From Wikipedia, the free encyclopedia
Samuel fon Pufendorf (alm. Samuel von Pufendorf; 8 yanvar 1632[1][2][…] – 26 oktyabr 1694[1][3][…], Berlin[1]) — tanınmış alman hüquqşünası, tarixçisi və filosofu.
Mədəniyyət nəzəriyyəsi problemləri ilə ciddi şəkildə Qərbi Avropa tədqiqatçıları məşğul olmağa başlamışlar. "Mədəniyyət" ("kulğtura") anlayışını kulturoloji baxımdan, müasir mənada ilk dəfə işlədən tədqiqatçı XVII əsrdə yaşamış alman hüquqşünası Samuel Pufendorf (1632–1694) olmuşdur. O, mədəniyyəti "insan fəaliyyətinin məcmusu" kimi başa düşürdü və qeyd edirdi ki, mədəniyyət ictimai həyatın, insanın varlığı ilə bağlı olan fenomendir. Lakin mədəniyyət insan fəaliyyəti nəticələrinin bəsit məcmusu deyildir. O, özünün hər bir inkişaf mərhələsində konkret-tarixi məzmuna malik olan prosesdir. Təbiidir ki, XVII əsrdə Qərbi Avropada elmin inkişaf səviyyəsi sosioloji tədqiqatlarda ictimai hadisələrə proses kimi (dəyişmədə, inkişafda və dinamikada olan faktlar kimi) yanaşmağa imkan vermirdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.