Remove ads
From Wikipedia, the free encyclopedia
Mirzəyev Ramiz Şəmşəd oğlu (27 oktyabr 1954, Tovuz – 30 oktyabr 2007) — AFFA-nın keçmiş prezidenti.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Ramiz Mirzəyev | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 oktyabr 1954 |
Doğum yeri | |
Vəfat tarixi | 30 oktyabr 2007 (53 yaşında) |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Ramiz Mirzəyev 1954-cü il okyabrın 27-də Azərbaycan Respublikasının Tovuz şəhərində anadan olub. 1972-ci ildə Tovuz şəhər orta məktəbini bitirib və həmin il Azərbaycan Politexnik İnstitutunun "Radiotexnika və radiorabitə" fakültəsinin əyani şöbəsinə daxil olub. 1977-ci ildə institutu bitirərək radio rabitəsi və radio verilişi üzrə mühəndis ixtisası alıb.
1977-ci ilin sentyabr ayından 1980-ci ilin yanvar ayınadək Respublika Rabitə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
1980-ci ilin yanvar ayından 1986-cı ilin aprel ayına qədər SSRİ Qaz Sənayesi Nazirliyinin "Azqaznəql" İstehsalat Birliyində böyük mühəndis, böyük mühəndis qrup rəhbəri, mənzil-məişət və kadrlar şöbəsinin rəisi vəzifələrində, 1986-cı ilin aprel ayından 1988-ci ilin may ayına kimi Azərbaycan SSR Dövlət Qazlaşdırma Komitəsi "Azqaztəmirtikinti" ixtisaslaşdırılmış təmir-tikinti trestinin "İstehsal-texnoloji komplektləşdirmə" idarəsində baş mühəndis, rəis vəzifələrində, 1988-ci ilin may ayından 1997-ci ilin iyun ayına qədər Azərbaycan Dövlət Qazlaşdırma Komitəsi, 2 yanvar 1989-cu il tarixindən Azərbaycan SSR Dövlət Yanacaq Komitəsi, 3 sentyabr 1992-ci il tarixindən "Azəriqaz" Dövlət Şirkəti maye qazın istehsalı və ixracı üzrə istehsalat birliyində rəis müavini, rəis, 5 may 1995-ci il tarixindən isə maye qaz üzrə istehsalat birliyinin baş direktoru vəzifələrində işləyib.
1997-ci ilin iyun ayından etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərneftyağ" İstehsalat Birliyinin baş direktoru, 31 mart 2003-cü il tarixindən 26 avqust 2006-cı il tarixinə qədər "Azərneftyağ" neft emalı zavodunun direktoru vəzifəsində işləyib.
2006-cı ilin avqust ayından etibarən Azərbaycan Respublikasının sənaye və energetika nazirinin müavini vəzifəsində çalışırdı.
29 dekabr 2003-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib.
1993-cü il fevralın 23-dən Yeni Azərbaycan Partiyasının üzvü olub. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP-ın Xətai rayon təşkilatının sədri idi.
1997-ci ildə Azərbaycan Universitetinin "Hüquq" fakültəsinin qiyabi şöbəsinə daxil olub və 2000-ci ildə universiteti bitirərək hüquqşünas ixtisasına yiyələnib.
1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının "Biznesin İdarə Olunması" istiqaməti üzrə ixtisaslaşdırmaya daxil olub və 2001-ci ildə ümumi təyinatlı biznesin idarə olunması ixtisaslaşması üzrə magistr dərəcəsi alıb.
2000-ci ildə Azərbaycan Universitetinin "Hüquqşünaslıq" istiqaməti üzrə ixtisaslaşdırmaya daxil olub və 2002-ci ildə "Beynəlxalq hüquq" ixtisaslaşması üzrə magistr dərəcəsi alıb.
Beynəlxalq Ekoenerji Akademiyasının 7 may 1999-cu il tarixli qərarı ilə Akademiyanın elmlər doktoru, 11 fevral 2000-ci il tarixli qərarı ilə akademiki, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 14 fevral 2003-cü il tarixli qərarı ilə texnika elmləri namizədi alimlik dərəcələrini alıb.
Nyu-York Elmlər Akademiyasının 2003-cü ilin sentyabr ayında qəbul edilmiş qərarı ilə akademiyanın üzvü seçilib.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 30 iyun 2006-cı il tarixli qərarı ilə texnika elmləri doktoru alimlik dərəcəsini alıb.
50-dən artıq elmi əsərin müəllifidir.
Azərbaycan "Bilik" Maarifçilik Cəmiyyətinin 29 dekabr 1999-cu il tarixli qərarına əsasən Yusif Məmmədəliyev adına mükafat və medalla, 22 dekabr 2003-cü ildə "Milli sənaye üçün həvəsləndirmə cəmiyyəti" tərəfindən "Napaleon" medalı ilə, 11 aprel 2004-cü ildə "Qızıl Fortuna" Beynəlxalq Akademik Reytinqi tərəfindən IV dərəcəli "Şərəf. Şöhrət. Əmək" Georqiyev medalı ilə, 18 noyabr 2005-ci ildə "Azərbaycan Həmkarlar İttifaqının 100 illiyi" yubiley medalı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 18 sentyabr 2002-ci il və 15 sentyabr 2004-cü il tarixli qərarları ilə ARDNŞ-nin fəxri fərmanları və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 18 sentyabr 2003-cü il tarixli qərarı ilə AHİK-in fəxri fərmanı ilə təltif edilib.
Ölkənin ictimai-siyasi həyatında xüsusi fəallıq göstərib.
30 oktyabr 2007-ci ildə xərçəng xəstəliyindən vəfat edib.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.