Qızılkilsə (Loru)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Qızılkilsə, Dağ Qarakilsə, Qızıldaş — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd.[2]
Kənd | |
Qızılkilsə | |
---|---|
41°12′51″ şm. e. 44°22′12″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Loru mahalı |
Rayon | Vorontsovka rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.700 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
1930 - cu ildə Stepanavan (Cəlaloğlu) rayonunun tabeliyində olmuşdur. Rayon mərkəzindən 14 km şimal-şərqdə, Dəmirçilər kəndinin yaxınlığında yerləşir.
«İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Kəndin bir adı da Dağ Qarakilsə olmuşdur[5].
Toponim qırmızı mənasında işlənən qızıl sözü ilə kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Qızıldaş, Ermənistan prezidentinin 19.IV.1991-ci fərmanı ilə yenidən dəyişdirilib Aruni qoyulmuşdur.
Kənddə 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 202 nəfər,1908-ci ildə 215 nəfər, 1916-cı ildə 490 nəfər azərbaycanlı yaşamışdır[6].
1918-ci ildə kəndin sakinləri soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti quruladan sonra sağ qalan kənd sakinləri öz kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 373 nəfər, 1926-cı ildə 408 nəfər, 1931-ci ildə 437 nəfər[7], 1987-ci ildə 1500 nəfər[8] azərbaycanlı yaşamışdır.
1988-ci ildə azərbaycanlılar tamamilə Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.İndi burada ermənilər yaşayır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.