçilərindən biri idi.
Saori Yoşida böyüklər arasında birinci uğurunu, 2002-ci ilin iyun ayında qazandı. O, Kanadanın Edmonton şəhərinin ev sahibliyində baş tutan tələbələr arasında Dünya Çempionatının həlledici, final görüşündə Çin nümayəndəsi Huihua Sunu məğlub etdi və Dünya Çempionatının qalibi oldu.
Həmin ilin oktyabr ayında isə Saori Yoşida, XIV Asiya Oyunlarına qatıldı. Cənubi Koreyanın Busan şəhərində baş tutan yarış, dairəvi sistemlə keçirildi. O, I turda Çin güləşçisi Sun Donqmeini 10:0, II turda isə Monqolustan nümayəndəsi Naidanqiin Otqonjarqalı 7:0 hesabları ilə məğlub etdi. Növbəti görüşlərdədə Saori Yoşida, inamlı mübarizə apardı. III turda Hindistanlı Alka Tomarı 10:0 hesabı ilə məğlub edən Saori Yoşida, həlledici görüşdə yerli Lee Na-Laeni 11:1 hesabı ilə məğlub etdi və XIV Asiya Oyunlarının qızıl medalına sahib oldu.
Asiya Oyunlarında sonra o, daha bir ciddi yarışda qüvvəsini sınadı. 20 yaşlı Saori Yoşida, Yunanıstanın Xalkida şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatında mübarizə apardı. O, finala gedən yolda Ukrayna lı Tatyana Lazarevanı 3:0 hesablı tuşe ilə, İspaniyalı Minerva Montero Perezi 10:1 hesabı ilə, Kanadalı Cennifer Rizi vaxtından əvvəl 11:0 hesabı ilə, İsveçli İda-Teres Nerelli isə 10:0 hesabı ilə məğlub etdi və birinci dəfə qatıldıqı Dünya Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici, final görüşündə 20 yaşlı Saori Yoşidanın rəqibi, Birləşmiş Ştatlar nümayəndəsi George Tina idi. Gərgin görüşün sonunda Saori Yoşida, 10:4 hesablı qələbə qazandı və Dünya Çempionatının qalibi oldu.
|
|
Sıra | Tarix | Rəqib | Hesab | Yarış | Şəhər | Qeyd |
---|---|---|---|---|---|---|
06–10-2002 | Sun Donqmei | 10:0 | Asiya Oyunları | Busan, Cənubi Koreya | Qrup mərhələsi | |
06–10-2002 | Naidanqiin Otqonjarqal | 7:0 | Asiya Oyunları | Busan, Cənubi Koreya | Qrup mərhələsi | |
07–10-2002 | Alka Tomar | 10:0 | Asiya Oyunları | Busan, Cənubi Koreya | Qrup mərhələsi | |
07–10-2002 | Lee Na-Lae | 11:0 | Asiya Oyunları | Busan, Cənubi Koreya | qızıl medal qazandı | |
02–11-2002 | Tatyana Lazareva | 3:0 | Dünya Çempionatı | Xalkida, Yunanıstan | 1/16 final mərhələsi | |
02–11-2002 | Minerva Montero Perez | 10:1 | Dünya Çempionatı | Xalkida, Yunanıstan | 1/8 final mərhələsi | |
02–11-2002 | Cennifer Riz | 11:0 | Dünya Çempionatı | Xalkida, Yunanıstan | 1/4 final mərhələsi | |
02–11-2002 | İda-Teres Nerell | 10:0 | Dünya Çempionatı | Xalkida, Yunanıstan | 1/2 final mərhələsi | |
02–11-2002 | George Tina | 10:4 | Dünya Çempionatı | Xalkida, Yunanıstan | qızıl medal qazandı | |
22–08-2004 | Sun Donqmei | 11:0 | Olimpiya Oyunları | Afina, Yunanıstan | Qrup mərhələsi | |
22–08-2004 | Diletta Ciampikkolo | 10:0 | Olimpiya Oyunları | Afina, Yunanıstan | Qrup mərhələsi | |
23–08-2004 | Anna Qomis | 7:6 | Olimpiya Oyunları | Afina, Yunanıstan | 1/2 final mərhələsi | |
23–08-2004 | Tonya Verbeek | 6:0 | Olimpiya Oyunları | Afina, Yunanıstan | qızıl medal qazandı | |
11–12-2006 | Alka Tomar | 6:0 | Asiya Oyunları | Doha, Qətər | 1/4 final mərhələsi | |
