From Wikipedia, the free encyclopedia
Rudolf Yulius Emanuel Klauzius[2] (alm. Rudolf Julius Emanuel Clausius, doğum zamanı: Rudolf Qottlib, alm. Rudolf Gottlieb; 2 yanvar 1822 – 24 avqust 1888) – alman fiziki və riyaziyyatçısı,[3] termodinamikanın yaradıcılarından biri.[4] 1865-ci ildə Kainatın istilik ölümü hipotezini irəli sürmüşdür. Klauzius həmçinin entropiya anlayışını elmə daxil etmişdir.
Rudolf Klauzius | |
---|---|
alm. Rudolf Julius Emanuel Clausius | |
| |
Doğum adı | Rudolf Gottlieb |
Doğum tarixi | |
Doğum yeri | Almaniya, Köslin |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Bonn |
Dəfn yeri |
|
Vətəndaşlığı | Almaniya |
Elm sahəsi | Fizika |
Elmi dərəcəsi | Fəxri doktor |
İş yerləri |
|
Təhsili | |
Tanınır |
Termodinamika Entropiya |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Emanuel Klauzius 1822-ci ildə Almaniyanın Köslin şəhərində anadan olmuşdur. Klauzius ilk təhsilini atasının məktəbində almışdır. Məktəbi bitirdikdən sonra Klauzius gimnaziyada təhsil alır. Gimnaziyanı bitirdikdən sonra Ali Təhsilini Berlin Universitetində alır. Klauzius ilk dəfə olaraq Termodinamikanın ikinci qanununu kəşf etmiş və bunu 1854-cü ildə qəzetlərin birində nəşr etdirmişdir.[5] 19 may 1865-ci ildə Fransız Elmlər Akademiyasının müxbir üzvü seçilir. 1868-ci ildə İngiltərə Kral Cəmiyyətinin üzvü seçilir. 1869-cu ildə Bonn Universitetinin professoru olur. 1870-ci ildə Hüygens medalına layiq görülür. Həmin ildə Klauzius Fransa–Prussiya müharibəsində iştirak etmiş və ağır yaralanmışdır. Müharibədə göstərdiyi fəallığına görə Klauzius "Dəmir xaç" ordeninə layiq görülmüşdür. 1878-ci ildə İsveç Kral Elmlər Akademiyasının üzvü seçilir. 1879-cu ildə İngiltərə Akademiyasında "Kopli" medalına layiq görülür. 1882-ci ildə Virzburq Universitetinin elmlər doktorluğuna layiq görülür. 1883-cü ildə isə Klauzius "Ponsele" mükafatına layiq görülür. Klauzius fizika elminə ilk dəfə 1865-ci ildə Entropiya anlayışını gətirmişdir. Həmçinin termodinamikanın ikinci və üçüncü qanunları haqda çoxlu işlər görmüş, "Kainatın termodinamik istilik ölümü" anlayışını qurmuşdur. Emanuel Klauzius 1888-ci ildə yaşadığı Bonn şəhərində vəfat edir. Ayda yerləşən "Klauzius" krateri onun şərəfinə adlandırılmışdır.
Klauzius fizika və riyaziyyata aid elmi işlərini müxtəlif jurnallarda dərc etmişdir:
Ayrıca dərc edilmiş jurnallar:
Emanuel Klauzius Adelheyd Rimpham ilə ailə həyatı quraraq ondan altı uşağı olmuşdur. Lakin Rimpham 1975-ci ildə sonuncu dəfə hamilə qalan zaman doğum müddətində vəfat etmişdir. Klauzius bu hadisədən sonra müəllim kimi çalışmasına baxmayaraq elmi işlərə az vaxt sərf edirdi. Emanuel Klauzius ölümünə iki il qalmış yenidən ailə həyatı qurmuş və həyat yoldaşı Sofiya Sakdan övladı olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.