From Wikipedia, the free encyclopedia
Rudolf Dassler (tam adı: Rudolf Christoph Dassler; 26 mart 1898, Herzoqenaurax[d], Bavariya – 27 oktyabr 1974, Herzoqenaurax[d], Bavariya) – Almaniyanın Puma idman şirkətinin qurucusu[1] və Adidas şirkətinin qurucusu Adolf Dasslerin böyük qardaşıdır[2]. Qardaşlar "Dassler Qardaşları Ayaqqabı Fabrikinin" ortaqları idi[3]. Rudolf 1924-cü ildə[4] bu şirkətə qatıldı. Ancaq qardaşlar İkinci Dünya müharibəsindən sonra rəqib oldu[5] və 1948-ci ildə[6] hərəsi öz şirkətini açdı.[7] Rudolf həm də, İspan, Fransız, Rus, Rumın, Portuqal, İtalyan, Polyak, Çex[8], Bolqar, İsveç, Danimarka, Norveç, Fin, Bosniya Xorvat, Serb[9], Sloven və Macar dillərini də bilirdi. [10]
Rudolf Dassler | |
---|---|
alm. Rudolf Dassler | |
Doğum tarixi | 26 mart 1898 |
Doğum yeri |
|
Vəfat tarixi | 27 oktyabr 1974 (76 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | qaraciyər xərçəngi |
Fəaliyyəti | sahibkar |
Partiyası |
Rudolfun kiçik qardaşı Adolf Dassler, II Dünya Müharibəsindən döndükdən sonra anasının mətbəxində idman ayaqqabıları istehsal etməyə başladı[11]. Atası Kristof ayaqqabı fabrikasında işləyirdi. Onların dəmirçi mağazasında Adolf öz işinə başlamışdır. 1924-cü ildə Rudolf Gebrüder Dassler Schuhfabrik (Dassler Brothers Ayaqqabı Fabriki) halına gələn biznesə qoşulmuşdur. [12]
1930-cu illərdə Adolf Hitlerin göstəri ilə Dassler qardaşları Nazi Partiyasına qoşulublar. Rudolf isə Milli Sosialist kimi tanınırdı. [13]
Onun rəhbərliyi altında[14], Puma kiçik bir şirkət idi. Yalnız oğlu Armin Dasslerin rəhbərliyi altında, bu gündə qalmış dünya şöhrətli bir şirkət halına gəldi. [15]
Rudi Dassler 27 oktyabr 1974-cü ildə 76 yaşında ağciyər xərçəngi ilə vəfat etdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.