From Wikipedia, the free encyclopedia
Riçard Meyer (12 oktyabr 1934[1][2][…], Nyuark, Nyu-Cersi) — ABŞ-lı memar. Fəaliyyətini hələ də davam etdirməkdədir. 1984-cü ildə Pritsker mükafatını qazanmışdır.
Riçard Meyer | |
---|---|
Richard Meier | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Nyuark, Nyu-Cersi, ABŞ |
Vətəndaşlığı | ABŞ |
Təhsili |
|
İşləri və nailiyyətləri | |
Əsas tikililəri | Yüksək İncəsənət Muzeyi, Getti Mərkəzi |
Üzvlüyü |
|
Mükafatları | , AMİ qızıl medalı. |
www.richardmeier.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Riçard Meyer Nyu-Cersi ştatının Ntuark şəhərində doğuldu. Memarlıq təhsilini Kornell Universitetində aldı. 1959-cu ildə SOM (Skodmore, Ouings və Merrill) memarlıq firmasında qısa bir müddət çalışdıqdan sonra Marsel Breuer ilə üç il işlədi. 1963-cü ildə Nyu-Yorkda öz memarlıq ofisini açdı. Adı 1972-ci ildə "Nyu-York Quintet" qrupunun bir üzvü olduqdan və Kaliforniya ştatının Los-Anceles şəhərində inşa edilən Getti Mərkəzi ilə məşhurlaşdı.
Riçard Meyerin dizaynlarının çoxunda XX əsrin ortalarından fəaliyyət göstərmiş memarların təsirləri müşahidə olunur.
Riçard Meyerin dizaynlarında təsirlərini əks etdirdiyi digər memarlar arasında Miys Van der Roh, Frank Lyoyd Rayt və Luis Barraqandır (rənglərin istifadəsi istisna olmaqla). Dünya memarlıq tarixində, xüsusilə Aralıq dənizi bölgəsində, İspaniyada, cənubi İtaliyada və Yunanıstanda olduqca məşhur istifadə edilən ağ rəng Riçard Meyerin ən çox istifadə etdiyi rəngdir.
1984-cü ildə Pritzker mükafatını qazanan Riçard Meyer 2008-ci ildə Amerika Memarlar İnstitutunun verdiyi qızıl medal ilə mükafatlandırıldı.
Riçard Meyer eyni zamanda Nyu-York Beşliyindən biri olan memar və nəzəriyyəçi Peter Eysenmanın ikinci dərəcədə əmi oğlusudur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.