From Wikipedia, the free encyclopedia
Rut Ayko Asava (ing. Ruth Aiko Asawa; 24 yanvar 1926, Noruolk, Kaliforniya – 6 avqust 2013, San-Fransisko, Kaliforniya) – yaponəsilli ABŞ heykəltəraşı və rəssamı.[1] O, yaratdığı biomorfik tel formalarına, eləcə də, ictimai sənət quraşdırmalarına görə tanınır.[1]
Rut Asava | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Noruolk, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ |
Vəfat tarixi | (87 yaşında) |
Vəfat yeri | San-Fransisko, Kaliforniya, ABŞ |
Təhsili |
|
Fəaliyyəti | heykəltaraş, litoqraf, textile artist[d] |
ruthasawa.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Rut Asava 24 yanvar 1926-cı ildə Kaliforniya ştatının Norualk ferma icmasında doğulmuşdur.[1] Valideynləri Umakiçi və Haru Asava ABŞ-yə immiqrasiya etmiş yaponlar idi.[1] Rut yeddiuşaqlı ailənin dördüncü uşağı idi.[1]
Rut uşaq yaşlarından etibarən sənətə maraq göstərməyə başlamışdır.[1] Onun ağ ayı rəsmi 1935-ci ildə sərgiyə qoyulmuş və üçüncü sinif müəllifi onun sənət bacarığını tərifləmişdir.[1] Asava 1939-cu ildə Azadlıq heykəlinin rəsmini çəkərək məktəbdə keçirilən bir rəsm müsabiqəsinin qalibi olmuşdur.[1] Şənbə günləri yapon dili və mədəniyyəti ilə məşğul olur, eləcə də, kalliqrafiya öyrənirdi.[1]
İkinci dünya müharibəsi zamanı ABŞ yaponlarının internasiyası Asava ailəsinin həyatına böyük zərbə vurmuşdur.[1] 1942-ci ilin fevralında atası Umakiçi saxlanılaraq Nyu-Meksiko ştatındakı düşərgəyə göndərilmişdir.[1] İki ay sonra isə ailə fermanı tərk etməyə məcbur edilmiş və Arkanzas ştatının Rover Müharibə Relokasiya Düşərgəsində məskunlaşmışdır.[1] Rut 1943-cü ildə Rover liseyindən məzun olmuşdur.[1] Atası 1943-cü ildə azad edilsə də, Rut kollec təhsili almaq üçün ailəsini tərk etmiş və valideynlərini 1948-ci ilə qədər bir daha görməmişdir.[1]
Asava Miluoki Ştat Müəllimlər Kollecinə daxil olaraq rəssamlıq, boyakarlıq və zərgərlik öyrənmişdir.[1] Pul qazanmaq üçün bir müddət ev xidmətçisi işləmişdir.[1] O, 1948-ci ildə bacısı Luislə Mexiko şəhərinə səyahət edərək ispan və Meksika incəsənətini öyrənmişdir.
Asava müəllim kimi işləmək istəsə də, antiyapon münasibətlər səbəbilə istəyi baş tutmamışdır.[1] Buna görə də Şimali Karolina ştatının Blek-Maunten qəsəbəsində yerləşən incəsənət məktəbinə daxil olmuş və 3 il ərzində rəssamlıq təhsili almışdır.[1] 1947-ci ildə Mexikoya qayıtmış və burada yumurtalar üçün tel səbətlər hazırlamağı öyrənmişdir.[1]
O, 1950-ci illərdə oriqami, rəssamlıq, boyakarlıq biliklərini birləşdirərək asılqan tel formalar yaratmağa və buna görə məşhurlaşmağa başlamışdır.[1] 1954-cü ildə ilk sərgisi baş tutmuşdur.[1] Onun sərgiləri San-Fransisko İncəsənət Muzeyi (1973), Fresno İncəsənət Mərkəzi (1978 və 2001), Oklend muzeyi (2002), De Yanq muzeyi (2006), Yaponəsilli Amerikalılar Milli Muzeyi (2007) və Pulitzer İncəsənət Fondu (2018) kimi məkanlarda sərgiləri keçirilmişdir.[1] Əsərləri Vitni Amerikan İncəsənəti Muzeyi, De Yanq muzeyi, Nyu-York Müasir İncəsənət Muzeyi, San-Xose İncəsənət Muzeyi və başqa məkanlarda sərgilənir.[1]
Asavanın əsas əsərlərinə Cirardelli meydanında yerləşən dəniz qızı fəvvarəsi olan "Andrea" (1966–68), San-Fransisko fəvvarəsi (1973), "Oriqami fəvvarələri" (1975–76), oriqamidən təsirlənərək yaradılmış "Aurora" fəvvarəsi (1986), "Şərabın tarixi" fəvvarəsi (1988) və San-Xosedə yerləşən "Yapon-amerikan İnternasiya Memorialı" (1994) aiddir.[1] O, San-Fransisko Dövlət Universitetində işləyərək 2002-ci ildə "Anım bağı" adlı işin yaradılmasında iştirak etmişdir.[1]
1982-ci ildən etibarən 12 fevral tarixi San-Fransiskoda Rut Asava Günü kimi qeyd olunur.[1] 2020-ci ildə ABŞ Poçt Xidməti tərəfindən onun yaradıcılığına həsr olunmuş marka seriyası buraxılmışdır.[1] 2021-ci ildə adı Kaliforniya Şöhrət Zalına daxil edilmişdir.[1] Google 1 may 2019-cu ildə onun xatirəsinə həsr olunmuş dudl yayımlamışdır.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.