11–12-2006 | Su Lihui | 8:1 | Asiya Oyunları | Doha, Qətər | 1/2 final mərhələsi | |
11–12-2006 | Olqa Smirnova | 9:0 | Asiya Oyunları | Doha, Qətər | qızıl medal qazandı | |
16–08-2008 | İda-Teres Nerell | 7:1 | Olimpiya Oyunları | Pekin, Çin | 1/8 final mərhələsi | |
16–08-2008 | Nataliya Qolts | 6:1 | Olimpiya Oyunları | Pekin, Çin | 1/4 final mərhələsi | |
16–08-2008 | Tonya Verbeek | 8:0 | Olimpiya Oyunları | Pekin, Çin | 1/2 final mərhələsi | |
16–08-2008 | Xu Li | 7:0 | Olimpiya Oyunları | Pekin, Çin | qızıl medal qazandı | |
11–10-2008 | Kamleş Devi | 6:0 | Dünya Çempionatı | Tokio, Yaponiya | 1/8 final mərhələsi | |
11–10-2008 | Anna Zviridovska | 2:0 | Dünya Çempionatı | Tokio, Yaponiya | 1/4 final mərhələsi | |
11–10-2008 | Brittanee Laverdure | 4:0 | Dünya Çempionatı | Tokio, Yaponiya | 1/2 final mərhələsi | |
11–10-2008 | Tatyana Lazareva | 6:0 | Dünya Çempionatı | Tokio, Yaponiya | qızıl medal qazandı | |
24–09-2009 | Maminirina Rafaliharisolo | 15:0 | Dünya Çempionatı | Herninq, Danimarka | 1/16 final mərhələsi | |
24–09-2009 | Anna Qomis | 3:1 | Dünya Çempionatı | Herninq, Danimarka | 1/8 final mərhələsi | |
24–09-2009 | Ana Mariya Paval | 6:0 | Dünya Çempionatı | Herninq, Danimarka | 1/4 final mərhələsi | |
24–09-2009 | Tonya Verbeek | 6:2 | Dünya Çempionatı | Herninq, Danimarka | 1/2 final mərhələsi | |
24–09-2009 | Sona Əhmədli | 9:0 | Dünya Çempionatı | Herninq, Danimarka | qızıl medal qazandı | |
09–09-2010 | Um Ji-Eun | 7:0 | Dünya Çempionatı | Moskva, Rusiya | 1/16 final mərhələsi | |
09–09-2010 | Tamara Kazaryan | 12:0 | Dünya Çempionatı | Moskva, Rusiya | 1/8 final mərhələsi | |
09–09-2010 | Tatyana Padilla | 10:0 | Dünya Çempionatı | Moskva, Rusiya | 1/4 final mərhələsi | |
09–09-2010 | Mariya Qurova | 8:0 | Dünya Çempionatı | Moskva, Rusiya | 1/2 final mərhələsi | |
09–09-2010 | Yuliya Ratkeviç | 8:0 | Dünya Çempionatı | Moskva, Rusiya | qızıl medal qazandı | |
26–11-2010 | Batbaatarin Nomin-Erdene | 9:0 | Asiya Oyunları | Quançjou, Çin | 1/8 final mərhələsi | |
26–11-2010 | Liliya Şakirova | 8:0 | Asiya Oyunları | Quançjou, Çin | 1/4 final mərhələsi | |
26–11-2010 | Pak Yon-Hui | 4:0 | Asiya Oyunları | Quançjou, Çin | 1/2 final mərhələsi | |
26–11-2010 | Janq Lan | 6:0 | Asiya Oyunları | Quançjou, Çin | qızıl medal qazandı | |
15–09-2011 | Emriye Musta | 5:0 | Dünya Çempionatı | İstanbul, Türkiyə | 1/16 final mərhələsi | |
15–09-2011 | Helen Maroulis | 4:0 | Dünya Çempionatı | İstanbul, Türkiyə | 1/8 final mərhələsi | |
15–09-2011 | Alma Valensiya | 12:0 | Dünya Çempionatı | İstanbul, Türkiyə | 1/4 final mərhələsi | |
15–09-2011 | İda-Teres Nerell | 12:0 | Dünya Çempionatı | İstanbul, Türkiyə | 1/2 final mərhələsi | |
15–09-2011 | Tonya Verbeek | 6:4 | Dünya Çempionatı | İstanbul, Türkiyə | qızıl medal qazandı | |
09–08-2012 | Kelsey Kampbell | 2:0 | Olimpiya Oyunları | London, Birləşmiş Krallıq | 1/8 final mərhələsi | |
09–08-2012 | Yuliya Ratkeviç | 3:0 | Olimpiya Oyunları | London, Birləşmiş Krallıq | 1/4 final mərhələsi | |
