From Wikipedia, the free encyclopedia
Riot Games — mərkəzi Los-Ancelesdə yerləşən videooyun istehsalçısıdır.[1][2][3] Şirkət oyunların yayımı və kiberidman turnirlərinin təşkili ilə də məşğuldur.[4][5][6] 2006-cı ildə Brandon Beck və Marc Merrill tərəfindən təsis edilmişdir.[7][8][9] "Riot Games"in istehsal etdiyi nüfuzlu oyunlar "League of Legends" və "Valorant"dır.[10][11]
Riot Games, Inc. | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | məhdud məsuliyyətli cəmiyyət[d], filial |
Sənaye | videooyun sənayesi[d], proqram təminatı tərtibatı |
Məhsulları | League of Legends, League of Legends: Wild Rift, Legends of Runeterra, Valorant, video oyun |
Təsis tarixi | 2006 |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı |
|
Bölmələr |
Riot Forge Riot Tabletop |
Ana şirkət | Tencent |
riotgames.com | |
Vikianbarda əlaqəli mediafayllar |
"Riot Games" 2006-cı ildə təşəbbüskar oyunçular Brandon Beck və Marc "Tryndamere" Merrill tərəfindən oyun şirkəti olmaq məqsədilə yaradılmışdır.[1] Şirkət bu məqsədlə ilk məhsulu kimi 2009-cu ilin oktyabrında "League of Legends" oyununu istifadəyə vermişdir.[1][12] 1 may 2012-ci ildə şirkət 5 milyon dollar mükafatlı Mövsüm 2 Çempionatını (Season 2 Championship) eSports turniniri elan etmişdir.[13]
Onların diqqətəlayiq təcrübəli işçiləri mövcuddur.[14][15] "Warcraft 3 Defense of Ancients" (digər adı ilə Dota) keçmiş işçilərindən olan Stiv "Guinsoo" Feak,[16][17] Defense of Ancients oyununun fansaytının qurucusu Stiv "Pendragon" Mescon, həmçinin də şirkətin işçi komandasının tərkibində Tom Cadwell də daxil olmaqla onlarla Blizzard heyətinin işçiləri mövcuddur.[18]
2011-ci ilin noyabr ayında dərc edilmiş tədqiqat hesabatlarına əsasən, 2011-ci ilin noyabr ayına qədər League of Legends oyununun oyunçularının sayı 32 milyona çatmışdır.[19] Bunların 11 milyonu aylıq aktiv oyunçulardırlar. Oyunun gündəlik ortalama oyunçu sayı isə 4,2 milyondur. 2012-ci ilin mart ayında League of Legends Koreya oyun bazarında I yerə yüksəlmişdir.[8][20] Aktiv oyunçularının təxminən 5%-i Tayvandadır. Bu, təxminən 1 milyonluq aktiv server (istifadəçi) deməkdir. League of Legends oyununun müvəffəqiyyətinin arxasında 2011-ci ildə qəbul etdiyi aqressiv böyümə dayanır.[21][22] Riot Games 2011-ci ildə 150 nəfərlik əlavə ştatlar açmış və komandasını təcrübəli işçilərlə daimi olaraq təkmilləşdirmişdir.[13][23]
Riot Games, Venture Capital tərəfindən təmin edilən təxminən 1 milyon dollarlıq büdcə ilə League of Legends oyununu inkişaf etdirməyə başlamış[13] və ilk işdən sonra onu dəstəkləyən Benchmark Capital və FirstMark Capital kimi investorların sayəsində bu büdcə 8 milyon dollara çatmışdır[1].
Riot Games League of Legends oyununun distribütor hüquqları üçün ilk mərhələdə Asiya, Avropa və Şimali Amerika regionlarında distribütor müqavilələri imzalamışdır.[13][24][25] Hal-azırda Avstraliya, Amerika, Türkiyə, Rusiya, Sinqapur, Malayziya, Braziliya, Tayland, Kanada, Koreya, Çin, Şimali və Cənubi Avropanı əhatə edən geniş şəbəkəyə malikdir.[26] Tencent Inc. adlı Çin şirkəti tərəfindən onlayn formada distribütorluğu həyata keçirilir. 14 iyul 2009-cu ildə League of Legends oyununun pulsuz olacağı elan edilmiş, lakin özündə əlavə kostyumlar, 20 kilidi açılmış personaj və 4 pulsuz rundan ibarət olan xüsusi versiyası da, 10 milyon dollara satışa təqdim edilmişdir.[27][28] Ancaq oyun pulsuz olaraq qalmağa davam etmişdir. Riot Games şirkətinin planı daimi olaraq oyuna məzmun (simvollar, runlr və s.) əlavə etməklə oyunu zənginləşdirmək idi.[29] Buna görə əvvəllərdə təxminən iki həftədən bir yeni çempionlar buraxmağa başladılar. Onlar Avropa sərhədləri daxilində lisenziya müqavilələri vasitəsilə Riot GOA ilə şərik oldular[30]. Avropanın ən böyük oyun serveri hesab olunan Orange's Content Division ilə əməkdaşlığa başladılar.[31] 13 oktyabr 2009-cu ildə Avropa serverlərinin qapıları oyunçuların üzünə açılmışdır. Beləliklə də, avropalı oyunçular Amerika serverlərində oynamaq problemindən xilas olmuşdular.[1][32]
19 iyul 2012-ci ildə Riot Games League of Legends oyununun Braziliya serverləri üçün qapalı beta sınaqlarına başlamışdır. Şirkət ilk gündəki inkişaf sürəti ilə oyunu inkişaf etdirməyə hələ də davam edir.[33]
2015-ci ilin dekabr ayından etibarən şirkət tamamilə Çinin Tencent Holdinq adlı şirkətinə satılmışdır.[13][34][35]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.