Reünyon
Fransanın xarici departamentlərindən biri From Wikipedia, the free encyclopedia
Fransanın xarici departamentlərindən biri From Wikipedia, the free encyclopedia
Reünyon (fr. La Réunion Fransızca tələffüz: [la ʁe.y.njɔ̃]) — Fransanın xarici departamentlərindən biri. Hind okeanının qərb hissəsində eyni adlı adada yerləşir. Reünyon Maskaren adaları arasında ən böyüyüdür. Adanın uzunluğu 75 km-dir. Bu vulkan mənşəli adanın çox hissəsini dağlar tutur, onlardan ən hündürü adanın mərkəzində olan Piton-de-Nej dağıdır (3069m).
Reünyon | |||||
---|---|---|---|---|---|
La Réunion | |||||
|
|||||
21°06′52″ c. e. 55°31′57″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Sen-Deni | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 21 mart 1946 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
ISO kodu | FR-974 | ||||
İnternet domeni | .re | ||||
Avtomobil nömrəsi | 974 | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Ada tropik iqlim qurşağında yerləşsə də, yüksəkliyə doğru hava sərinləşir, yağıntıların miqdarı yüksəklikdən asılı olaraq dəyişir. Cənub və şərqdə leysan yağıntıları ildə 4000 mm, şimalda və qərbdə isə il ərzində 1000 mm-ə qədər rütubət gətirir. Ada siklonların müntəzəm olaraq hərəkət etdiyi zonada yerləşir və güclü leysan yağması ilə müşahidə olunur.
Təsərrüfatda kənd təsərrüfatı məhsullarının becərilməsi üstünlük təşkil edir. Adada şəkər qamışı becərilən əsas bitkidir, həmçinin rom, vanil, efir yağı da ixrac edilir.
1988-ci ildən turizm yüksək sürətlə inkişaf edir. Gözəl landşaftı, qumlu çimərlikləri turist axınına səbəb olur.
Adanın mərkəzi olan Sen-Deni tolerant bir şəhərdir[3]. Burada məscidlər və kilsələr qonşuluqda yerləşir[3]. Adaya müxtəlif dövrlərdə ərəblər, portuqallar və fransızlar sahiblik ediblər[3]. Hazırda burada müxtəlif dinlərə ibadət edən davranış qaydaları, adət-ənənələrinə görə tamamilə fərqlənən insanlar yaşayırlar[3].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.