From Wikipedia, the free encyclopedia
Qırğızıstanın dövlət quruluşu - 1995-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Qırğızıstan | |||||
---|---|---|---|---|---|
Кыргыз Республикасы Kyrgyz Respublikasy Кыргызская Республика Kyrgyzskaya Respublika | |||||
| |||||
Tarixi | |||||
• Müstəqilliyin elan edilməsi | 31 avqust 1991 | ||||
• Müstəqilliyin təsdiq olunması | 25 dekabr 1991 | ||||
Paytaxt | Bişkek-870 min(2015-ci il) | ||||
İdarəetmə forması | Parlament respublikası[1] | ||||
Prezident | Sadır Japarov | ||||
Baş Nazir | Sadık İsakov | ||||
Sahəsi | Dünyada 87-ci | ||||
• Ümumi | 199900 km² | ||||
• Su sahəsi (%) | 3,6% | ||||
Əhalisi | |||||
• Əhali | 5 720 min[2][3] nəfər (111-ci) | ||||
• Sıxlıq | 28 nəf./km² (176-cı) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 19,1 milyard dollar (143-cü) | ||||
• Adambaşına | 3 400 dollar (181-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2008) | $5,05 milyard dollar | ||||
• Adambaşına | $950 dollar | ||||
İİİ (2013) | 0.622 (azalış; 125-ci) |
Qırğızıstan dualist formada idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1991) 31 avqustda qeyd olunur. Ölkənin yeni Konstitusiyası 27 iyun 2010-cu ildən qüvvədədir.
Qırğızıstan 35 rayondan və 13 vilayət əhəmiyyətli şəhərdən ibarət 7 vilayətə (Batkən, Cəlalabad, İsık Göl, Narin, Çuy, Oş, Talas ) və Respublika tabeliyində olan 2 şəhərə (Bişkek və Oş) bölünür.
Qırğızıstan Respublikasının ali vəzifəli şəxsi və dövlət başçısı olan Prezident ümumxalq səsverməsi yolu ilə, ardıcıl bir dəfədən artıq olmamaq şərti ilə, 6 il müddətinə seçilir. Mövcud Konstitusiyaya görə, Prezident Qırğız xalqının birliyinin və dövlət hakimiyyətinin rəmzi, habelə hüquqi dövlətin, Konstitusiyanın, ölkənin milli müstəqilliyinin və təhlükəsizliyinin, ərazi bütövlüyünün, vətəndaşların hüquq və azadlıqlarının təminatçısıdır.
Prezidentin səlahiyyətləri Joqorku Keneşə (Parlamentə) və Baş nazirə (Nazirlər Kabinetinin rəhbəri) nisbətən daha məhduddur.
Birpalatalı 120 yerlik Joqorku Keneşdir (Parlament). Deputatlar proporsional sistem ilə ümumi seçkilər yolu ilə 5 il müddətinə seçilirlər. Qüvvədə olan Konstitusiyaya görə, ənənəvi qanunvericilik hakimiyyəti ilə yanaşı, Respublika Parlamenti dövlət siyasətinin ən mühüm qərarlarının müəyyən edilməsində və həllində geniş səlahiyyətlərə və prioritetə malikdir. Hökumət, ona etimadsızlıq göstərmək və istefaya göndərmək səlahiyyətinə malik olan Joqorku Keneş qarşısında birbaşa kollektiv məsuliyyət daşıyır.
Yeni Konstitusiyaya görə ölkədə icra hakimiyyəti Baş nazir və onun rəhbərlik etdiyi Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Baş naziri və Parlament çoxluğunu (seçkilərdə 50%-dən artıq səs toplamış) təmsil edən siyasi partiyanın nümayəndələrindən formalaşmış Nazirlər Kabinetini Prezident təyin və Parlament təsdiq edir. İcra hakimiyyətinin müstəsna və geniş səlahiyyətli orqanı sayılan Hökumət, eyni zamanda qarşısında cavabdehlik daşıdığı Qırğızıstan Parlamenti ilə birlikdə qanunvericilik hakimiyyətini də həyata keçirir.
Müasir məhkəmə-hüquq sistemləri ilə yanaşı, keçmiş Sovetlər Birliyinin hüquq sisteminin müəyyən struktur elementlərini də özündə ehtiva edən Qırğızıstan Respublikasının məhkəmə hakimiyyəti, ölkədə son apelyasiya instansiyası sayılan Ali Məhkəmə, habelə Konstitusiya və Ali Arbitraj məhkəmələri tərəfindən həyata keçirilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.