09–08-2012 | Valeriya Jolobova | 3:0 | Olimpiya Oyunları | London, Birləşmiş Krallıq | 1/2 final mərhələsi | |
09–08-2012 | Tonya Verbeek | 5:0 | Olimpiya Oyunları | London, Birləşmiş Krallıq | qızıl medal qazandı | |
28–09-2012 | Ağziya Dautbayeva | 3:0 | Dünya Çempionatı | Stratkona, Kanada | 1/8 final mərhələsi | |
28–09-2012 | Qeeta Foqat | 4:0 | Dünya Çempionatı | Stratkona, Kanada | 1/4 final mərhələsi | |
28–09-2012 | Nataliya Sinişin | 4:4 | Dünya Çempionatı | Stratkona, Kanada | 1/2 final mərhələsi | |
28–09-2012 | Helen Maroulis | 6:0 | Dünya Çempionatı | Stratkona, Kanada | qızıl medal qazandı | |
19–09-2013 | Ana Mariya Paval | 8:0 | Dünya Çempionatı | Budapeşt, Macarıstan | 1/16 final mərhələsi | |
19–09-2013 | Valeriya Jolobova | 7:0 | Dünya Çempionatı | Budapeşt, Macarıstan | 1/8 final mərhələsi | |
19–09-2013 | Sündeviin Byambatseren | 8:0 | Dünya Çempionatı | Budapeşt, Macarıstan | 1/4 final mərhələsi | |
19–09-2013 | İrina Usyak | 8:0 | Dünya Çempionatı | Budapeşt, Macarıstan | 1/2 final mərhələsi | |
19–09-2013 | Sofiya Mattsson | 5:0 | Dünya Çempionatı | Budapeşt, Macarıstan | qızıl medal qazandı | |
11–09-2014 | Panq Qianyu | 4:0 | Dünya Çempionatı | Daşkənd, Özbəkistan | 1/8 final mərhələsi | |
11–09-2014 | Nataliya Malışeva | 10:0 | Dünya Çempionatı | Daşkənd, Özbəkistan | 1/4 final mərhələsi | |
11–09-2014 | Cillian Qallays | 4:0 | Dünya Çempionatı | Daşkənd, Özbəkistan | 1/2 final mərhələsi | |
11–09-2014 | Sofiya Mattsson | 6:0 | Dünya Çempionatı | Daşkənd, Özbəkistan | qızıl medal qazandı | |
28–09-2014 | Jonq Xueçun | 12:9 | Asiya Oyunları | İnçeon, Cənubi Koreya | 1/8 final mərhələsi | |
28–09-2014 | Fam Ti Loan | 2:0 | Asiya Oyunları | İnçeon, Cənubi Koreya | 1/4 final mərhələsi | |
28–09-2014 | Babita Kumari | 14:4 | Asiya Oyunları | İnçeon, Cənubi Koreya | 1/2 final mərhələsi | |
28–09-2014 | Sündeviin Byambatseren | 12:1 | Asiya Oyunları | İnçeon, Cənubi Koreya | qızıl medal qazandı | |
09–09-2015 | Nadine Tornaçı | 6:0 | Dünya Çempionatı | Las-Veqas, Birləşmiş Ştatlar | 1/16 final mərhələsi | |
09–09-2015 | Nquyen Ti Lua | 12:0 | Dünya Çempionatı | Las-Veqas, Birləşmiş Ştatlar | 1/8 final mərhələsi | |
09–09-2015 | Anjela Doroqan | 11:0 | Dünya Çempionatı | Las-Veqas, Birləşmiş Ştatlar | 1/4 final mərhələsi | |
09–09-2015 | Jonq Myonq-Suk | 5:2 | Dünya Çempionatı | Las-Veqas, Birləşmiş Ştatlar | 1/2 final mərhələsi | |
09–09-2015 | Sofiya Mattsson | 2:1 | Dünya Çempionatı | Las-Veqas, Birləşmiş Ştatlar | qızıl medal qazandı | |
18–08-2016 | Nataliya Sinişin | 4:0 | Olimpiya Oyunları | Rio-de-Janeyro, Braziliya | 1/8 final mərhələsi | |
18–08-2016 | İsabelle Sambou | 9:0 | Olimpiya Oyunları | Rio-de-Janeyro, Braziliya | 1/4 final mərhələsi | |
18–08-2016 | Betzabet Argüello | 6:0 | Olimpiya Oyunları | Rio-de-Janeyro, Braziliya | 1/2 final mərhələsi | |
18–08-2016 | Helen Maroulis | 1:4 | Olimpiya Oyunları | Rio-de-Janeyro, Braziliya | gümüş medal qazandı |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.